www.nice.az » İslam Dünyası » Müsəlman Qadının İdealları Böyükdür
Müsəlman Qadının İdealları Böyükdür

Müsəlman Qadının İdealları Böyükdür
Cahiliyyə qadın xarakterinin əhəmiyyətli xüsusiyyətlərindən biri bu şəxslərin üfüqləri, idealları, düşüncələri və həyat tərzlərinin çox dar sahə ilə məhdudlaşmasıdır. Bu xarakteri mənimsəyən qadınlar üçün cəmiyyətin nəzərdə tutduğu bəzi müəyyən vəzifə və məsuliyyətləri var. Əslində onlardan gözlənilən sadəcə olaraq bunları ən yaxşı şəkildə yerinə yetirmələridir. Bunların xaricində fərqli ideallara sahib olmaları, ya da fərqli mövzularda özlərini inkişaf etdirmələri üçün, ümumiyyətlə, qadınlara imkan verilmir. Qadınlar ancaq bu vəziyyətdən xəbər tutduqları, həyatlarını daha fərqli və daha böyük ideallar üzərinə qurma ehtiyacını duyduqları təqdirdə özlərini inkişaf etdirib, düşüncə üfüqlərinin sərhədlərini genişləndirə bilərlər.
Qadın üçün nəzərdə tutulan başlıca məsuliyyətlər isə, ümumilikdə götürsək, ailəsini və evini maddi və mənəvi baxımdan yaxşı şəkildə idarə etməsi və uşaqlarını yetişdirməsidir. Bunların xaricində qadınların uşaqlıq illərindən etibarən aldıqları təlqinlər əsasında maraqlandıqları mövzular isə tamamilə özlərinə aiddir. Bunlar da, ümumiyyətlə, saçları, makiyajları, paltarları, dəblə ayaqlaşmaq kimi mövzular, ev təmizliyi, dost yığıncaqları kimi fəaliyyətlərlə məhduddur. Əlbəttə, insanın ailəvi məsuliyyətlərini yerinə yetirməsində, özünə aid ehtiyaclarını aradan qaldırmaqla maraqlanmasında, ya da evinin təmizliyini təmin etməsində səhv yoxdur. Səhv olan, yaşadığı həyatın və boynuna götürdüyü məsuliyyətlərin yalnız bunlarla məhdudlaşdırılması və bunu nə məqsədlə etdiyini bilməməyidir.
Allah Quranın “Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!â€â€“ deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda cəhd etmirsiz?†(Nisa Surəsi, 75) ayəsiylə insanlara yer üzərindəki çətinlik çəkən gücsüz insanların vəziyyətini xatırlatmış, onlara kömək etməyin və yol göstərməyin vicdan sahibi insanlar üçün vəzifə olduğunu bildirmişdir.
Allah başqa bir ayədə isə “Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir.†(Nisa Surəsi, 36) sözləriylə möminlərin öhdəçiliyinin yalnız özləri olmadığını, yetimlərə, yoxsullara, yolda qalmışa və bunlar kimi möhtac olan bir çox insana kömək əlini uzatmaqla da məsul olduqlarını xatırlatmışdır. Müsəlman qadın bütün bu məsuliyyətlərinin şüurunda olan insandır. Buna görə də heç vaxt yalnız öz ehtiyaclarının arxasına düşüb, yalnız özünü maraqlandıran bir neçə məsuliyyəti yerinə yetirib, Allahın bildirdiyi bu öhdəlikləri göz ardı edə bilməz. Həyata dair ideallarını, düşüncələrini yalnız bu şəkildə məhdudlaşdırmaz. Dünyanın hər tərəfindəki çətin vəziyyətdəki insanların, aclıqdan əziyyət çəkən, epidemiya xəstəliklərlə ilə mübarizə edən, döyüş və qarşıdurma mühitlərinin çətinliyini yaşayan uşaqların, qadınların, yaşlıların bütün çətinliklərini sanki öz problemi imiş kimi düşünüb onlara kömək etmək üçün əlindən gələn səyi göstərər. Bundan əlavə gündəlik həyatında qarşısına çıxan məsələlərdə də hər mövzuya həqiqətən layiq olduğu qədər dəyər verər.
Əsl məqsədinin Allahın razılığını qazanmaq, Onun bəyəndiyi əxlaqı yaşamaq və insanlara gerçək dincliyi və xoşbəxtliyi yaşayacaqları bu əxlaqı izah etmək olduğunu bilər. Buna görə də bəzi qadınların gündəlik həyatlarında qarşılaşıb çox əhəmiyyətli gördükləri, gözlərində böyüdüb kədərləndikləri bir çox mövzunun insanın gerçək məqsədinin yanında, nə qədər boş və nə qədər əhəmiyyətsiz mövzular olduğunu bilərək hərəkət edər.

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: Sparrow |
Baxış sayı : 396 |
Rəylərin sayı (9) |
31 yanvar 2011

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!