TƏQVİM

«    İyun 2023    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

ONLİNE

Hal-hazırda saytda 57 nəfər

.İstifadəçilər: 0
Tapılmadı.

.Robotlar: 0
Tapılmadı.

.Qonaqlar: 57

.Saytda olan son 20 istifadəçi
AKIS AlfredInono
Azeko botabash
CalvinOthek camalsemed
Candy DanielFaF
elvin_006 FERMABOT
GopspsonFek Hiramram
Kadimov M1rZ3
nusret2222 PhktCarRent
RichardPak sevalya
TEWsog vasif_275

Admin | Baş Redaktor | Redaktor
VIP user | Briliant user | Gold user
Silver user | Active user

TOP XƏBƏRLƏR

TƏSADÜFİ XƏBƏR

Sənli günlərim [şeir]

Sənli günlərim...Ətraflı oxu

QAN YADDAŞIMIZ

 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 17.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 07.07.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 23.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

REKLAM

sms.nice.az

FACEBOOK PAGE

DOST SAYTLARI

www.nice.az » İslam Dünyası » Möminlərin cəsarəti... [9]

Möminlərin cəsarəti... [9]

 (səs sayı: 4)

Bu xəbəri dostlarınla paylaş:
Möminlərin cəsarəti... [9]

Möminlər iman etdikləri üçün başqalarının çəkinib tərəddüd etdikləri hadisələrdə çox şövqlə, cəsur davranırlar. Məsələn, inkarçıların tələ qurduqları, fiziki təzyiq göstərdikləri zamanlarda belə, son dərəcə qərarlı, cəsur, mərd və güclü xarakterləri ilə nəzərə çarpan möminlər doğru yolda olduqlarından əmin olduqları üçün inkarçıların özlərindən istədikləri kimi hərəkət etmir, Quran əxlaqını yaşamaqdan və imanlarından güzəştə getmirlər.

İnkarçılar möminlərin peşman olmalarını və bir daha gözəl əxlaqı təbliğ etməmələrini istəyirlər. Quranda inkarçıların tarixin hər dövründə bu cür davrandığı xəbər verilir.

Möminlər də inkarçıların hazırladıqları tələlərdən xəbərdardırlar. Belə ki, Allah Öz qatından göndərdiyi Quran ilə bunu onlara xəbər vermişdir. Bu tələlər möminlərə maddi və mənəvi zərər vermək üçündür. Lakin buna baxmayaraq, möminlər Allahın əmrinə uyğun olaraq inkarçılara qarşı çətin və şərəfli mübarizələrini davam etdirir, cəsarətlə onlara qarşı fikri mücadilə aparırlar. Bu, Allahın əmridir:

Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir! (Maidə surəsi, 54)

Peyğəmbərimizin (s.ə.v) zamanında möminlərlə inkarçılar arasında müharibələr baş vermişdir. İnkarçılar müharibə zamanı ruhdan düşmüş, tamamilə mənəvi sarsıntıya uğramışdır. Peyğəmbərimiz (s.ə.v) və səhabələr özlərindən sonra gələn bütün müsəlmanlara nümunə olacaq güclü cəsarət göstərmişlər. Bəzi müsəlmanlar müharibədə mallarını, bədən üzvlərini, qollarını, ayaqlarını itirmiş, bəzilərinin yaxınları şəhid olmuş, amma cəsarətlərini itirməmişlər. Allah Quranda keçmişdə yaşayan müsəlmanların çox mərd olduqlarına, başlarına bir müsibət gəldikdə “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!” (Bəqərə surəsi, 156) dediklərinə diqqət çəkir. Onların bu cəsarətləri Allaha, Peyğəmbərimizə (s.ə.v) və Qurana nə qədər bağlı olduqlarını göstərir. Münafiqlər havanın isti olduğunu bəhanə edərək müharibədən qaçarkən, möminlər mallarını və canlarını ortaya qoyaraq mübarizə aparmışlar.

