

www.nice.az » Sevgi Aləmi » Sən mənim eşq adlı dəliliyimsən [şeir]
Sən mənim eşq adlı dəliliyimsən [şeir]
Bu xəbəri dostlarınla paylaş:
![Sən mənim eşq adlı dəliliyimsən [şeir] Sən mənim eşq adlı dəliliyimsən [şeir]](/uploads/posts/1299411450_gg.jpg)
Sən mənim eşq adlı dəliliyimsən"
Deyirdim başıma dəlilik gələr ,
Bir gün 27 yaşımda bəlkə .
Otuzu adladım ...
Xəbərsizəm mən ,
Dəlilik yaşayır başımda mənim .
Deyirdim başıma dəlilik gələr ,
Bir gün 27 yaşımda bəlkə .
Otuzu adladım ...
Xəbərsizəm mən ,
Dəlilik yaşayır başımda mənim .
Mən ruh adamıyam ... ruhumda sənsən ,
Ruhuma qul olan sözdü can , ancaq .
Nəyim var al , götür
eşqinən gələn
Dəlilik istərəm Tanrıdan ancaq .
Ruhuma qul olan sözdü can , ancaq .
Nəyim var al , götür
eşqinən gələn
Dəlilik istərəm Tanrıdan ancaq .
Mən sənə yaxınam , özündən yaxın ,
Sən mənə uzaqsan nə qədər Allah ,
Xoşbəxtlik gətirmir bu sevinc niyə ,
De niyə öldürmür bu kədər Allah !
Sən mənə uzaqsan nə qədər Allah ,
Xoşbəxtlik gətirmir bu sevinc niyə ,
De niyə öldürmür bu kədər Allah !
Yaxınsan , duyarsan pıçıldasam mən ,
Əlimi uzatsam saçlarındadı .
Bəs niyə gözlərin ayrılıq deyir ,
Bəs niyə sözlərin ayrılıq dadır ?
Əlimi uzatsam saçlarındadı .
Bəs niyə gözlərin ayrılıq deyir ,
Bəs niyə sözlərin ayrılıq dadır ?
Sənin yollarinda ayrılıq, mənim
Yollarımda qəza - qədər yaşayır .
Mənim ürəyimdə sənin gözlərin ,
Sənin gözlərində kədər yaşayır .
Yollarımda qəza - qədər yaşayır .
Mənim ürəyimdə sənin gözlərin ,
Sənin gözlərində kədər yaşayır .
Sənə qovuşmağa gəlirəm , yetər
Bəndənəm , gözünü yola dik Allah !
Bagışla sözumdən dəlilik yağır ,
Sevgidən ölməkdi dəlilik , Allah !
Bəndənəm , gözünü yola dik Allah !
Bagışla sözumdən dəlilik yağır ,
Sevgidən ölməkdi dəlilik , Allah !
Elə ayrılıq da , vüsal da səndə ,
Tanrısan , bəndəsən de axı kimsən ?!
Sən mənim ən həzin kədərli nəğməm ,
Sən mənim eşq adlı dəliliyimsən .
Tanrısan , bəndəsən de axı kimsən ?!
Sən mənim ən həzin kədərli nəğməm ,
Sən mənim eşq adlı dəliliyimsən .
Mən sənə yaxınam , özündən yaxın ,
Sən mənə uzaqsan nə qədər Allah .
Xoşbəxtlik getirmir bu sevinc niyə ,
De niyə öldürmür bu kədər Allah ?!
Sən mənə uzaqsan nə qədər Allah .
Xoşbəxtlik getirmir bu sevinc niyə ,
De niyə öldürmür bu kədər Allah ?!
Rüstəm Bəhrudi
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: GHoSTMaN |
Baxış sayı : 2082 |
Rəylərin sayı (11) |
6 mart 2011




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!