www.nice.az > Sevgi Aləmi > в™¥ Yenədə Sevgi в™¥ [şeir]
в™¥ Yenədə Sevgi в™¥ [şeir]18 iyun 2011. Müəllif: Mikoladka |
Qəlbim Məni məhv etməyə bir sözün yetər, Vurmağa gərək yox,oxla qəlbimi. Qəlbim ətir saçan sevgi gülüdür, Gecikmə solmamış,qoxla qəlbimi. Öpüb qoy gözünə,bu bir ürəkdir, Suçsuz,günahsızdır,sanki mələkdir, Gəl dəymə xətrinə yaman kövrəkdir, Körpə bir uşaq tək,saxla qəlbimi. Nə var ki,dünyada ölümdən asan, Varikən sənsizlik,ayrılıq,hicran, Qoyma ki,darıxa sənsiz bircə an, Hər gecə röyanda,yoxla qəlbimi. Ölməyə gəldim Sevgimin şəriki olmayan gözəl, Səninlə dərdimi bölməyə gəldim. Əlvida sözünü deyib, sonra da, Saçına nərgizlər hörməyə gəldim. Vüsalın köçkünüm, hicran məskənim, Qismətim olubdur ayrılıq mənim, Bir zaman üzündən öpərdim sənin, İndisə gözündən öpməyə gəldim. |