TƏQVİM

«    May 2025    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

ONLİNE

Hal-hazırda saytda 117 nəfər

.İstifadəçilər: 0
Tapılmadı.

.Robotlar: 0
Tapılmadı.

.Qonaqlar: 117

.Saytda olan son 20 istifadəçi
2Karona adopingBum
amerika Ashleynig
Ateist azefefo
Danielseego Darknight
Deerlip eagewsjes
edurnenok efygas
Falaexalp HymanPer
ijuxobajo JosueJeOli
LeGaCy M1rZ3
MelvinTog vasif_275

Admin | Baş Redaktor | Redaktor
VIP user | Briliant user | Gold user
Silver user | Active user

TOP XƏBƏRLƏR

TƏSADÜFİ XƏBƏR

Inna - I wanted you

Inna  - I wanted you...Ətraflı oxu

QAN YADDAŞIMIZ

 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 17.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 07.07.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 23.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

REKLAM

sms.nice.az

FACEBOOK PAGE

DOST SAYTLARI

www.nice.az » İslam Dünyası » Bayram öncəsi bilməmiz gərəkən amillər

Bayram öncəsi bilməmiz gərəkən amillər

 (səs sayı: 4)

Bu xəbəri dostlarınla paylaş:
Bayram öncəsi bilməmiz gərəkən amillər
Bayram öncəsi bilməmiz gərəkən amillər



Qurban nə deməkdir?
Qurban yaxınlaşma deməkdir. Buradan hərəkətlə, qurban kəsmək; Allaha yaxınlaşma məqsədiylə, Onun verdiyi mallardan, qurban edilməsi mümkün olan birini, yenə Onun razılığı üçün kəsmək deməkdir.

Qurbanın dini dayağı nədir?
Qurban kəsmək, ilk insanla birlikdə başlamışdır. Hz.Adəmin uşaqları Allah üçün qurban kəsmişlər, amma birinin niyyəti təmiz olmadığı üçün onun qurbanı qəbul edilməmişdi. Qardaşının qurbanı isə qəbul edilmişdi. Digəri də onu qısqanmış və öldürmüşdü. Bu hadisəni bizə Qurani Kərim nəql edər. (Maidə 5/27) Buradan hərəkətlə qurbanda əsl olanın Allah rizası üçün kəsmə olduğunu da anlayırıq.

Bunun xaricində Qurani Kərimdə bir çox yerdə müxtəlif vəsilələrlə əvvəlki peyğəmbərlərə əmr edilən qurbanlardan, həccdə kəsiləcək qurbanlardan danışılar. Bütün dinlərdə qurban vardır. Nəhayət Kövsər Surəsində isə Hz. Məhəmmədə xitab edilərək onun və ümmətinin qurban kəsməsi əmr edilər. Hz. Peyğəmbər də Mədinədə davamlı qurban kəsmiş və həccdə isə, ehtimalla altmış üç illik ömürünü əsas alaraq, 63 dənə qurban kəsmişdir.

İbn Macənin nəql etdiyi həsən dərəcəsində bir hədisi şəriflərində isə: "Kim imkan tapar da qurban kəsməzsə bizim namazgahımıza yaxınlaşmasın" buyurmuşdur.

Qurban nə üçün kəsilər?
Həcc Surəsində Allah (c.c): "Qurbanlarınızın ətləri ya da qanları Allaha çatmaz; amma sizin təqvanız Allaha çatar." (22/37) buyurur. Buna görə, qurban kəsmənin əsl məqsədinin Allahın əmrini yerinə yetirmək, beləcə təqvalı olduğunu göstərmək olduğu aydın olar. Bunun mənası, Allah istəsə ən qiymətli malımızı da Onun yoluna fəda edə bilərik, deməkdir. Eynilə Hz. İbrahimin İsmayılı qurban etməyə qərar verməsi kimi, lazım olsa bizim də canımızı da qurban edə biləcəyimizi göstərməkdir. Bir baxıma da qurban malpərəstlik duyğusunu qırmaq, Allahın razılığı qarşısında hər şeyimizdən keçə biləcəyimizi göstərmək mənasını verər.

Kimlər qurban kəsməlidir?
Qısaca halı vaxtı yerində olanlar, yəni zənginlər qurban kəsərlər. Bunun ölçüsü isə təməl ehtiyaclarını qarşıladıqdan sonra, özünü zəngin edəcək qədər malı mülkü olmalıdır. Belə olan malın mülkün üzərindən, zəkatda olduğu kimi bir il keçməsi də lazım deyil.