Peyğəmbərimizə (s.ə.v) müharibə əmri olan ayələr endirildiyi zaman münafiqlər özlərini biruzə vermişlər. Müharibə əmri gəldikdə özünü müsəlman olaraq tanıdan bir çox insanın qəlbindəki xəstəlik üzə çıxmışdır. Allah bu insanların vəziyyətini aşağıdakı ayə ilə xəbər vermişdir:

Möminlər: “Kaş (cihad barəsində) bir surə nazil olaydı!” – deyirdilər. Elə ki möhkəm bir surə nazil olub orada döyüş (cihad əmri) bildirildi, qəlblərində mərəz (şəkk və nifaq mərəzi) olanların sənə ölüm qorxusundan bayılmış kimsənin baxışı ilə baxdıqlarını gördün!… (Muhəmməd surəsi, 20)

Bu ayədən də məlum olduğu kimi münafiqlərin ən nəzərə çarpan xüsusiyyətlərindən biri qorxaq olmalarıdır. Bir başqa ayədə Allah bu cür buyurur:

Sən onları gördükdə cüssələri xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Onlar, sanki söykədilmiş dirəklərdir. Onlar hər bir qışqırığın öz əleyhlərinə olduğunu zənn edirlər. Onlar düşməndirlər, sən onlardan həzər et! Allah onları öldürsün, necə də haqdan döndərilirlər! (Münafiqun surəsi, 4)

Müharibə əmri gəlməzdən əvvəl Peyğəmbərimizə (s.ə.v) müsəlman olduqlarını deyən, müharibə olsa mütləq müharibəyə qatılacaqlarına dair söz verən münafiqlər müharibə əmri gəldiyi zaman özlərini elə aparmışlar ki, sanki müharibəyə getmək istəyənlər bunlar deyilmiş. Halbuki vədlərini yerinə yetirsəydilər daha gözəl olardı. Allah bununla əlaqədar olaraq bu cür buyurur:

… Amma onlara daha çox yaraşardı - İtaət etmək və gözəl bir söz demək. İş qətiləşdiyi zaman Allaha sadiq olsaydılar, sözsüz ki, onlar üçün daha yaxşı olardı! (Muhəmməd surəsi, 20)

Allaha və axirətə tam şəkildə iman etmədikləri üçün müharibəyə getməkdən qorxmuş, möminlərin göstərdikləri cəsarəti göstərməmişlər. Halbuki səmimi möminlər bu ayələri eşitdikləri zaman şövqləri daha da artmışdır. Allah bir ayədə möminlərin qərarlılığını vurğulayarkən “… Onlar (əhdlərini) əsla dəyişdirməyiblər.” (Əhzab surəsi, 23)-deyə buyurur. Həqiqi imana sahib olmayanlar isə bu cür çətin imtahanlarda özlərini ələ vermişlər. Çünki cəsarət təqlid edilməyən mömin xüsusiyyətidir. Allah insanlar üçün bir çox imtahan mühiti yaratmış, bu imtahanlarda kimin doğru, kimin yalan danışdığını aşkar etmişdir.

Allah Quranda möminlərin gözəl əxlaqından, Özünə olan bağlılıqlarından davamlı bəhs edir, onların cəsarətlərini bir çox ayədə nümunə göstərir. Peyğəmbərimizin (s.ə.v) dövründə yaşanan bu nümunələrdən biri belədir:
Möminlər ordu hissələrini gördükdə dedilər: “Bu, Allahın və Peyğəmbərinin bizə olan vədidir. Allah və Peyğəmbəri düz buyurmuşlar!” Bu onların yalnız imanını və itaətini artırdı. (Əhzab surəsi, 22)

Yuxarıdakı ayədən də məlum olduğu kimi möminlər sadəcə Allaha güvənib sığınan insanlardır. Allaha tam təslimiyyətlə təvəkkül etmişlər. Düşmənlərinin onlara qarşı toplanmasından məyus olmurlar. Çünki düşmənlərini də, qarşılaşdıqları çətinlikləri də yaradan Allahdır. Allahın gücünün hər şeyi əhatə etdiyini, düşmənlərin də müstəqil gücə sahib olmadığını bilirlər. Buna görə də ayədə xəbər verilən hadisələrlə rastlaşdıqları zaman hər şeyin yaradıcısı olan Rəbbimizə təvəkkül edirlər. Əleyhlərində görünən hadisələri xeyrə yozmaları, hər hadisədə Allaha yönəlmələri və heç vaxt keflərini pozmamaları inkar edənlərin qorxmasına səbəb olur.

