www.nice.az » İslam Dünyası » Ramazan ayında qadınlarla bağlı on məsələ... [5]
Ramazan ayında qadınlarla bağlı on məsələ... [5]
![Ramazan ayında qadınlarla bağlı on məsələ... [5] Ramazan ayında qadınlarla bağlı on məsələ... [5]](/uploads/posts/1336807761_copy.jpg)
Ramazan ayında quranla bağlı başqa aylarda olmayan xüsusiyyət vardır.
Allah təala buyurur: " İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və ayıran Ramazan ayında nazil edilmişdir" (əl- Bəqərə: 185)
Ramazan ayı və quran bir-biri ilə bağlıdır. Ramazan zikr edildikdə, Quran da zikr olunur.
Səhiheyndə ( yəni Buxari və Müslimdə) İbn Abbas (Allah onların hər iksindən razı olsun) demişdir: " Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) insanların ən səxavətlisi idi, Ramazan ayında Cəbrail ilə görüşdükdə daha səxavətli olardı, Cəbrail ona Ramazanın hər gecəsi Quranı öyrədərdi,və Peyğəmbər Cəbraillə qarşılaşdıqda xeyrə əsən sürətli küləkdən daha səxavətli olardı."
Bu hədis Ramazan ayında quran oxumağın,öyrənməyin müstəhəb olmasına dəlalət edir. Xüsusən də gecələr çünki gecə bütün məşquliyətlərə son qoyulur, enerji cəm olunur, qəlb və dil düşünmək üçün rahatlanır.
Allah təala buyurur: " Şübhəsiz ki, gecə qalxmaq daha əlverişli və söz demək daha münasibdir ".( əl- Müzzəmil:6)
Sələflər Ramazanda Quran oxumağı çoxaldardılar, bəziləri quranı Ramazan qiyamının hər üç gecəsindən bir, bəziləri hər həftəsində bir dəfə, bəziləri hər on günündə xətm edərdi.
Qatədə (Allah ona rəhmət etsin ) daim quranı həftədə bir dəfə, Ramazanda üç gündən bir, Ramazanın axır on günündə hər gecədə xətm edərdi.
Zühri (Allah ona rəhmət etsin ) Ramazan girəndə deyərdi: " Həqiqətən O yalnız quran oxumaq və yemək yedirtməkdir".
İbn Abdull Həkəm (Allah ona rəhmət etsin ) belə demişdir: "Malik (Allah ona rəhmət etsin ) Ramazan girdikdə hədis oxumağı və alimlərlə oturmağı tərk edib Mushafdan Quran oxumağa üz tutardı".
Abdurrazaq (Allah ona rəhmət etsin ) demişdir: Sufyan assovri (Allah ona rəhmət etsin ) Ramazan ayı girdikdə bütün ibadətləri tərk edib quran oxumağa üz tutardı.
Müsəlman bacım, gərək sənin də oxumaq üçün qurandan bir hissən olsun, qəlbin onunla dirilsin, nəfsin onunla paklaşsın, əzalarin onun üçün qorxsun,bununla da Qiyamətdə Quranın şəfaətinə müstəhiq (layiq) olasan. Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " Oruc və Quran Qiyamət günü qul üçün şəfaətçi olacaqlar. Oruc deyəcək: Ey Rəbbim onu yeməkdən , şəhvətdən saxladım məni onun üçün şəfaətçi et, və Quran deyəcək: Onu gecə yatmağa qoymadım məni onun üçün şəfaətçi et, dedi: və şəfaət edəcəklər." (Ahməd və Hakim Səhih isnadla rəvayət etmişlər).

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: Menekşe |
Baxış sayı : 580 |
Rəylərin sayı (2) |
30 iyul 2012

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!