TƏQVİM

«    May 2025    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

ONLİNE

Hal-hazırda saytda 205 nəfər

.İstifadəçilər: 0
Tapılmadı.

.Robotlar: 0
Tapılmadı.

.Qonaqlar: 205

.Saytda olan son 20 istifadəçi
2Karona adopingBum
amerika Ashleynig
Ateist azefefo
Danielseego Darknight
Deerlip eagewsjes
edurnenok efygas
Falaexalp HymanPer
ijuxobajo JosueJeOli
LeGaCy M1rZ3
MelvinTog vasif_275

Admin | Baş Redaktor | Redaktor
VIP user | Briliant user | Gold user
Silver user | Active user

TOP XƏBƏRLƏR

TƏSADÜFİ XƏBƏR

Evləndikdən əvvəl və sonra

Evləndikdən əvvəl və sonra ...Ətraflı oxu

QAN YADDAŞIMIZ

 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 17.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 07.07.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 23.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

REKLAM

sms.nice.az

FACEBOOK PAGE

DOST SAYTLARI

www.nice.az » İslam Dünyası » Səbr etmək

Səbr etmək

 (səs sayı: 5)

Bu xəbəri dostlarınla paylaş:
Səbr etmək

İnsan vücudunda daima dini təhrikedicilərlə nəfsi təhrikedicilər vuruşurlar və onların arasında şiddətli müharibə gedir. Və bu müharibənin meydanı insan qəlbidir.

Dini təhrikedicilərin yardımçıları mələklərdir ki, onlar Allah ordusuna yardım edirlər və nəfsi təhrikedicilərinin yardımçısı isə şeytandır, yəni Allahın düşməni.

Səbir - dini təhrikedicilərin nəfsi təhrikedicilər qarşısında sabit və möhkəm dayanmağıdır. Bu sabitlik halının, yəni səbrin iki növü vardır:

1. Bədənin səbri, məsələn bədənin əziyyətlərinə səbir etmək kimi və bu səbir ya əməllə həyata keçir, məsələn çətin ibadətlərə dayanmaq və ya şiddətli xəstəliklərin və yaraların qarşısında səbir etməklə həyata keçir.

2. Nəfsin səbri isə odur ki, nəfsi xahişlərin və həvəslərin istəklərinə səbir edəsən.

Səbrin bu növü əgər qarnın, mədəninin istəklərinin qarşısında olarsa, iffətdir və əgər müsibətlər qarşısında olarsa, səbirdir.

Əgər sərvətə, mal-dövlətə səbir edirsə, nəfsi qorumaqdır və onun əksi naşükürlükdür.

Əgər qəzəbi yatızdırmaq üçündürsə, həlimli olmaq deməkdir, onun əksi isə qəzəbdir.

Əgər insanı boğaza yığan hadisələrin qarşısında səbir edirsə, səbirdir və əksi isə həmin hadisədən bezar olmaqdır.

Əgər sirr qarşısında səbir edərsə, sirr saxlamaqdır, əksi isə yaymaqdır.

Əgər dünya malının azlığına səbir edərsə, qənaət deməkdir və əksi isə israfdır.

Beləliklə deyə bilərik ki, səbir bütün əxlaqi dəyərləri əhatə edir və adil insanın böyüyü və rəhbəridir. Elə bu səbəbə görə də o zaman ki, Peyğəmbərdən (s) soruşdular ki, iman nədir? Cavab verdi ki, səbirdir.

Qurani Kərim səbir haqqında buryurur: “Şübhəsiz ki, səbir edənlərin əcrləri saysız-hesabsız, tamam-kamal veriləcəkdir” (“Zumər” surəsi, 10).

“Onlara səbir etdiklərinə görə ikiqat əcr veriləcəkdir. Bunlar, pisliyi yaxşılıqla qaytararlar və özlərinə verdiyimiz ruzidən infaq edərlər”. (“Qəsəs” surəsi, 54).

“Səbir edənlərə etdikləri əməldən daha yaxşısını əcr verəcəyik”. (“Nəhl” surəsi, 96).

Qurani-Kərimdə səbir haqqında çoxlu sayda ayələr gəlmişdir ki, onların hamısının bir məqsədi vardır ki, o da səbir edənlərin Allahın sevimli bəndələri olduğunun və onlara xüsusi dəyər verildiyinin vurgulanmasıdır.

Bəs hədislərimizdə necə, bu haqda nə deyilir? Allahın Rəsulu (s) buyurur: “Səbir - imanın yarısıdır”. O, Həzrət yenə buyurur: “Səbir xəzinədir, behişt xəzinələrindən”.

