

www.nice.az » Sevgi Aləmi » Mən sevirəm!!!
Mən sevirəm!!!
Evə qayıdanda pəncərəmdə işıq görməyi sevirəm.Evə girəndə dəhlizdə işığın yanmağını da sevirəm.Hətta evdə heç kim olmayanda da.Elə bil ki evdə kimsə var, elə bil ki səni gözləyirlər.Məktub almağı sevirəm...
Pəncərə şüşəsindən yağış damlalarının süzülüb axmasını seyr etməyi sevirəm.Yağışlı havada maşının arxa oturacağında yol getməyi,damcılara baxmağı,musiqi dinləməyi,bu musiqiyə qarışaraq düşünməyi çox sevirəm.
Fikirli olanda uzunmüddət piyada gəzməyi sevirəım.Ayağımın altına baxaraq hara getməyimdən asılı olmayaraq şəhərin küçələrində dolaşmağı, fikirlərimlə baş-başa qalmağı çox sevirəm.
Səmaya baxmağı sevirəm. Yağışdan sonra yaranan göləməçələri seyr edirəm. Onları hələ uşaqlıqdan xoşlayırdım. Qışda belə gölməçələrin üzərində yaranan nazik buz qatını xırçıldadaq sındırmağı çox sevirəm.
Təkliyi və sakitliyi sevirəm. Amma bəzən izdihama qoşularaq onun bir hissəsinə çevrilmək də çox xoşuma gəlir. Umumi sevinci bölüşməyin fərəhini çox sevirəm.
Balaca uşaqları seyr etməyi sevirəm. Atasının əlindən tutub gəzintiyə çıxan balacalar mənə xoşbəxtlik gətirir sanki. Gecə yatmazdan əvvəl pəncərədən bayıra baxmağı sevirəm. Gecənin sərinliyinə qarışaraq sonsuz sayda ulduzlarla dolu səmanın dərinliyinə baxaraq həzz almağı çox sevirəm.
Çiyələyi, qarağatı, moruğu sevirəm-birbaşa dərib yeməyi. Birini qoparıb ağzına aparırsan və eyni zamanda gözün kolların arasından başqasını axtarır. Tanımadığım insanlara kömək etməyi, qayğı göstərməyi sevirəm.
Bayramlarda otağımı bəzəməyi sevirəm və sonra orda yuxuya getməti, sanki nağıllardayammış kimi. Divarlarda kölgələri seyr etməyi, onları müxtəlif obrazlarda görməyi çox sevirəm.
Şokoladın dadını sevirəm, mandarinin ətrini sevirəm, küləyin saçlarımı oynatmasını sevirəm, doğma şəhərimi sevirəm. Sərin səhərləri,sakit axşamları sevirəm.İşıqlara qərq olmuş gecə Bakısını çox sevirəm.
Günəşin çıxmasını və qürubunu,yazı,yayı,payızı,qışı sevirəm.Hər fəsildə özümə aid olanı sevirəm.Ailəmi sevirəm.Hədiyyələr verməyi və qarşılığında təbəssüm almağı sevirəm.Uşaqları çox sevirəm.
Təzə otun ətrini sevirəm.Təzə qarın təmizliyini sevirəm.Kitabları,səni düşündürən,içindən tərpədən kitabları sevirəm.Axtarışları sevirəm.Eyni anda bir neçə işi etməyi və hər birini də yaxşı etməyi bacardığımda qürur hissi duymağı çox sevirəm.
Bəzən gərginliyi sevirəm. Belə anlarda zamanı elə dəqiq duyursan ki. Əsasən də dincəlmək zamanı əldə edəndə. Gərgin anlardan sonra bir dəqiqəlik rahatlıq daha parlaq nəzərə çarpır. Daxili yorğunluqdan dincəlməyi çox sevirəm.
Qarın yağmasını sevirəm.Geçələr işıqda qar dənəciklərinin uçuşmasını sevirəm. Bayırda soyuq, içəridə isti olmasını xoşlayıram. Yaxşı dostlarla məclislərdə əylənməyi sevirəm. Özümə çox şeyi bacardığımı sübut etməyi sevirəm. İdmanla məşğul olmağı, əzələlərımın mənə tabe olduğunu hiss etməyi sevirəm. Gülləri, ağacları, yaşıllığı sevirəm. Kəpənəklərin xəfif uçuşunu sevirəm. Onlar o qədər fərqli, o qədər gözəldirlər ki.
Bayramları sevirəm. Cavabdehliyi, yaddaşımı, gücümü, yaşamaq haqqımı sevirəm. Dənizi sevirəm. O məni heyran edir. Həm sakit ləpələri, həm də çoşub daşan daığaları ilə. Bu qədər suyu, bu qədər mehriban amansızlığı bir yerdə duymaq möhtəşəmdir. Və dənizə yağan yağışı. Heç seyr etdinizmi? Sözlə ifadə olunmayan hissdir.
Cizgi filmlərini sevirəm. Filmlərə baxaraq özümü həmin zamanda hiss etməyi xoşlayıram. Bir dəfə dağda açıq pəncərələr altında yatmaq nəsib olub mənə. Bayırda çayın səsi eşidilir, otaqda yeni dərilmiş meyvənin ətri-elə qəribə idi ki.
Sevirəm,sevirəm.sevirəm....sevdiyimiz hər şeyi saymaqla bitirmi ki?Oyanmağı və görməyi sevirəm. Təkcə görməyi yox, həm də eşitməyi. İnsanları sevirəm.İsti çörəyin ətrini xoşlayıram.Təndirdən çıxmış çörəyi xırçıldadaraq yeməyi sevirəm.
Valideynlərimi sevirəm. Onlar həyatın mənə verdiyi ən dəyərli , ən əvəzolunmaz varlıqlardır.
Uşaqlığımı sevirəm. Musiqini sevirəm. Düşünməyi və həyata keçirməyi sevirəm. Dinləməyi,susmağı...düşündüyümü deməyi sevirəm. Nağılları sevirəm.
Səni sevirəm.Səni sevirəm.Səni Sevirəm.Ey Həyat, eşidirsən məni...?
Mən yaşamağı sevirəm!
Siz nələri sevirsiniz?
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: Naxcione |
Baxış sayı : 546 |
Rəylərin sayı (6) |
19 oktyabr 2011




|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!