TƏQVİM

«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

ONLİNE

Hal-hazırda saytda 182 nəfər

.İstifadəçilər: 0
Tapılmadı.

.Robotlar: 0
Tapılmadı.

.Qonaqlar: 182

.Saytda olan son 20 istifadəçi
2Karona adopingBum
amerika Ashleynig
Ateist azefefo
Danielseego Darknight
Deerlip eagewsjes
edurnenok efygas
Falaexalp HymanPer
ijuxobajo JosueJeOli
M1rZ3 MelvinTog
Robertmaw vasif_275

Admin | Baş Redaktor | Redaktor
VIP user | Briliant user | Gold user
Silver user | Active user

TOP XƏBƏRLƏR

TƏSADÜFİ XƏBƏR

Picasa Photo Organizer 3.8.0 Build 117.29 [Proqram]

Yeni Picasa, fotonun baxışı üçün proqram, hələ ki beta mərhələdə olur, amma bütün onun funksiyaları artı...Ətraflı oxu

QAN YADDAŞIMIZ

 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 17.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 07.07.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 23.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

REKLAM

sms.nice.az

FACEBOOK PAGE

DOST SAYTLARI

www.nice.az » İslam Dünyası » Nəsihətlər... [10]

Nəsihətlər... [10]

 (səs sayı: 1)

Bu xəbəri dostlarınla paylaş:
Nəsihətlər... [10]

Biz mə’nəvi və ruhani həyat haqqında danışdıq. Amma qəlb heyvani hisslərin duyulması səbəbindən diri sayılır. Əksinə, heyvani hisslərdən məhrum qəlbi ölü adlandırırlar. Əlbəttə ki, insan təbiətinin tələb etdikləri məqbuldur. İstər dünyəvi, istər üxrəvi (axirətə aid) baxımdan təbii istək qəbul olunur. Şadlıq və ləzzət öz-özlüyündə pislənilmir. Xüsusi ilə bu istək Allah tərəfindən məqbuldursa və imam Mehdinin (əc.) razılığı ilə qarşılanırsa axirət səadətinə aparır. Amma peyğəmbər məktəbində tərbiyə alanlardan savayı hər bir insanın şadlığı dünyəvidir və dünya üçündür. Belələri dünya həyatını əsas götürdüklərindən dünya ehtiyacları ödəndikdə sevinir, bu ehtiyaclar tə’min olunmadıqda qəmlənirlər. Əlbəttə ki, belə bir hal xoşagəlməzdir. Allah-təala buyurur: “Allah (məst halda) şadlananları sevmir.” (“Qəsəs”, 76) Ayədəki “fərih” sözü “şadlanan” kimi tərcümə olunmuşdur. Əslində “fərih” dedikdə ifrat dünyəvi ləzzətlərdən sevinən kəs nəzərdə tutulur. Şübhəsiz, bu sayağı şadlıq məqbul deyil. Bu qəbil şadlıqlar uşaq sayağı və düşüncəsiz şadlıqlardır. “Fərih” sözü əslində “sərxoşâ€ kimi tərcümə olunmalıdır.
Peyğəmbər məktəbində tərbiyə almayanlar bə’zən bu sayağı məstliyə düçar olur, şadlıqdan əl-ayaqlarını itirirlər. Onlar öz dərisinə sığmır, ilahi vəzifələri yaddan çıxarırlar. Qəflət və xəbərsizlik onların qəlbini qaraldır. Nəticədə ibadət və minacata şövqdən məhrum edilirlər. Bu qəbil insanlar adətən hər məclisi qəh-qəhə və zarafatla keçirir, hətta ayaqlarını yerə döyüb rəqs edirlər. Bə’ziləri bu növ sərxoşluğu qəlbin diriliyi kimi tanıtdırır. Kim bu halda deyilsə, onların nəzərincə, qəlbi ölmüşdür. Şübhəsiz, bu sayağı şadlıqlar qəbul deyil. İnsan özündə yaranan bu halla mübarizə aparmalıdır. Belə yalançı şadlıqları öldürmək zəruridir. Cahilanə şadlıqla mübarizə halını qəlbin ölülüyü kimi təqdim etmək düzgün deyil. İnsan qəlbində pərişanlıq zəmini yaratmalıdır. Öz danışıq və rəftarı barədə düşünməklə səhvlərinə görə ağlamalı, Allahın diqqəti üçün zəmin yaratmalıdır. Bu səbəbdən də Allah-təala həzrət Musaya buyurur: “Qəlbini Allah-qorxusu ilə öldür.”
İnsanı Allahın əzəməti haqqında düşünməyə vadar edən qəlbdəki xof halıdır. Əksinə, şeytani məstlik və qürur insanın diqqətini Allahdan yayındırır, onun öz mə’budunu dərk etmək gücünü əlindən alır. Bu xəstəliklə mübarizə üçün azğın nəfsə nəzarət etmək zəruridir. Bu nəzarət insanda təvazö halı yaratmalı, çirkin əməlləri üzə çıxarmalıdır. Nəticədə, qəlbdə Allahdan xof halı yaranır və düzgün düşüncədən, hikmətli öyüd-nəsihətlərdən bəhrələnmək üçün yol açılır. Qur’ani-kərimdə oxuyuruq: “Sənin qorxutmağın yalnız o kəs üçündür ki, haqq kitaba tabe ola, qəlbində Rəhman Allahdan qorxa.” (“Yasin”, 11)
Peyğəmbərlərin mühüm vəzifəsi olan xəbərdarlıq yalnız Allahdan qorxanlara tə’sir edir. Nə qədər ki, qəlbdə xof halı yaranmayıb, insan qürur və məstlikdən uzaqlaşmayıb, fərd öz eyblərindən xəbər tutmayıb, öyüd-nəsihətlər onun qəlbinə tə’sir edəsi deyil. Belə bir insan dünya əyləncələrini, vaxtını eyş-işrət məclisində keçirməyi, əyləncəli səhnələrə tamaşa etməyi qiyamət və cəhənnəm əzabını yada salan moizə-nəsihətdən üstün tutasıdır. Belə bir şəxs hətta təsadüfən moizə-nəsihət məclisinə düşdükdə deyilənlər ona tə’sir göstərəsi deyil.
Beləcə, qəlbin qəsavətdən (daşlıqdan) təmizlənməsi, Allahdan qorxu halının yaranması heyvani həyat cazibələrinin ölümünə, ilahi həyatın dirçəlişinə səbəb olur. İlahi və mə’nəvi həyat sayəsində insan Allah qarşısında öz kiçikliyini hiss etməyə başlayır, öz Rəbbi ilə ünsiyyətə qatılır. Belə ki, o Allahdan xəbərsizlik nişanəsi olan dünya görüntülərinə bağlılıqdan xilas olur. O dərk edir ki, Allaha yaxın məqama çatmaq, axirət aləmində Onun razılığını qazanmaq üçün yaradılmışdır. Belə bir insan cəvahiratı dəyərsiz şüşədən təmizləyən şəxsə bənzəyir. Onun qarşısına cəvahir adı ilə adi şüşə qoyulduqda aldadıldığını hiss edən kimi təqdim olunanlardan imtina edib həqiqi cəvahir axtarışına çıxır.
Mə’nəvi və üxrəvi ləzzətlərin, Allahla ünsiyyətin həqiqi dəyərini bilən kəs anlayır ki, dünya ləzzətləri fənadır və onlara görə axirət ləzzətlərini əldən vermək ağılsızlıqdır. Allahla ünsiyyət ləzzətini dadan kəs qiymətli libas kimi dünya bəzəklərinə e’tina göstərmir. Onun nəzərində bu sayaq bağlılıqlar uşaqlıqdır. Uşağı sevindirən şeylərdən məhrumluq belə bir şəxsi qəmləndirmir. İnsan dünyaya e’tinasızlıq, dünya təzahürlərinə biganə olduqda rahatlıqla dünyadan əl çəkir və ixtiyarında olanları əlini sıxmadan başqalarına verir.


Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
| Müəllif: Menekşe | Baxış sayı : 349 | Rəylərin sayı (2) | 26 iyul 2012

Mövzuya oxşar xəbərlər:

Nəsihətlər... [7]
Nəsihətlər... [7]
Allah qorxusunun insan qəlbinə təsiri...
Nəsihətlər... (2) 3-ci hissə..
Nəsihətlər... (2) 3-ci hissə..
Qəlbin daşlığında və qaralığında uzun-uzadı arzuların rolu...
Nəsihətlər... [9]
Nəsihətlər... [9]
Qəlb üçün arzulanan həyatın səciyyələri...
Nəsihətlər... [11]
Nəsihətlər... [11]
Allah dostlarının sadə yaşayışı və şöhrətdən qaçması...

Səhifəni çap et
Menekşe (Offline)
Əlavə edilən tarix 16 oktyabr 2012 15:48 | 2

Şərh sayı: 2376
Xəbər sayı: 256
Xalı: 2366
Qeydiyyat: 11.06.2012
  
SiMPLe_GiRL,
Təşəkkür...




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 6
SiMPLe_GiRL (Offline)
Əlavə edilən tarix 26 iyul 2012 23:29 | 1

Şərh sayı: 2242
Xəbər sayı: 452
Xalı: 2234
Qeydiyyat: 8.02.2012
  
tewekkurler




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 14
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

İSTİFADƏÇİ PANELİ


Xoş Gəldiniz

Ləqəb
Şifrə

Qeydiyyatdan keç!
Şifrəni unutmusan?

AYLIQ MÜƏLLİFLƏR

AYLIQ ŞƏRHÇİLƏR

TOP ŞƏRHLƏR

SEV_GI

Şərh sayı: 6171
hebibi_p

Şərh sayı: 5686
_ROCK_STAR_

Şərh sayı: 3871
angel_org

Şərh sayı: 3456
fasqa

Şərh sayı: 3102
EMERALD

Şərh sayı: 2903
xansuagdash

Şərh sayı: 2848
Sparrow

Şərh sayı: 2818
Ice

Şərh sayı: 2397
Menekşe

Şərh sayı: 2376

ZƏNGİn İSTİFADƏÇİLƏR

HiTMaN

xal: 2821
Menekşe

xal: 2366
SiMPLe_GiRL

xal: 2234
Naxcione

xal: 2002
vusaal

xal: 1718
hebibi_p

xal: 1232
M1rZ3

xal: 1095
karakasa

xal: 1073
xeyal98

xal: 1057
NiXaTo

xal: 1003

SORĞU

Sizin fikrinizcə uğurun açarı aşağıdakılardan hansıdır?

İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər...


Son Səsverən: Qonaq
Bütün Sorğular