İmam Sadiq (ə) buyurur: “O zaman ki, mömin qəbrə daxil olacaq, namaz sağ tərəfində, zəkatı sol tərəfində olar, xeyir işləri başına kölğə salar və səbir onun kənarında dayanar. O zaman ki, iki mələk sual vermək üçün qəbrə daxil olar, səbir namaza və zəkata deyər, sahibinizin qayğısına qalın, əgər bacarmasanız, mən qayğısına qalacam”.

O Həzrət (ə) yenə buyurur: “Əgər bir mömin bəlaya düçar olar və səbir edər, onun əcri min şəhidə bərabərdir”.

Əmirəl-möminin (ə) buyurur: “İman dörd sütun üzərində möhkəmdir: yəqin, səbir, cihad və ədalət”.

Həzrət Əli (ə) Peyğəmbərdən (s) nəql edir: “Səbrin üç növü var: müsibət zamanı edilən səbir, itaət zamanı edilən səbir və günahlardan edilən səbir. O kəs ki, müsibətlərə səbir edər - Allah ona 300 dərəcə verər ki, hər bir dərəcə arasındakı fasilə yerlə göy arasındakı fasilə qədərdir. Hər kim ki, itaət qarşısında səbir edər - Allah ona 600 dərəcə verər ki, bu dərəcələr arasındakı fasilə yerin axırıncı həddindən ərşə qədərdir. O kəs ki, günahı tərk etmək üçün səbir edər - Allah ona 900 dərəcə verər ki, bu dərəcələr arasındakı fasilə yerin axırıncı həddindən ərşin sonuna qədər olar”.

İmam Baqir (ə) buyurur: “Səbir iki yerə bölünür, o səbir ki, bəlaların qarşısında edilir, o çox gözəldir və ondan da üstün haramdan uzaq olmaqdır”.

Səbir məqamından xaric olmaq isə çoxlu şikayət etmək, fəryad çəkmək, üz-gözü döyəcləmək və sairdir ki, bunlar Allahın bəyənmədiyi əməllərdir və insan ixtiyar etsə, bunların hamısından çəkinə bilər, Allahın müsibətinə görə razılıq edə bilər. Əlbəttə bu razılıq o mənaya deyil ki, müsibəti sevir, xeyr. Daxili narahatlıqlar, ağlamaq səbir etməmək mənasında deyildir. Belə ki, Peyğəmbər (s) oğlu İbrahim dünyadan gedəndə göz yaşı tökmüşdü və ona deyəndə ki, sən axı bizi bu işdən həmişə uzaqlaşdırırsan? O Həzrət (s) cavab verdi: “Bu rəhimdir, Allah ancaq öz bəndələrinə rəhim edir ki, onların özlərinin rəhimləri olsun, göz yaşı tökür və qəlbi hüznlü olur, ancaq o şey ki, Allahı qəzəbləndirir - demir”.

Bunun kimi insanlar razılıq məqamından xaric olmazlar. Səbrin kamallarından biri də insanın kasıblığını, xəstəliyini və başqa müsibətlərini sirr olaraq saxlamasıdır. İmam Baqir (ə) Allahın Rəsulu (s) haqda buyurur: “Allah Təala buyurur: “O kəs ki, xəstələnə və xəstəliyinə görə yanına gələnlərə şikayət etməyə, bədəninin əti yerinə ən yaxşı ət, qanı yerinə ən yaxşı qan verərəm. Əgər ona şəfa versəm, o zaman şəfa verərəm ki, onun günahı olmasın və əgər onun canını alaramsa, onu öz rəhmətə tərəf apararam”.

Bu hədisin təfsirində buyururlar ki, ən yaxşı ət və qan dedikdə o nəzərdə tutulur ki, o ət, qan və dəri ilə günah işlətməyibdir.

Şikayət dedikdə isə o nəzərdə tutulur ki, məsələn bir kəs öz xəstəliyindən şikayət edərək deyir ki, elə bir xəstəliyə tutulmuşam ki, heç kim bu xəstəliyə düçar olmayıbdır və ya elə bir müsibətdəyəm ki, heç kim belə müsibətə düçar olmayıb. Həzrət buyurur ki, şikayət o deyil ki, məsələn deyəsən dünən yatmamışdım və ya deyəsən bu gün qızdırmam var.

İmam Baqir (ə) gözəl səbir haqqında sual verəndə o Həzrət buyurdu: “Gözəl səbir o səbirdir ki, onda şikayət olmasın. Amma Allaha şikayət etmək çətinlik yaratmır. Belə ki, Yəqub (ə) buyurur: “Hüzn və qəmimdən ancaq Allaha şikayət edirəm””.