Qadın qurban kəsdirə bilər?
Bir əvvəlki suala verdiyimiz cavabdan da aydın olacağı üzrə, Hənəfilərə görə qadının da öz malı mülkü, qızılı ya da pulu varsa onun da qurban kəsməsi lazımdır. Hətta qadın evə baxmaqla öhdəçilikli olmadığı üçün, onun təməl ehtiyaclarını qarşılayacaq pulunun olması axtarılmaz. Çünki onları onsuz da kişi qarşılayacaq. Elə isə zəngin olan qadın qurban kəsər, ya da vəkalət verərək kəsdirər.

Qurban kəsmək yerinə sədəqə verməklə bu ibadət yerinə yetirilmiş olar?
Xeyr əsla! Çünki ibadətlərin cinsini və keyfiyyətini biz təyin edə bilmərik. İbadətlər tamamilə Məbudun bildirdiyi kimi olmalıdır. Başqa cür vermə ibadətləri onsuz da vardır. Adam onlardan etməsi lazım olanları da edəcək, lazımdırsa qurbanını da kəsəcək.

Fiqhi hökmü istər vacib, istər sünnət olsun; qurban ibadəti müəyyən şərtləri daşıyan heyvanın üsuluna uyğun olaraq kəsilməsiylə yerinə yetirilər. Qurban əvəzini yoxsullara ya da kömək quruluşlarına vermək surətiylə, qurban ibadəti ifa edilmiş olmaz. Şübhəsiz Allah Təalanın razılığını qazanmaq niyyətiylə, kasıb və möhtaclara kömək etmək, yaxşılıq və lütfkarlıqda olmaq da Müsəlmanın əhəmiyyətli vəzifələrindən biridir. Ancaq, bu iki ibadətdən birinin digərinin alternativi olaraq təqdim edilməsi dini baxımdan doğru deyil.

Qurban nə vaxt kəsilər?
Vacib olan qurban, qurban bayramının birinci, ikinci və üçüncü yəni, Zilhicce ayının onuncu, on birinci və on ikinci günlərində kəsilər. Gözəl olan, qurbanların gündüzləri kəsilməsidir. Qurban Bayramının birinci günü kəsmək isə daha fəzilətlidir. Digər qurbanlarda isə hər hansı bir vaxt söz mövzusu deyil.

Bir qurbana neçə adam ortaq olar?
Böyük baş heyvanlara birdən yeddi adama qədər ortaq ola bilər. Heyvan qurban olacaq yaşda və xüsusiyyətlərdə olduqdan sonra, az ya da çox olması, ortaq sayını təyin etməz. Kiçik və əti az olsa da böyük baş heyvanlara yeddi ortaq ola bilər. "Bu qurban ancaq beş şəxsiyyət, ya da üç şəxsiyyət olar" kimi ifadələr, adam başına gələcək ətin müəyyən bir miqdarda olmasını izah etmək üçün deyilər. Yoxsa böyük baş bir heyvan qurban olma xüsusiyyətlərini daşıdıqdan sonra ona yeddi adam ortaq ola bilər.

Hansı heyvanlar qurban olaraq kəsilər? Bu heyvanlar hansı xüsusiyyətləri daşımalıdır?
Qurban ancaq keçi qoyun, mal dəvədən olar. Bunun xaricindəki heyvanlardan qurban olmaz. Çünki qurban bir ibadətdir və ibadətləri Hz. Peyğəmbər necə öyrətmişsə ancaq elə edilər.
Toyuqdan, dəvə quşundan vs. heyvanlardan qurban kəsməyə çalışan, və ya bunların qurban ola biləcəyini söyləyən ya da bu heyvanlardan bir qurban həsr edən insan bir bidət işləmiş olduğu üçün günahkar olar. Hətta belə bir iddiaya küfr deyən alimlər də vardır.

Qurbanlıq heyvanlardan hansıları ortaq olaraq kəsilə bilər?
Böyük baş heyvanlara birdən yeddiyə qədər ortaq oluna bilər. Kiçik baş heyvanlardan isə ancaq bir qurban olar.