Quranda mömin xüsusiyyəti olaraq göstərilən cəsarətin ən çox təcəlli etdiyi insanlar isə heç şübhəsiz, peyğəmbərlər olmuşdur. Quranda peyğəmbərlərin və təqvalı möminlərin yaşadıqları hadisələrdəki cəsarət nümunələrindən bəzilərini növbəti mövzuda qeyd edək.


Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
| Müəllif: Menekşe | Baxış sayı : 276 | Rəylərin sayı (3) | 3 oktyabr 2012

Mövzuya oxşar xəbərlər:

Quran əxlaqı: Sadiqlik
Quran əxlaqı: Sadiqlik
Bir insana qarşı sevgi duyulmasına səbəb olan əxlaq xüsusiyyətlərindən biri də "sədaqət"dir
Möminlərin cəsarəti... [6]
Möminlərin cəsarəti... [6]
Şeytan insanları qorxaqlığa yönəldir...
Möminlərin cəsarəti... [8]
Möminlərin cəsarəti... [8]
Cəsarəti necə qazanmaq olar?
Möminlərin cəsarəti... [10]
Möminlərin cəsarəti... [10]
Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v)

Səhifəni çap et
Menekşe (Offline)
Əlavə edilən tarix 3 oktyabr 2012 23:07 | 3

Şərh sayı: 2376
Xəbər sayı: 256
Xalı: 2366
Qeydiyyat: 11.06.2012
  
Alyans,
SiMPLe_GiRL,
Dəyməz.... tşk..




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 6
SiMPLe_GiRL (Offline)
Əlavə edilən tarix 3 oktyabr 2012 22:07 | 2

Şərh sayı: 2242
Xəbər sayı: 452
Xalı: 2234
Qeydiyyat: 8.02.2012
  
tewekkurler ,Allah razi olsun ..




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 14
Alyans (Offline)
Əlavə edilən tarix 3 oktyabr 2012 16:41 | 1

Şərh sayı: 279
Xəbər sayı: 0
Xalı: 285
Qeydiyyat: 14.09.2012
Mükafatı yoxdur
MARAQLIDIR...TESHEKKÜR




Status: qeyd edilməyib
imza
Men
ICQ: --
Reputasiya: 0
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

İSTİFADƏÇİ PANELİ


Xoş Gəldiniz

Ləqəb
Şifrə

Qeydiyyatdan keç!
Şifrəni unutmusan?

AYLIQ MÜƏLLİFLƏR

AYLIQ ŞƏRHÇİLƏR

TOP ŞƏRHLƏR

SEV_GI

Şərh sayı: 6171
hebibi_p

Şərh sayı: 5686
_ROCK_STAR_

Şərh sayı: 3871
angel_org

Şərh sayı: 3456
fasqa

Şərh sayı: 3102
EMERALD

Şərh sayı: 2903
xansuagdash

Şərh sayı: 2848
Sparrow

Şərh sayı: 2818
Ice

Şərh sayı: 2397
Menekşe

Şərh sayı: 2376

ZƏNGİn İSTİFADƏÇİLƏR

HiTMaN

xal: 2821
Menekşe

xal: 2366
SiMPLe_GiRL

xal: 2234
Naxcione

xal: 2002
vusaal

xal: 1718
hebibi_p

xal: 1232
M1rZ3

xal: 1095
karakasa

xal: 1073
xeyal98

xal: 1057
NiXaTo

xal: 1003

SORĞU

Sizin fikrinizcə uğurun açarı aşağıdakılardan hansıdır?

İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər...


Son Səsverən: Qonaq
Bütün Sorğular