Sonda onu deyə bilərik ki, dərdi yaradan Allah onun dərmanını da yaradır və şəfa vermək üçün vəd verir. Səbir çətin bir əməl olsa da, onu elm və əməl dərmanı ilə əldə etmək olar, yəni müasir dövrümüzün problemlərini kiçik hesab edib və müsibətlərin ömrünün qısa olduğunu nəzərə alaraq, hədis və Quran ayələri haqqında təfəkkür edərək, etdiyimiz zərərin cüziliyini anlayaraq, səbir edə bilərik və bununla dini təhrikediciləri gücləndirib, nəfsi təhrikediciləri zəiflədə bilərik.

Bir sözlə, səbir möminin şeytana qarşı ən yaxşı silahıdır və qurbi-İlahiyə çatmaq istəyən hər bir müsəlman bu silahı ömrü boyu hərəkətdə saxlamalıdır ki, qəbir evində səbir onun yardımına gəlsin, axirətdə isə Allahın ən sevimli bəndələrindən olsun. Müasir dövrümüzün gündəlik problemləri qarşısında səbir edək və imanımızı gücləndirək. Amin!!!


ŞƏRH YAZMAĞI UNUTMAYIN...!


Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
| Müəllif: Ancelas | Baxış sayı : 864 | Rəylərin sayı (23) | 22 aprel 2010

Mövzuya oxşar xəbərlər:

Səbir - qurtuluşun sirli açarı
Səbir - qurtuluşun sirli açarı
Səbir - müsibətlərə dözmək, sıxıntı və üzüntülərə müqavimət göstərmək, nəfsi pis təhriklərdən uzaq tutmaqdır. Nəfsə ağır gələn şeylərə dözmək ancaq səbirlə mümkündür ...
Səbr edin, ey müsəlmanlar - [I hissə]
Səbr edin, ey müsəlmanlar - [I hissə]
Səbir, yalnız çətinliklər qarşısında deyil, həyatın hər anında yaşanması lazım olan gözəl bir əxlaq xüsusiyyətidir... ...
Səbr edin ey muselmanlar - [II hissə]
Səbr edin ey muselmanlar - [II hissə]
Yaşadığımız dünyanın bir imtahan yeri, əsl yurdun isə axirət olduğunu düşünsək....
RUZİNİ ARTIRMAQ ÜÇÜN TÖVSİYƏLƏR
RUZİNİ ARTIRMAQ ÜÇÜN TÖVSİYƏLƏR
RUZİNİ ARTIRMAQ ÜÇÜN TÖVSİYƏLƏR

Səhifəni çap et
Hide_G (Offline)
Əlavə edilən tarix 23 aprel 2010 01:21 | 3

Şərh sayı: 1736
Xəbər sayı: 1
Xalı: 7
Qeydiyyat: 10.05.2009
 
axra kimi oxuya bilmedim thanks winked




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 1
Qiyamet Simfoniyasi (Offline)
Əlavə edilən tarix 22 aprel 2010 21:22 | 2

Şərh sayı: 540
Xəbər sayı: 17
Xalı: 0
Qeydiyyat: 14.04.2010
Mükafatı yoxdur
Chox sebrsizem amma bacardigim qeder Sebr etmeye calishmiram...




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
Ancelas (Offline)
Əlavə edilən tarix 22 aprel 2010 20:36 | 1

Şərh sayı: 1851
Xəbər sayı: 50
Xalı: 0
Qeydiyyat: 23.01.2010
 
Fikirlerinize gore evvelceden twk edirem thankyou




Status: qeyd edilməyib
imza
ICQ: 644628271
Reputasiya: 0
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

İSTİFADƏÇİ PANELİ


Xoş Gəldiniz

Ləqəb
Şifrə

Qeydiyyatdan keç!
Şifrəni unutmusan?

AYLIQ MÜƏLLİFLƏR

AYLIQ ŞƏRHÇİLƏR

TOP ŞƏRHLƏR

SEV_GI

Şərh sayı: 6171
hebibi_p

Şərh sayı: 5686
_ROCK_STAR_

Şərh sayı: 3871
angel_org

Şərh sayı: 3456
fasqa

Şərh sayı: 3102
EMERALD

Şərh sayı: 2903
xansuagdash

Şərh sayı: 2848
Sparrow

Şərh sayı: 2818
Ice

Şərh sayı: 2397
Menekşe

Şərh sayı: 2376

ZƏNGİn İSTİFADƏÇİLƏR

HiTMaN

xal: 2821
Menekşe

xal: 2366
SiMPLe_GiRL

xal: 2234
Naxcione

xal: 2002
vusaal

xal: 1718
hebibi_p

xal: 1232
M1rZ3

xal: 1095
karakasa

xal: 1073
xeyal98

xal: 1057
NiXaTo

xal: 1003

SORĞU

Sizin fikrinizcə uğurun açarı aşağıdakılardan hansıdır?

İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər...


Son Səsverən: Qonaq
Bütün Sorğular