Qurban kəsərkən nələrə diqqət yetirilməlidir?
1. Qurban kəsərkən xüsusilə heyvana çətinlik verməməyə diqqət yetirməlidir. Şəhərlərdə gördüyümüz və heyvanların itələnilib qaxılaraq, döyülərək qurban edilməsi vəhşilikdir, İslam əxlaqına sığmaz. Belə əziyyət edən insanlar sanki on günah işləmiş iki savab qazanmış kimidirlər. Bu qədər günah almaqdansa savabı tərk etmək daha yaxşıdır. Müsəlmanlar qurban kəsərkən heyvana necə şəfqətlə davranılacağını göstərmə şansı tutarlar. Bu şansı qaçırmamalı və müsəlmanın mərhəmətini və digərlərindən fərqini göstərməlidirlər.

2. İkinci əhəmiyyətli məsələ, təmizlik və insanları iyrəndirməmədir. Şəhərlərdə gördüyümüz mənzərələr, Müsəlmanlığın əlamətləri deyil. Bizdən Allah qurban kəsməmizi istər, ətrafı bulaşdırmamızı deyil. Və Hz. Peyğəmbər (s.ə.v) belə buyurar: Allah hər şeyin lütfkarlıq ilə edilməsini şərt qoymuşdur. (Lütfkarlıq, bir şeyi edilə biləcəyinin ən gözəliylə etməkdir). Elə isə boğazlarkən də lütfkarlıq ilə boğazlayın, bıçaqınızı yaxşı itiləyin və heyvanınızı rahatlaşdırın". Bu mövzuya Müsəlmanlar çox; amma çox diqqət yetirməli və hər fürsətdə dinə və dindarlara hücum etmək istəyənlərə fürsət verməməlidirlər.

Qurban əti necə qiymətləndirilməlidir?
Qurban kəsməkdən əsl məqsəd, Allah üçün qan axıtmaqdır. Bu edildikdən sonra qurban tamamdır; ancaq əlbəttə qurban kəsmənin hikmətlərindən biri də kasıb füqəranın ət yeməsidir. Bunu təmin etmək və qurban ətini paylamaq lazımdır. Bunun bir ölçüsü yoxdur. Adam, öz vicdanına görə hərəkət edər.

Qurban bağışlana bilər?
Qurban əlbəttə bağışlana bilər. Qurbanını kəsər və ətini olduğu kimi bir şəxsə, şəxslərə, ya da təşkilatlara bağışlaya bilər. Özü adına qurban kəsilmək üzrə qurbanının pulunu da bağışlaya bilər, yəni birini vəkil edə bilər. Ancaq qurban kəsmək yerinə onun pulunu bağışlamaqla qurban vəzifəsini yerinə yetirmiş olmaz.

Xeyr təşkilatlarına vəkalət verərək qurban kəsilə bilər?
Əlbəttə güvəndiyi və bu vəzifəni haqqıyla yerinə yetirdiyindən əmin olduğu təşkilatlara qurbanını verə bilər, onları vəkil edərək kəsilməsini onlardan istəyə bilər. Ancaq qurbanın bir ibadət olduğunu bilmək lazımdır. Bu səbəblə kəsilən qurbanların ətlərinin günah olmayan şəkildə və Müsəlman tərəfindən istifadə edilir olmasına diqqət yetirməli və bunu eyni zamanda izləməlidir.

Kreditlə qurban alına bilər?
Qurbanın nağd alınma zəruriliyi yoxdur. Halal olan hər cür alverlə qurban da alınar. Kreditlə alış-veriş caiz olduğuna görə qurbanı da kreditlə almaq caizdir.

Borc pul ilə qurban kəsilər?
Borc pul ilə başqa şeylər almaq caiz olduğuna görə qurban almaq da caizdir.

Ölmüş kəslər üçün də qurban kəsilər?
1. Ölü adına və ya savabı ölüyə bağışlanmaq üzrə qurban kəsilə bilər. Bir kimsə, savabını ölmüş olan ana və ya atasına yaxud digər yaxınlarına bağışlamaq üzrə, müxtəlif xeyr təşkilatlarına, kasıb və möhtac kəslərə hədiyyədə ola biləcəyi kimi, qurban da kəsə bilər.
2. Savabı Peyğəmbərimiz (s.ə.v)ın mübarək ruhuna və ya başqa mübarək şəxslərin ruhuna bağışlanmaq üzrə qurban kəsmək caizdir.

Əhd nə deməkdir?
Adamın dayanan öhdəçilikli olmadığı halda, fərz və ya vacib növündən bir ibadət edəcəyinə dair Allaha söz verməsidir.

