

www.nice.az » İslam Dünyası » Məsumların nurlu kəlamlarından 500 hədis [161-180]
Məsumların nurlu kəlamlarından 500 hədis [161-180]
Bu xəbəri dostlarınla paylaş:
![Məsumların nurlu kəlamlarından 500 hədis [161-180] Məsumların nurlu kəlamlarından 500 hədis [161-180]](/uploads/posts/1343033755_gg.jpg)
Hədis 161: İmam Həsən Əskəri (ə) buyurur: “Dostunu aşkar surətdə nəsihət edən kəs onu xəcil (xəcalətli) etmişdir.â€
Hədis 162: İmam Həsən Əskəri (ə) buyurur: “Dostlarının ən yaxşısı o kəsdir ki, sənin günahlarını unudub, yaxşılıqlarını yadda saxlasın.â€
Hədis 163: İmam Həsən Əskəri (ə) buyurur: “Şöhrət və rəyasət istəməkdən çəkin. Çünki bu ikisi insanı məhvə sürükləyir.â€
Hədis 164: İmam Həsən Əskəri (ə) buyurur: “Müsibət görmüş adamın yanında şadlanmaq ədəbdən deyildir.â€
Hədis 165: İmam Həsən Əskəri (ə) buyurur: “Ehtiyatın bir həddi vardırki, onu aşdıqda qorxaqlığa çevrilər.â€
Hədis 166: Həzrət Əli (ə) buyurur: “Kömək və yardım (Ruzi barəsində) ehtiyac olan qədər (Allah tərəfindən) çatasıdır.â€
Hədis 167: İmam Həsən Əskəri (ə) buyurur: “Mö`mini zillətə salan bir şeyə onun meyl göstərməsi necə də pisdir.â€
Hədis 168: İmam Həsən (ə) buyurur: “Siz qısa müddət ərzində və saylı günlərdə yaşayırsınız, ölüm isə qəfildən gəlir .â€
Hədis 169: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Elm öyrətdiyiniz və ya elm öyrəndiyiniz şəxslə yumşaq davranın.â€
Hədis 170: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Ölümümdən sonra ümmətim üçün ən çox qorxduğum şəxsQur` anı yanlış təfsir və tə`vil edən şəxsdir.â€
Hədis 171: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Allah-Təala Öz bəndəsinin tövbəsini canı çıxana qədər qəbul edir.â€
Hədis 172: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Bir şəxsin qaib bir şəxs barəsində etdiyi dua daha tez qəbul olar.â€
Hədis 173: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Qiyamətdə barəsində sorğu-sual olanan ilk şey namazdır.â€
Hədis 174: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Təəccüb edirəm o kəsə ki, ölüm onun sorağında ikən, o, dünya istəyindədir.â€
Hədis 175: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Elm axtarışında olan şəxsin ruzisini Allah yetirər.â€
Hədis 176: Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Mənim ümmətimə qarşı mehriban olanla Allah da mehriban olar.â€
Hədis 177:Həzrət Məhəmməd (s.a.a.) buyurur: “Müsəlmanların qeybətini etməyin və onların eyiblərini araşdırmayın (axtarmayın).â€
Hədis 178: Həzrət Əli (ə) buyurur: “Xoş o kəsin halına ki, Allaha ibadət etmək müvəffəqiyyətinə nail olub, günah və xatasına isə ağlayır.â€
Hədis 179: Həzrət Əli (ə) buyurur: “Xoş o kəsin halına ki, arzuları qısadır və ömrünü qənimət sayır.â€
Hədis 180: Həzrət Əli (ə) buyurur: “Əməl etmədən behişt istəmək axmaqlıqdır.â€
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: Menekşe |
Baxış sayı : 360 |
Rəylərin sayı (2) |
24 iyul 2012




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!