www.nice.az » İslam Dünyası » Ramazan haqqında
Ramazan haqqında
Bu xəbəri dostlarınla paylaş:

İslamın müqəddəs bayramları içərisində orucluq bayramı mühüm yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər.
İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə "on bir ayın sultanı" da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani Kərim nazil olunmuşdur. Həmin gecəyə "qədir" və ya "ehya" gecəsi deyilir. Qədir gecəsinin konkret olaraq hansı günə təsadüf edildiyi bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər vardır. Amma ümumi fikir belədir ki, qədir gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. İslamşunasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-sinə təsadüf edir. Müqəddəs Qurani Kərimin "Qədir" surəsində qədir gecəsi haqqında belə yazılmışdır. "Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aydan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür".
Orucluq Ramazan ayında təzə ay çıxandan başlayır, və 29 - 30 gün davam edir. Qurani Kərimdə yazılır: "Sübh açılınca, ağ sap qara sapdan fərqlənmiyəcəyinə qədər yeyib-için, sonra gecəyə kimi orucunuzu tamamlayın".
Ramazan ayı orucluq, insan nəfəsinin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrüdür. İnsan bu ayın dua və ibadətləri ilə eyiblərdən saflığa, saflıqdan kamilliyə doğru gedir. Bu ay ruhun tərəqqisi, Allaha tərəf pərvaz etməsidir.
Orucluğun başa çatdığı gün Fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbrini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidirlər.
Orucluq insanlara öz iradələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.
Bu il orucluq ayi 11 avqust tarixindən başlayacaq. 12 avqust tarixli gündə artıq oruc tutulacaq.
Allah bütün müsəlmanların oruclarını qəbul etsin!

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: Ice |
Baxış sayı : 2416 |
Rəylərin sayı (18) |
3 avqust 2010

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!