Əhd bağışlana bilər?
Əhd qurban əlbəttə bağışlana bilər. Adam əhd qurbanını kəsər və ətini olduğu kimi bir şəxsə, şəxslərə, ya da təşkilatlara bağışlaya bilər. Özü adına əhd, akika, şükr qurbanı kəsilmək üzrə qurbanının pulunu da bağışlaya bilər, yəni birini vəkil edə bilər, vəkil etdiyi adam da qurbanı kəsər və ya kəsdirər.

Xeyr təşkilatlarına vəkalət verərək əhd, akika, şükr qurbanı kəsilə bilər?
Əlbəttə güvəndiyi və bu vəzifəsini haqqıyla yerinə yetirdiyindən əmin olduğu təşkilatlara qurbanını verə bilər, onları vəkil edərək kəsilməsini onlardan istəyə bilər.

Quranda izah edilən Habil və Qabil hadisəsindən ötəri, qurban kəsmək üçün təqva sahibi olmaq şərtdir?
Qurban ibadətini yerinə yetirmənin şərtlərindən biri təqva deyil; təqva ümumiyyətlə möminlərin əldə etmələri və inkişaf etdirmələri lazım olan bir xüsusiyyətdir. "Qurban ibadəti vacibdir, sünnədir; kəsməzsəm Allaha itaətsizlik etmiş, Hz. Peyğəmbərin sünnəsini tərk etmiş olaram" düşüncəsi bir təqvadır və bu düşüncə də dərhal hər qurban kəsəndə vardır.

Hamilə heyvanın ya da yeni doğan heyvanın qurban edilməsinin qorxusu var?
Doğumu yaxınlaşan hamilə heyvanı ya da yeni doğan heyvanı qurban olaraq kəsmək məkruhdur.

İki adamın kəsəcəyi qurbana üçüncü adam girə bilər?
Ortaq olaraq qurban edilə bilən heyvanlar tək və ya cüt ədəddə ortaq tərəfindən qurban edilə bilərlər. Buna görə iki ailənin ortaq kəsdiyi bir heyvana mütləq üçüncü bir adamın ortaq olması lazım deyil. Bir kimsə, qurbanlıq olaraq aldığı mala, sonradan bir və ya daha çox adamı ortaq edə bilər.

Qurbanın başının qoparılması lazımdır?
Heyvana əziyyət verilməməsi məqsədiylə heyvanın canı çıxmadan başının gövdəsindən ayrılması xoş qarşılanmamışdır. Canı çıxdıqdan sonra başının bədənindən ayrılmasında qorxu yoxdur.

Vəkalət yoluyla qurban kəsilə bilər?
Qurbanı şəxsən adamın özü kəsə biləcəyi kimi, vəkalət yoluyla başqasına da kəsdirə bilər. Çünki qurban, maliyyə bir ibadətdir. Mal ilə edilən ibadətlərdə isə vəkalət caizdir.

Qurbanlıq heyvanın südündən, yunundan, dərisindən, sahibinin faydalanmasının bir qorxusu var?
Bir kimsə, öz evində bəsləyib böyütdüyü və ya qurbanlıq olaraq satın almadığı bir inəyini, qurbana bir müddət qala qurban edəcəyinə niyyət etsə də bu inəyinin südünü yeyə bilər, ondan istifadə edə bilər. Lakin qurban olaraq alınan bir heyvanın əvvəlində südündən və yunundan faydalanmaq uyğun deyil. Əgər faydalanılmışsa əvəzi sədəqə olaraq verilməlidir.

Qurbanın dəri, ət, yağ, baş, ayaq, yun və süd kimi parçalarının satılması məkruhdur. Əgər belə bir şey edilsə qiymətinin tasadduk edilməsi lazımdır. Qurban, sırf Allah rizasını qazanmaq üçün kəsildiyindən qurbanın ətinin və digər parçalarının satılaraq əvəzinin sahibləri tərəfindən xərclənməsi caiz deyil. Əgər belə bir şey edilmişsə, qiymətinin tasadduk edilməsi lazımdır.

