

www.nice.az » Sevgi Aləmi » в™¥ Yenədə Sevgi в™¥ [şeir]
в™¥ Yenədə Sevgi в™¥ [şeir]
Bu xəbəri dostlarınla paylaş:
Qəlbim
Məni məhv etməyə bir sözün yetər,
Vurmağa gərək yox,oxla qəlbimi.
Qəlbim ətir saçan sevgi gülüdür,
Gecikmə solmamış,qoxla qəlbimi.
Öpüb qoy gözünə,bu bir ürəkdir,
Suçsuz,günahsızdır,sanki mələkdir,
Gəl dəymə xətrinə yaman kövrəkdir,
Körpə bir uşaq tək,saxla qəlbimi.
Nə var ki,dünyada ölümdən asan,
Varikən sənsizlik,ayrılıq,hicran,
Qoyma ki,darıxa sənsiz bircə an,
Hər gecə röyanda,yoxla qəlbimi.
Ölməyə gəldim
Sevgimin şəriki olmayan gözəl,
Səninlə dərdimi bölməyə gəldim.
Əlvida sözünü deyib, sonra da,
Saçına nərgizlər hörməyə gəldim.
Vüsalın köçkünüm, hicran məskənim,
Qismətim olubdur ayrılıq mənim,
Bir zaman üzündən öpərdim sənin,
İndisə gözündən öpməyə gəldim.
Məni məhv etməyə bir sözün yetər,
Vurmağa gərək yox,oxla qəlbimi.
Qəlbim ətir saçan sevgi gülüdür,
Gecikmə solmamış,qoxla qəlbimi.
Öpüb qoy gözünə,bu bir ürəkdir,
Suçsuz,günahsızdır,sanki mələkdir,
Gəl dəymə xətrinə yaman kövrəkdir,
Körpə bir uşaq tək,saxla qəlbimi.
Nə var ki,dünyada ölümdən asan,
Varikən sənsizlik,ayrılıq,hicran,
Qoyma ki,darıxa sənsiz bircə an,
Hər gecə röyanda,yoxla qəlbimi.
Ölməyə gəldim
Sevgimin şəriki olmayan gözəl,
Səninlə dərdimi bölməyə gəldim.
Əlvida sözünü deyib, sonra da,
Saçına nərgizlər hörməyə gəldim.
Vüsalın köçkünüm, hicran məskənim,
Qismətim olubdur ayrılıq mənim,
Bir zaman üzündən öpərdim sənin,
İndisə gözündən öpməyə gəldim.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: Mikoladka |
Baxış sayı : 579 |
Rəylərin sayı (14) |
18 iyun 2011




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!