www.nice.az > İslam Dünyası > Məsumların nurlu kəlamlarından 500 hədis [161-180]

Məsumların nurlu kəlamlarından 500 hədis [161-180]


24 iyul 2012. Müəllif: Menekşe
Məsumların nurlu kəlamlarından 500 hədis [161-180]



Hədis 161: İmam Həsən Əskəri (ə) buyurur: “Dostunu aşkar surətdə nəsihət edən kəs onu xəcil (xəcalətli) etmişdir.”

Hədis 162: İmam Həsən Əskəri (ə) buyurur: “Dostlarının ən yaxşısı o kəsdir ki, sənin günahlarını unudub, yaxşılıqlarını yadda saxlasın.”

Hədis 163: İmam Həsən Əskəri (ə) buyurur: “Şöhrət və rəyasət istəməkdən çəkin. Çünki bu ikisi insanı məhvə sürükləyir.”

Hədis 164: İmam Həsən Əskəri (ə) buyurur: “Müsibət görmüş adamın yanında şadlanmaq ədəbdən deyildir.”

Hədis 165: İmam Həsən Əskəri (ə) buyurur: “Ehtiyatın bir həddi vardırki, onu aşdıqda qorxaqlığa çevrilər.”

Hədis 166: Həzrət Əli (ə) buyurur: “Kömək və yardım (Ruzi barəsində) ehtiyac olan qədər (Allah tərəfindən) çatasıdır.”

Hədis 167: İmam Həsən Əskəri (ə) buyurur: “Mö`mini zillətə salan bir şeyə onun meyl göstərməsi necə də pisdir.”

Hədis 168: İmam Həsən (ə) buyurur: “Siz qısa müddət ərzində və saylı günlərdə yaşayırsınız, ölüm isə qəfildən gəlir .”

Hədis 169: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Elm öyrətdiyiniz və ya elm öyrəndiyiniz şəxslə yumşaq davranın.”

Hədis 170: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Ölümümdən sonra ümmətim üçün ən çox qorxduğum şəxsQur` anı yanlış təfsir və tə`vil edən şəxsdir.”

Hədis 171: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Allah-Təala Öz bəndəsinin tövbəsini canı çıxana qədər qəbul edir.”

Hədis 172: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Bir şəxsin qaib bir şəxs barəsində etdiyi dua daha tez qəbul olar.”

Hədis 173: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Qiyamətdə barəsində sorğu-sual olanan ilk şey namazdır.”

Hədis 174: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Təəccüb edirəm o kəsə ki, ölüm onun sorağında ikən, o, dünya istəyindədir.”

Hədis 175: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Elm axtarışında olan şəxsin ruzisini Allah yetirər.”

Hədis 176: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Mənim ümmətimə qarşı mehriban olanla Allah da mehriban olar.”

Hədis 177:Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Müsəlmanların qeybətini etməyin və onların eyiblərini araşdırmayın (axtarmayın).”

Hədis 178: Həzrət Əli (ə) buyurur: “Xoş o kəsin halına ki, Allaha ibadət etmək müvəffəqiyyətinə nail olub, günah və xatasına isə ağlayır.”

Hədis 179: Həzrət Əli (ə) buyurur: “Xoş o kəsin halına ki, arzuları qısadır və ömrünü qənimət sayır.”

Hədis 180: Həzrət Əli (ə) buyurur: “Əməl etmədən behişt istəmək axmaqlıqdır.”