Qurban ətindən Qəssab ödənişi verilə bilər?
Qurban ətindən qəssab ödənişi də verilməz. Hz. Əlidən belə dediyi rəvayət edilmişdir: "Rəsulullah (s.ə.v.), dəvələr kəsilərkən başında dayanmamı, dərilərini və kürəklərindəki çullarını paylaşdırmamı əmr etdi və onlardan hər hansı bir şeyi qəssab ödənişi olaraq verməyi mənə qadağan etdi və qəssab ödənişini biz özümüz verərik" buyurdu. (Müslim, Edahi, 28; Əbu Davud, Edahi, 9; Nəsəi, Dahaya,37)

Qurban ətinin və dərisinin satılması caizdir?
Qurban ətinin və dərisinin sahibi tərəfindən satılması ya da ödənişinin bunlarla ödənməsi caiz deyil. Necə ki Hz. Peyğəmbər "Qurban dərisini satan kimsənin qurbanı yoxdur" buyurmuşdur. Ət və ya dərinin satılması halında əldə edilən pul, seqment əvəzi olaraq verilməsi halında da qiymətləri kasıblara sədəqə olaraq verilər.

Qurbanın yeyilməyəcək yerləri nələrdir?
Qurbanın yeyilməyəcək üzvləri bunlardır :

* Sidik yolu (ferci)
* Xəyaları
* Sidik torbası
* Öd kisəsi (öd)
* Axan qanı
* Tenasül üzvü

Heyvanın bu qisimləri kəsildikdən sonra parçalanarkən ayrılar və atılar.

Qurbanın dərisi nə edilər?
Qurbanın dərisi sahibi tərəfindən istənsə səccadə və ya evdə istifadə edilə biləcək bir əşya edilə bilər. Qurban sahibi dərisini istədiyi kimi qənaət edər, dilədiyi xeyr müəssisəsinə verə bilər.

Qurban kəsmək yerinə sədəqə verməklə bu ibadət yerinə yetirilmiş olar?

Qurban ibadəti, qurbanlıq heyvanı kəsmək surətiylə yerinə yetirilər. Bunun üçün qurban bayramında kəsilən qurbanı və ya əhd qurbanını kəsmək yerinə, pulunu kasıblara verməklə bu ibadət yerinə yetirilmiş olmaz.

Adətli qadın və qüslsüz kişi qurban kəsə bilər?
Aybaşı görən qadın və ya qüslsüz bir kişi qurban kəsə bilər. Kəsdiyi də yeyilər.

Laqeydlik səbəbiylə zamanında qurban kəsməyən nə etməlidir?
Şərtlərini daşıdığı halda laqeydlik v. b səbəblərlə qurban kəsməyən bir kimsənin, bir qurban əvəzini kasıblara verməsi, ayrıca tövbə və istiğfar etməsi lazımdır.

Alınan qurbanlığın ölməsi vəziyyətində nə edilər?
Alınmış qurbanlıq heyvanı ölən adam, öhdəçilik şərtlərini daşıması halında, Bayramın ilk üç günündə isə yeni bir qurbanlıq alıb kəsməsi, Bayram günlərindən sonra isə qurban əvəzini tasadduk etməsi lazımdır.

Bayram öncəsi bilməmiz gərəkən amillər

1. Qurban kəsmənin ibadət olduğuna dair dəlillər:
"Rəbbin üçün namaz qıl və qurban kəs!"
("əl-Kövsər" surəsi, 2-ci ayə)
De ki: "Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür".
("əl-Ən'am" surəsi, 162-ci ayə)
"Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər ("bismilləh" desinlər) "
( "əl-Həcc" surəsi, 34-cü ayə)
Ənəs ibn Malikdən (Allah ondan razı olsun!) rəvayət olunan hədisdə Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-bərəkəti və salamı olsun!) demişdir: "Bayram namazından sonra qurban kəsən ibadətini tamamlamış və müsəlmanların sünnəsinə (yoluna) əməl etmişdir".
("əl-Buxari", 5546-cı hədis).

2. Qurbanın tərifi:
Qurban bayramı münasibətilə qurban günlərində (zi-l-hiccə ayının 10-u, 11-i, 12-si və 13-ü) ibadət məqsədilə kəsilən heyvan.

3. Qurbanın hökmü:
Təkid olunmuş (vacibə yaxın olan) sünnədir.

4. Qurban kəsilməsinin icra vaxtı:
Ay təqvimi ilə zi-l-hiccə ayının 10-u bayram namazından sonra başlayıb zi-l-hiccənin 13-ü gün batana qədərdir.
Qeyd: Qurbanı bu günlər əsnasında gecə vaxtı da kəsmək olar.

