www.nice.az » İslam Dünyası » Üz tutan və üz döndərən qəlb
Üz tutan və üz döndərən qəlb

Qəlb sağlamlığı ilə bağlı Əmirəlmömininin (ə) başqa bir buyuruşu da var. Çox incə, lətif, xüsusi çalarla dolu olan bu buyuruşda möminin qəlbini paklandırmaqla bağlı böyük məsuliyyətinə işarə edilir: “Bəndələrin pak qəlbləri Sübhan Allahın baxdığı yerlərdir. Kim qəlbini paklandırarsa, Allah ona nəzər salarâ€.
Əgər bir kəs istəyirsə ki, Haqq-təala ona nəzər salsın, gərək qəlbini paklandırsın. Nə qədər qəlbini paklandırsa, o qədər çox ona nəzər salar Mütəal Allah. Rəbbinin nəzərini insan özünə aid etmək istəyirsə, gərək o nəzərin aid olan yerini əmələ gətirsin. Nə qədər qəlbinin paklığı artırsa, İlahi nəzər də bir o qədər artar. Qəlb pak olmayacaqsa, Allah-təalanın nəzər salacağı yer də yoxdur.
Yenə də mövzu iradəviliyə qayıdır. İstəyiriksə Allah bizə nəzər salsın, bu, elə-belə olmur. Öz-özünə olası deyil ki? İnsan gərək özü ilə məşğul olsun, seçim məqamında Allahın istədiyini seçsin ki, nicat tapsın, qəlbitəmizlərdən olsun. İnsanın tutumu, hazırlığı olmalıdır. Bu tutumu təmin edən əməlləri olmalıdır. Bir məsələ də var. Bəzən insan ibadətlə məşğul olmaq istəyir, amma nədənsə halı olmur. Görəsən, dinimiz bu barədə nə deyir? Qəlbin keyfiyyəti ilə bağlı nəsə bir tövsiyəsi varmı?
İmam Rzadan (ə) bu əlaqədə belə nəql edirlər: “Həqiqətən, qəlblərin bir üz tutmağı var, bir də üz döndərməyi. Şadlıqları var, bir də kədərləri. Üz tutduqda dərrakəli və bəsirətli, arxa çevirdikdə isə yorğun və üzgün olarlar. Buna görə də üz tutub şad olduqları vaxt onlara əl atın və üz döndərib kədərli olduqları vaxt onları öz hallarına buraxınâ€.
Burada qəlbin iqbalı deyilən bir haldan nəql olunur. Qəlb özü yönəlib gözəlliklərə, hazırdır. İnsana bir sahib çıxmaq qalıb. İndi sahib çıxıb-çıxmamaq hazırlığını realizə edib-etməmək isə insanın öz öhdəsində olan bir mövzudur.

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: Candy |
Baxış sayı : 346 |
Rəylərin sayı (4) |
10 iyul 2012

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!