www.nice.az > Sevgi Aləmi > Sən mənim eşq adlı dəliliyimsən [şeir]
Sən mənim eşq adlı dəliliyimsən [şeir]6 mart 2011. Müəllif: GHoSTMaN |
![]() Sən mənim eşq adlı dəliliyimsən" Deyirdim başıma dəlilik gələr , Bir gün 27 yaşımda bəlkə . Otuzu adladım ... Xəbərsizəm mən , Dəlilik yaşayır başımda mənim . Mən ruh adamıyam ... ruhumda sənsən , Ruhuma qul olan sözdü can , ancaq . Nəyim var al , götür eşqinən gələn Dəlilik istərəm Tanrıdan ancaq . Mən sənə yaxınam , özündən yaxın , Sən mənə uzaqsan nə qədər Allah , Xoşbəxtlik gətirmir bu sevinc niyə , De niyə öldürmür bu kədər Allah ! Yaxınsan , duyarsan pıçıldasam mən , Əlimi uzatsam saçlarındadı . Bəs niyə gözlərin ayrılıq deyir , Bəs niyə sözlərin ayrılıq dadır ? Sənin yollarinda ayrılıq, mənim Yollarımda qəza - qədər yaşayır . Mənim ürəyimdə sənin gözlərin , Sənin gözlərində kədər yaşayır . Sənə qovuşmağa gəlirəm , yetər Bəndənəm , gözünü yola dik Allah ! Bagışla sözumdən dəlilik yağır , Sevgidən ölməkdi dəlilik , Allah ! Elə ayrılıq da , vüsal da səndə , Tanrısan , bəndəsən de axı kimsən ?! Sən mənim ən həzin kədərli nəğməm , Sən mənim eşq adlı dəliliyimsən . Mən sənə yaxınam , özündən yaxın , Sən mənə uzaqsan nə qədər Allah . Xoşbəxtlik getirmir bu sevinc niyə , De niyə öldürmür bu kədər Allah ?! Rüstəm Bəhrudi |