TƏQVİM

«    May 2025    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

ONLİNE

Hal-hazırda saytda 92 nəfər

.İstifadəçilər: 0
Tapılmadı.

.Robotlar: 0
Tapılmadı.

.Qonaqlar: 92

.Saytda olan son 20 istifadəçi
2Karona adopingBum
amerika Ashleynig
Ateist azefefo
Danielseego Darknight
Deerlip eagewsjes
edurnenok efygas
Falaexalp HymanPer
ijuxobajo JosueJeOli
LeGaCy M1rZ3
MelvinTog vasif_275

Admin | Baş Redaktor | Redaktor
VIP user | Briliant user | Gold user
Silver user | Active user

TOP XƏBƏRLƏR

TƏSADÜFİ XƏBƏR

İlin Ənləri - 2011

İlin Ənləri-2011Gəlin Bir Yerdə Seçək! ...Ətraflı oxu

QAN YADDAŞIMIZ

 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 17.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 07.07.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 23.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

REKLAM

sms.nice.az

FACEBOOK PAGE

DOST SAYTLARI

www.nice.az » İslam Dünyası » Nəsihətlər... [17]

Nəsihətlər... [17]

 (səs sayı: 1)

Bu xəbəri dostlarınla paylaş:
Nəsihətlər... [17]

Allah-Təalanın həzrət Musaya (ə) müraciətində üçüncü mühüm nöqtə nəfsin ittiham edilməsidir. İnsan öz nəfsini qınayıb ona arxayın olmamalıdır. Bəli, azğın nəfs bəndəlik və ilahi təkliflərin icrası yolunda, Allah və dinlə tanışlıqda insanı aldada bilər. Nəfsin təlqinləri sayəsində insan həqiqəti təhrif olunmuş şəkildə tanıyıb doğru yoldan çıxa bilər. Allah-təala azğın nəfs istəklərinin tə’siri altında doğru yoldan çıxan alimlər haqqında buyurur: “Azğın nəfsini özünə mə’bud edəni görmədinmi? Allah onu bilərəkdən azdırdı, qulağına və qəlbinə möhür vurdu, gözünə pərdə çəkdi. Allahdan savayı onu kim hidayət edəcək? Öyüd götürmürsünüz?!” (“Casiyə”, 23) İnsan nəfsini özünə mə’bud seçdikdən sonra onun qəlbinə, gözünə və qulağına pərdə çəkilir. Belə bir insan haqqı batildən seçə bilmir. Onun din haqqında anlayışları təhrif olunur. Demək, insan həqiqi dini dərk etmək üçün öncə nəfs istəklərini nəzarətə almalı, nəfsin tə’siri altına düşməməlidir. Bir çox əhvalatlarda həqiqi din alimlərinin nəfs istəklərini susdurması gözəl şəkildə bəyan olunmuşdur. Onlar dini məsələlər haqqında qərar çıxararkən nəfsin tə’sirindən qurtulmağa müvəffəq olmuşlar. Mərhum Əllamə Hilli haqqında belə nəql edirlər: Bir gün alim murdarlanmış quyunun paka çıxarılması məsələsini araşdırırmış. Müəyyənləşdirmək istəyirmiş ki, quyunun paka çıxması üçün ondan nə qədər su çəkilməlidir. Həmin vaxt alimin həyətində quyu olmuşdur. Öz quyusuna xatir asan hökmə meyl etməmək üçün mərhum Hilli həmin quyunun doldurulmasını göstəriş vermişdir. Bəli, quyu olmayan yerdə nəfs istəklərinin qorxusu yox idi!
İnsan bə’zən müəyyən mənafe və ya zərərlərə görə dinə münasibətini dəyişir, onun düşüncəsi tə’sir altına düşür. Yüksək ixlas mərtəbəsinə çatmış alimlər həqiqətin üzə çıxarılması yolunda nəfs istəklərini susdurmuş, müəyyən məhrumiyyətlər yaşamışlar. Onların əsas məqsədi din haqqında düzgün qənaətə gəlmək olmuşdur.
Deyildiyi kimi, nəfsin ittihamı və onun nəzarət altında saxlanılması təkcə dinlə tanışlıq mərhələsinə aid deyil. Dini tanıdıqdan sonra da nəfs öz işini görə bilər. İnsan çalışmalıdır ki, dini vəzifələrini yalnız Allahın razılığı üçün yerinə yetirib xoşbəxtlik və kamala çatsın. Nəfs ilahi vəzifələrə əməl məqamında insana çox xəyanət edir. O insanı riyakarlığa, şöhrətpərəstliyə, məqampərəstliyə sürükləməklə onun ixlasını əlindən alır. Əlbəttə belə bir görüntü yaradır ki, bütün işlər Allaha xatir görülüb. Bə’ziləri əməldəki riyakarlığı görməyə də bilər. Amma nəfsini tərbiyə edənlər əməlin Allah xatirinə olub olmadığını yaxşı anlayır. Hər hansı sahədə bilik qazanan insan özünü təmənnasız göstərsə də, nəfs istəklərinin tə’siri altında ola bilər. Bə’ziləri zahirdə Allahın razılığı üçün çalışdığını nümayişə qoyur, amma daxildə ad-san və məqam üçün tər tökür.
İnsan özünü aldatmamalıdır. İnsan atdığı addımların və fəaliyyətlərinin, hətta dini xidmətlərinin Allaha xatir olub-olmadığını müəyyənləşdirmək üçün özünü sınağa çəkməlidir. Yalnız bundan sonra hansı həddə səmimi olduğu üzə çıxır. Məsələn, sinifdə müəllimə tez-tez sual verən şagird öz hərəkətlərinin səbəbini araşdırmalıdır. Olmazmı ki, həmin suallar dərsdən sonra ünvanlansın? Bə’ziləri deyə bilərlər ki, dərsdən sonra müəllimi saxlamaq çətin olur. Başqa bir sual yaranır: Nə üçün müəllim sualı cavablandırdıqdan sonra şagird onunla razılaşmaq istəmir? Görəsən onun məqsədi özünü elmli göstərmək deyil? Həqiqəti üzə çıxarmaq naminə mübahisə edən insan qarşı tərəfin yetərli dəlillərindən sonra inadkarlıq göstərmir, düz mövqe tutmadığını e’tiraf edir. Gördüyümüz bir çox işlər insanların diqqətini cəlb etməyə xatirdir. Sadəcə bu məqsədimizi müxtəlif yollarla pərdələyirik. Bəli, insan onu hərəkətə gətirən amillərə diqqətli olmalıdır. Psixoloji zədələrlə bağlı aparılan tədqiqatlardan sonra aydın olmuşdur ki, bə’zən insan qəlbinin dərinliyində mənfi niyyətlər gizlənir. Nəfs min yolla bu niyyətləri gizləməyə çalışır. Bu səbəbdən də özünütanıma və özünütərbiyə üçün insan uyğun təcrübələrdən istifadə etməlidir.
Aydın oldu ki, nəfs insanı iki yolla aldadır. O ilk addımda həqiqətləri təhrif olunmuş şəkildə göstərib, insanı ilahi mə’rifətdən məhrum etməyə çalışır. Onun ikinci işi insanın ixlasını, səmimiyyətini, işi Allaha xatir görməsini əlindən almasıdır. İnsanın niyyəti qeyri-ilahi olduqda Allah tərəfindən qəbul edilmir. Qeyd etməliyik ki, Allah-təala şirk qatqılı əməli də rədd edir. Yə’ni həm başqalarına xatir görülən iş, həm də Allahla yanaşı başqalarına xatir görülən iş məqbul deyil. İmam Sadiq (ə) buyurur: Allah-təala buyurur: “Ən üstün şərik mənəm. Öz əməlində başqasını mənə şərik qoşanın (başqasının razılığını güdənin) əməlini qəbul etmərəm. (Onu həmin şərikin ixtiyarına verərəm.) Yalnız mənə görə yerinə yetirilən əməl başqadır (mənim tərəfimdən qəbul olunur).” (“Biharul-ənvar”, c. 7, bab 54, s. 243, h. 15)
Demək, həm həqiqətlərlə tanışlıqda, həm də öz rəftarlarımızda nəfsə diqqətli olmalıyıq. Çünki nəfs insanı müxtəlif yollarla aldadır, həqiqətlərlə tanışlığa mane olur. O həm də qeyri-ilahi niyyətləri meydana çəkir. Əxlaq alimləri nəfsin hiylələrini nəzərə alaraq insanın özünü tərbiyə edib səmimi addım ata bilməsi üçün müxtəlif yollar göstərir.



Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
| Müəllif: Menekşe | Baxış sayı : 317 | Rəylərin sayı (2) | 11 sentyabr 2012

Mövzuya oxşar xəbərlər:

Nəsihətlər... [16]
Nəsihətlər... [16]
Yaranmışların Allah hüzurunda kiçikliyi...
Nəsihətlər... (3)
Nəsihətlər... (3)
Nə üçün Allah-Təala bəndələrini özünə itaətə və günahdan çəkinməyə çağırır?
Nəsihətlər... (5)
Nəsihətlər... (5)
Allahın razılığı və qəzəbi...
Nəsihətlər... [11]
Nəsihətlər... [11]
Allah dostlarının sadə yaşayışı və şöhrətdən qaçması...

Səhifəni çap et
Menekşe (Offline)
Əlavə edilən tarix 18 oktyabr 2012 22:35 | 2

Şərh sayı: 2376
Xəbər sayı: 256
Xalı: 2366
Qeydiyyat: 11.06.2012
  
SiMPLe_GiRL,
Təşəkkür bacı...




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 6
SiMPLe_GiRL (Offline)
Əlavə edilən tarix 11 sentyabr 2012 14:58 | 1

Şərh sayı: 2242
Xəbər sayı: 452
Xalı: 2234
Qeydiyyat: 8.02.2012
  
Gozel Nesihetdi Allah razi olsun ..




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 14
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

İSTİFADƏÇİ PANELİ


Xoş Gəldiniz

Ləqəb
Şifrə

Qeydiyyatdan keç!
Şifrəni unutmusan?

AYLIQ MÜƏLLİFLƏR

AYLIQ ŞƏRHÇİLƏR

TOP ŞƏRHLƏR

SEV_GI

Şərh sayı: 6171
hebibi_p

Şərh sayı: 5686
_ROCK_STAR_

Şərh sayı: 3871
angel_org

Şərh sayı: 3456
fasqa

Şərh sayı: 3102
EMERALD

Şərh sayı: 2903
xansuagdash

Şərh sayı: 2848
Sparrow

Şərh sayı: 2818
Ice

Şərh sayı: 2397
Menekşe

Şərh sayı: 2376

ZƏNGİn İSTİFADƏÇİLƏR

HiTMaN

xal: 2821
Menekşe

xal: 2366
SiMPLe_GiRL

xal: 2234
Naxcione

xal: 2002
vusaal

xal: 1718
hebibi_p

xal: 1232
M1rZ3

xal: 1095
karakasa

xal: 1073
xeyal98

xal: 1057
NiXaTo

xal: 1003

SORĞU

Sizin fikrinizcə uğurun açarı aşağıdakılardan hansıdır?

İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər...


Son Səsverən: Qonaq
Bütün Sorğular