5. Qurbanlıq mal-qara:
Dəvə, öküz, keçi, qoç və ya qoyun.
Qeyd: 7 nəfər və bundan az pul qoyub 1 dəvə və ya 1 öküz kəsə bilər. Bu halda həmin qurbanlığın alınması üçün pul qoyan şəxslərin 7-si də qurban kəsmiş sayılır. Keçi, qoç və qoyun isə yalnız bir nəfərin pulu ilə kəsilməlidir.

6. Qurbanın qəbul olunmasının iki şərti:
a) İxlas: yəni, bu ibadət yalnız Allah üçün olmalı;
b) Mütəbəa: yəni, Peyğəmbərin (Ona və ailəsinə Allahın xeyir-bərəkəti və salamı olsun!) etdiyi kimi olmalıdır.

7. Kəsilən qurbanlıq üçün qoyulan şərtlər:
a) qurbanlıq heyvan halal pul ilə alınmalıdır;
b) şəriətin göstərdiyi heyvan cinsindən olmalıdır. Xoruz, dovşan və s.olmamalıdır;
c) kəsilən heyvanın yaşı nəzərə alınmalıdır, yəni: - dəvə: 5 illik; - öküz: 2 illik; - keçi: 1 ilik; - qoç və ya qoyun: 6 aylıq.
Qeyd etmək lazımdır ki, yuxarıda göstərilənlərdən də, çox yaşı olan heyvanı qurban kəsmək olar.
d) kəsilən heyvanlarda təkgözlük, axsaqlıq, xəstəlik, zəiflik və arıqlıq kimi eyiblər olmamalıdır.

8. Qurban kəsilərkən riayət olunan şərtlər:
- qurban həddi-büluğa çatmış, ağlı başında olan şəxs tərəfindən kəsilməlidir;
- qurban kəsən şəxs müsəlman və ya kitab əhlindən (yəhudi və ya xristian) olmalıdır;
- qurbanı kəsmək üçün niyyət olmalıdır;
- qurban yalnız Allah üçün kəsilməlidir;
- qurban kəsdikdə Allahın adı çəkilməli, yəni "bismilləh" deyilməlidir;
- qurban Allahdan qeyrisinin adı ilə kəsilməməlidir;
- qurban, kəsici iti alətlə kəsilməlidir;
- qurban şəriətin buyurduğu yerdən kəsilib qanı axıdılmalıdır;
- qurbanlıq heyvan şəriətin icazə verdiyi heyvanlardan olmalıdır;
Qeyd: Bu şərtlərdən birinə riayət olunmazsa qurban qəbul olunmur.

9. Qurban kəsildikdə müstəhəb (bəyənilən) əməllər:
- qurbanı qibləyə tərəf döndərmək;
- qurbanı səliqəli və rahat şəkildə kəsmək;
- dəvəni ayaq üstə, öküz və qoçu isə uzanan yerdə kəsmək;
- bıçağı kəsilən heyvana göstərməmək;
- "bismilləh" dedikdən sonra "Allahu Əkbər" demək;
- qurbanın qəbul olunması üçün dua etmək;
- qurbanın kim tərəfindən kəsildiyini dillə tələffüz etmək;
Qeyd: Bu əməllərdən hər hansı birini tərk etmək qurbanı batil etmir.

10. Qurban kəsildikdə məkruh (bəyənilməyən) əməllər:
- bıçağı heyvana göstərmək və ya onun gözünün qabağında itiləmək;
- bir heyvanın gözünün qabağında o birisini kəsmək;
- kəsilmiş heyvanın canı çıxmamaış hər hansı bir əzasını sındırmaq və s. bu kimi əməllərlə heyvana əziyyət vermək;
Qeyd: bu əməllərdən hər hansı birini etmək qurbanı batil etmir.

11. Qurban ilə əlaqəli digər məsələlər:
- Sübh namazından bayram namazına qədər təkrarlanan dua: "ALLAHU Əkbər, ALLAHU Əkbər, ALLAHU Əkbər, lə iləhə illəllah, ALLAHU Əkbər, ALLAHU Əkbərlilləhil-həmd". Bu duanı hər kəs, camaatla (xorla) deməmək şərtilə, özlüyündə təkrarlamalıdır;
- Bayram namazı üçün azan və iqamə oxunmur;
- Bayram xütbəsi namazdan sonra olur;
ALLAHdan Onun üçün etdiyimiz ibadətləri bizdən qəbul etməsini istəyir və Peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə, səhabələrinə və yaxşı işlərdə onların yolunu tutanlara ALLAHIN xeyir-bərəkətini və salamını diləyirik!


Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
| Müəllif: NiXaTo | Baxış sayı : 568 | Rəylərin sayı (11) | 16 noyabr 2010

Mövzuya oxşar xəbərlər:

Qurban bayramı ilə bağlı fətva verildi
Qurban bayramı ilə bağlı fətva verildi
Qurban bayramı ilə bağlı fətva verildi...
Moskvada Qurban bayramı
Moskvada Qurban bayramı
Xəbərin ardında 11 foto
Qurban Bayramınız Mübarək!
Qurban Bayramınız Mübarək!
Qurban Bayramınız Mübarək!
Qurban bayramının vaxtı açıqlandı
Qurban bayramının vaxtı açıqlandı
Qurban bayramının vaxtı açıqlandı

Səhifəni çap et
Best_BoY (Offline)
Əlavə edilən tarix 3 yanvar 2011 13:19 | 11

Şərh sayı: 608
Xəbər sayı: 0
Xalı: 0
Qeydiyyat: 1.01.2011
Mükafatı yoxdur
maraglidir thx oxumalidir...




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
Ayla_girl (Offline)
Əlavə edilən tarix 21 noyabr 2010 21:56 | 10

Şərh sayı: 2032
Xəbər sayı: 71
Xalı: 20
Qeydiyyat: 21.11.2010
 
tsk




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 3
EMERALD (Offline)
Əlavə edilən tarix 17 noyabr 2010 16:33 | 9

Şərh sayı: 2903
Xəbər sayı: 22
Xalı: 356
Qeydiyyat: 3.08.2010
 
ELLERINE SAGLIQ.MARAQLIDIR


ELLERINE SAGLIQ.MARAQLIDIR




Status: qeyd edilməyib
imza
GİTTİN.Şimdi 1 mevsim deyil koca 1 hayat girdi aramıza.Biliyorum ne sen döne bilirsin artık nede ben kapıyı açabilirim sana.Ama şunuda unutma Tek sen oldun benim hayatımda.Körleşti duygular senin yokluğunda...
ICQ: --
Reputasiya: 3
you_lost_me (Offline)
Əlavə edilən tarix 17 noyabr 2010 12:24 | 8

Şərh sayı: 54
Xəbər sayı: 16
Xalı: 0
Qeydiyyat: 17.11.2010
Mükafatı yoxdur
Allah razi olsun...




Status: qeyd edilməyib
imza
I used to dream
I used to glance beyond the stars
Now I don’t know where we are
Although I know we’ve drifted far...

было время, я мечтал
я смотрел на çвеçды
теперü я не çнаю, где мы
хотя я çнаю, мы çашли слишком далеко
ICQ: --
Reputasiya: 0
GS-BOY (Offline)
Əlavə edilən tarix 17 noyabr 2010 00:45 | 7

Şərh sayı: 21
Xəbər sayı: 1
Xalı: 0
Qeydiyyat: 12.11.2010
Mükafatı yoxdur
xebere gore tewekkurler...




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
angel_org (Offline)
Əlavə edilən tarix 16 noyabr 2010 20:56 | 6

Şərh sayı: 3456
Xəbər sayı: 79
Xalı: 273
Qeydiyyat: 18.03.2010
 
Tesekkurler...Bunlari hami bilmelidir.Allah razi olsun.Haminin da qurban bayramini tebrik edirem.




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 5
xansuagdash (Offline)
Əlavə edilən tarix 16 noyabr 2010 18:14 | 5

Şərh sayı: 2848
Xəbər sayı: 21
Xalı: 61
Qeydiyyat: 21.05.2009
 
Tewekkur. Birde Qurban Bayraminiz mubarek




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 0
klose777 (Offline)
Əlavə edilən tarix 16 noyabr 2010 17:56 | 4

Şərh sayı: 2246
Xəbər sayı: 42
Xalı: 18
Qeydiyyat: 2.03.2010
 
lazimli melumatlara gore teshekkurler.......




