TƏQVİM

«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

ONLİNE

Hal-hazırda saytda 1369 nəfər

.İstifadəçilər: 0
Tapılmadı.

.Robotlar: 0
Tapılmadı.

.Qonaqlar: 1369

.Saytda olan son 20 istifadəçi
2Karona adopingBum
amerika Ashleynig
Ateist azefefo
Danielseego Darknight
Deerlip eagewsjes
edurnenok efygas
Falaexalp HymanPer
ijuxobajo JosueJeOli
M1rZ3 MelvinTog
Robertmaw vasif_275

Admin | Baş Redaktor | Redaktor
VIP user | Briliant user | Gold user
Silver user | Active user

TOP XƏBƏRLƏR

TƏSADÜFİ XƏBƏR

MAGIX Movie Edit Pro 17 Plus HD 10.0.1.15 [2011]

MAGIX Movie Edit Pro 17 Plus HD xüsusilə H(DV) qeydləri, yüksək dəqiqlikli video materialları, professional xüsu...Ətraflı oxu

QAN YADDAŞIMIZ

 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 17.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 07.07.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 23.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

REKLAM

sms.nice.az

FACEBOOK PAGE

DOST SAYTLARI

www.nice.az » İslam Dünyası » Nəsihətlər... [11]

Nəsihətlər... [11]

 (səs sayı: 1)

Bu xəbəri dostlarınla paylaş:
Nəsihətlər... [11]

Allah-Təala həzrət Musaya (ə) tövsiyə edir ki, təzə yox, köhnə libas geyinsin. Bəli, mö’min bir tərəfdən zahiri dəyərlərə uymamalı, digər bir tərəfdən bilməlidir ki, sadə libas ondakı təvazö halını gücləndirəsidir. Adətən, insanlar təzə və qiymətli libas geyənlərə qibtə ilə baxır. Təzə və qiymətli libas geyinən şəxs başqalarının ona olan diqqətinin artdığını görüb daha artıq bəzənməyə çalışır. Bu halda onun qəlbindəki Allah qorxusu zəifləyir. Sadə və köhnə libasa isə heç vaxt əhəmiyyət verən olmur. İnsan bu qəbil libaslarda başqalarının diqqətini cəlb etmir, zahirinə görə sevinmir. Onun üçün ilahi və mə’nəvi gözəlliklər cəvahir gözəlliyindən çox dəyərlidir. Bu qəbil insanlar üçün gözəl libas kimi dünya cazibələri əhəmiyyətsizdir. Onlar çalışırlar ki, xalqın diqqətini cəlb etməmək üçün təzə libaslar geyməsinlər. Onlar əmindirlər ki, təkamül fikrində olanlar üçün xalq diqqəti böyük bəladır.
Şöhrət, ad-san, xalqın ehtiramı insanın Allaha diqqətini əskildir. Allahla ünsiyyətdə olan insan nəinki xalqın diqqətindən ləzzət almır, əksinə bu diqqət onu narahat edir. Çünki bu diqqət onun Allaha diqqəti üçün maneədir. Məsələn, ona verilən salam, ona göstərilən ehtiram bir anlıq da olsa, onu öz məhbubuna diqqətdən ayırır. Demək, insanların diqqət və ehtiramı nəinki faydasızdır, hətta mə’nəvi məsələlərə diqqəti yayındırır. Allah-təala öz məhbubu Musaya köhnə libas geyinməyi tövsiyə edir. Onun nəzərinə çatdırır ki, xalq arasında tanınmaqdan çəkinsin, səma əhli ilə tanışlığa çalışsın. Onun yalnız mələklər, Allah övliyaları ilə tanışlığı faydalıdır. Bu sayaq tanışlıqlar təkamül yolu üçün faydalıdır.
Bu qəbil əxlaqi göstərişlər bizi ifrat və təfritə sövq etməməlidir. Şöhrətdən çəkinmək, barmaqla göstərilməmək müsbət əxlaqi keyfiyyətdir. Belə bir münasibətin həm ictimai, həm də əxlaqi tə’sirləri var. Ruhani və mə’nəvi yüksəliş sorağında olan insan şan-şöhrətdən çəkinsə diqqətini mə’buda daha yaxşı yönəldə bilər. Amma bu əxlaqi tövsiyədən sui-istifadə etmək olmaz. Xalqın nəzəri mühüm deyildir deyə, cəmiyyətdən kənara çəkilmək düzgün deyil. İnsan guşənişin olmamalıdır. Cəmiyyətdən kənara çəkilən insan öz ictimai vəzifələrinə əməl edə bilməz. Xalqa xidmət, ehtiyaclılara yardım, haqqın təbliği, təhsil bizim mühüm vəzifələrimizdəndir. İnsan yalnız ictimai həyatda bu dəyərlərə sahib ola bilir. Əgər alim tanınmasa və özünü təqdim etməsə, insanlar elm və dini vəzifələrlə tanış olmaq üçün ona üz tutmazlar. Nəticədə alimin elmi səmərəsiz olar. Demək, bir çox vəzifələrin, o cümlədən ibadətlərin ictimai yönümü var. Cəmiyyətə qatılmadan bu vəzifələri yerinə yetirmək mümkün deyil. Cəmiyyətdən uzaqlaşmaq istəyən kəs yaxşılığa çağırış və pislikdən çəkindirmə kimi mühüm dini vəzifələrini yerinə yetirə bilmir. O başqalarına xidmətdən, tə’lim-tərbiyədən məhrum olur.
Məqsədimiz budur ki, şan-şöhrət insanın zati istəyinə çevrilməməlidir. İnsan həyatını ictimai mövqe və xalqın diqqətini cəlb etməyə sərf etməməlidir. Şöhrət və ictimai mövqe vəzifələrin icrası üçün vasitə olmalıdır. İnsan tutduğu məqam və qazandığı sevgidən dini və ictimai vəzifələrinin icrasında istifadə etməlidir. Bəyənilməyən budur ki, şan-şöhrət və ictimai məqam insanın əsas həyat amalına çevrilsin. Bütün bunlar Allaha yaxınlıq üçün vasitə seçildikdə məzəmmət olunmur. Bə’zən vəzifələrin icrası üçün məqam və sevgi qazanmaq zərurətə çevrilir. Əgər var-dövlətdən xalqa yardım və Allahın razılığı üçün istifadə olunarsa, bu yaxşıdır. Pis budur ki, var-dövlət toplamaq insanın əsas məqsədi olsun. Bu halda dünyapərəstlik insanın ruhiyyəsinə hopur. Bu ruhiyyə onu çirkin yollara əl atmağa da vadar edir. Yalnız var-dövlət toplamaq fikrində olan insan qanun tanımır. Bir çox din alimlərinin şöhrət və sevgidən çəkinməməsinə pis baxmamalıyıq. Onlar yazdıqları kitabların üzərinə öz adlarını qeyd edir, tez-tez cəmiyyətdə görünürlər. Əgər onların bu münasibəti dinin yayılmasına kömək edirsə onları məzəmmət etməməliyik.


Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
| Müəllif: Menekşe | Baxış sayı : 364 | Rəylərin sayı (1) | 28 iyul 2012

Mövzuya oxşar xəbərlər:

Nəsihətlər... [20]
Nəsihətlər... [20]
Saleh insanlar və saleh cəmiyyətlə rabitənin zərurəti...
Nəsihətlər... [12]
Nəsihətlər... [12]
Mömin və xəlvətə maraq...
Nəsihətlər... [24]
Nəsihətlər... [24]
Xalqla ünsiyyətin əsas şərtləri...
Nəsihətlər... (2) 3-ci hissə..
Nəsihətlər... (2) 3-ci hissə..
Qəlbin daşlığında və qaralığında uzun-uzadı arzuların rolu...

Səhifəni çap et
SiMPLe_GiRL (Offline)
Əlavə edilən tarix 9 mart 2013 00:48 | 1

Şərh sayı: 2242
Xəbər sayı: 452
Xalı: 2234
Qeydiyyat: 8.02.2012
  
Allah razi olsun baci ..




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 14
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

İSTİFADƏÇİ PANELİ


Xoş Gəldiniz

Ləqəb
Şifrə

Qeydiyyatdan keç!
Şifrəni unutmusan?

AYLIQ MÜƏLLİFLƏR

AYLIQ ŞƏRHÇİLƏR

TOP ŞƏRHLƏR

SEV_GI

Şərh sayı: 6171
hebibi_p

Şərh sayı: 5686
_ROCK_STAR_

Şərh sayı: 3871
angel_org

Şərh sayı: 3456
fasqa

Şərh sayı: 3102
EMERALD

Şərh sayı: 2903
xansuagdash

Şərh sayı: 2848
Sparrow

Şərh sayı: 2818
Ice

Şərh sayı: 2397
Menekşe

Şərh sayı: 2376

ZƏNGİn İSTİFADƏÇİLƏR

HiTMaN

xal: 2821
Menekşe

xal: 2366
SiMPLe_GiRL

xal: 2234
Naxcione

xal: 2002
vusaal

xal: 1718
hebibi_p

xal: 1232
M1rZ3

xal: 1095
karakasa

xal: 1073
xeyal98

xal: 1057
NiXaTo

xal: 1003

SORĞU

Sizin fikrinizcə uğurun açarı aşağıdakılardan hansıdır?

İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər...


Son Səsverən: Qonaq
Bütün Sorğular