www.nice.az » Sevgi Aləmi » Ağlamaq- həyata qarşı səmimiyyətindir...
Ağlamaq- həyata qarşı səmimiyyətindir...

Ağlamağı düşünürəm... Hərdən dalıb gedirəm düşüncələrin dibsiz quyusuna...
İnsanlardan soruşuram, "ağlamaq" deyirəm, necə bir duyğudur, başa sala bilərsinizmi mənə?
Kiminin üzünü acı bir təbəssüm bürüyür...Sanki ağlamaq onun üçün bir iztirabmışcasına...
Kim isə saxta bir gülümsəmə ilə, "ağlamaq acizlikdir" deyərcəsinə üzümə baxır...
Mənim üçünsə ayrı bir duyğudur ağlamaq...
İstəməyərək girdiyim, dərdlərlə, sıxıntlarla dolu, qara dənizin limanından ayrılmaq, hər cür kədərin otağıma gətirdiyi qaranlıqdan sıyrılmaq, aydınlanmaq, rahatlamaq...
Yağışdan sonra təmizlənən yollar, tər-təmiz topaq qoxuyan təbiət kimi paklanmaq, ruhunu bütün pisliklərdən təmizləmək, ağlamaq...
Ağlamaq... Bir yol ucsuz-bucaqsız ağlamaq... Bir dərya ki, nə qədər coşqulu isə, o qədər dərin və gözəl...
Ağlamaq... Bəlkə də anlatmaq istəyib, anlata bilmədiyin ən dərin yerlərdə saxladığın xəyalların...
Bəlkə də içini tökmək istədiyində boğazında tıxanıb qalan sözlərin...
Səni heç bir anında yalnız buraxmayan, səni təsəlli edən yeganə dostundur ağlamaq...
Sadəcə üzüntünün xaricə vuruşu deyil ağlamaq... hər düşüncəni başa salan bütün varlığındır...
Sevdiyində, nifrət etdiyində, həyəcanlandığında, darıxdığında həmişə səninlədir...
Ağlamaq olmasaydı, necə yumuşalardı qəlbimiz? Mərhəməti necə ifadə edə bilərdik? Ağlamaq olmasa, ayrılığın acısını necə hiss edə bilərdik...? Ağlamaq olmasa, ölümün hüznünü necə göstərə bilərdik ki?
Ağlamaq, əslində həyata qarşı səmimiyyətindir...
Yanağına düşən hər bir damla, bir zümrüd qədər dəyərli, mənalı bir söz qədər önəmlidir ağlamaq...
Həyatın sənə təqdim etdiyi tək hədiyyədir...
(P.S- ağlamaqdan utanma... Sən ağladığın üçün paklanırsan, bunu unutma... Bir də Onun üçün ağla... Ağla ki, Cəhənnəm atəşini söndürə biləsən...)

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: Bad girl |
Baxış sayı : 1588 |
Rəylərin sayı (17) |
5 iyul 2010

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!