Status: qeyd edilməyib
imza
Sizin qalmaqallı Dəli şərhçi - eks avril qayıtdı
ICQ: --
Reputasiya: 2
SEV_GI (Offline)
Əlavə edilən tarix 16 noyabr 2010 17:22 | 3

Şərh sayı: 6171
Xəbər sayı: 335
Xalı: 269
Qeydiyyat: 26.08.2009
  
Maraqli melumatlardir bezilerini bilirdim twm nece bele bayramlara Nice.azlilar.....))love

Emir bunu bəyənir.



Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 9
MADMAZEL (Offline)
Əlavə edilən tarix 16 noyabr 2010 17:18 | 2

Şərh sayı: 498
Xəbər sayı: 0
Xalı: 0
Qeydiyyat: 16.10.2010
Mükafatı yoxdur
TEWEKKURLER DEYERLI MELUMATLARA GORE




Status: qeyd edilməyib
imza
HEYAT YALANDI
в–?в–“в”¼в–€в–?в–?в–€в”¼в–„в–?в–?в–?в–„в”¼в–€в–?в–?в”¼в–?в–?в–€в–?в–?в–€в–€в–€в–?в”¼в–“в–? в–?в–“в”¼в”¼в–?в–?в”¼в–?в–?в–?в”¼в–?в–?в–?в”¼в–?в–?в”¼в–?в–?в”¼в–?в–?в–„в–?в”¼в”¼в”¼в–“в–? в–?в–“в”¼в”¼в–?в–?в”¼в–€в–?в–?в–„в–?в–?█┈█в–?в–„в–?в–€в”¼в–?в–?в–€в–?в”¼в”¼в”¼в–“в–? в–?в–“в”¼в–„в–?в–?в–„в–„в–?в–€в–€в–€в–€в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в–„в–?в–?в–„в–„в–„в–?в”¼в–“в–? в–?в–“в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в–“в–? в–?в–“в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в–„в–?в–?в–„в”¼в”¼в”¼в–„в–?в–?в–„в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в–“в–? в–?в–“в”¼в”¼в”¼в”¼в”¼в”¼в–?в–?в–?в–?в–?в–?в”¼в–?в–?в–?в–?в–?в–?в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в–“в–? в–?в–“в”¼в”¼в”¼в”¼в”¼в”¼в–?в–?в–?в–?в–?в–?в–?в–?в–?в–?в–?в–?в–?в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в–“в–? в–?в–“в”¼в”¼в”¼в”¼в”¼в”¼в–?в–?в–?в–?в–?в–?в–?в–?в–?в–?в–?в–?в–?в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в–“в–? в–?в–“в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в–?в–?в–?в–?в–?в–?в–?в–?в–?в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в–“в–? в–?в–“в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в–?в–?в–?в–?в–?в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в–“в–? в–?в–“в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в–?в–?в–?в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в–“в–? в–?в–“в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в–?в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в”¼в–“в–?
ICQ: --
Reputasiya: 0
DANGER_EMO GIRL (Offline)
Əlavə edilən tarix 16 noyabr 2010 15:50 | 1

Şərh sayı: 1003
Xəbər sayı: 1
Xalı: 0
Qeydiyyat: 14.11.2010
Mükafatı yoxdur
site Maraqlidir bir daha tebrikler twk




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

İSTİFADƏÇİ PANELİ


Xoş Gəldiniz

Ləqəb
Şifrə

Qeydiyyatdan keç!
Şifrəni unutmusan?

AYLIQ MÜƏLLİFLƏR

AYLIQ ŞƏRHÇİLƏR

TOP ŞƏRHLƏR

SEV_GI

Şərh sayı: 6171
hebibi_p

Şərh sayı: 5686
_ROCK_STAR_

Şərh sayı: 3871
angel_org

Şərh sayı: 3456
fasqa

Şərh sayı: 3102
EMERALD

Şərh sayı: 2903
xansuagdash

Şərh sayı: 2848
Sparrow

Şərh sayı: 2818
Ice

Şərh sayı: 2397
Menekşe

Şərh sayı: 2376

ZƏNGİn İSTİFADƏÇİLƏR

HiTMaN

xal: 2821
Menekşe

xal: 2366
SiMPLe_GiRL

xal: 2234
Naxcione

xal: 2002
vusaal

xal: 1718
hebibi_p

xal: 1232
M1rZ3

xal: 1095
karakasa

xal: 1073
xeyal98

xal: 1057
NiXaTo

xal: 1003

SORĞU

Sizin fikrinizcə uğurun açarı aşağıdakılardan hansıdır?

İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər...


Son Səsverən: Qonaq
Bütün Sorğular