TƏQVİM

«    May 2025    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

ONLİNE

Hal-hazırda saytda 175 nəfər

.İstifadəçilər: 0
Tapılmadı.

.Robotlar: 1
Yandex

.Qonaqlar: 174

.Saytda olan son 20 istifadəçi
2Karona adopingBum
amerika Ashleynig
Ateist azefefo
Danielseego Darknight
Deerlip eagewsjes
edurnenok efygas
Falaexalp HymanPer
ijuxobajo JosueJeOli
LeGaCy M1rZ3
MelvinTog vasif_275

Admin | Baş Redaktor | Redaktor
VIP user | Briliant user | Gold user
Silver user | Active user

TOP XƏBƏRLƏR

TƏSADÜFİ XƏBƏR

Sizlər üçün Sevgiyə aid Super bir şeir

Titrədi ürəyim yarpaqlar kimi, suya həsrət qalmış dodaqlar kimi......Ətraflı oxu

QAN YADDAŞIMIZ

 Xocalı - 26.02.1992
 Şuşa - 08.05.1992
 Laçın - 17.05.1992
 Xocavənd - 02.10.1992
 Kəlbəcər - 02.04.1993
 Ağdərə - 07.07.1993
 Ağdam - 23.07.1993
 Cəbrayıl - 23.08.1993
 Füzuli - 23.08.1993
 Qubadlı - 31.08.1993
 Zəngilan - 29.10.1993

REKLAM

sms.nice.az

FACEBOOK PAGE

DOST SAYTLARI

www.nice.az » İslam Dünyası » Müsəlman və spirtli içki

Müsəlman və spirtli içki

 (səs sayı: 2)

Bu xəbəri dostlarınla paylaş:
Müsəlman və spirtli içki

Bismilləhir Rahmənir Rahim
 
Müsəlman olaraq hər birimiz içkinin haram olması barədə məlumatlıyıq. Amma görəsən bir müsəlman kimi buna əməl edirikmi? Və etmiriksə, hansı səbəblər üzündən etmirik bunu? Təəssüf ki, buna əməl edən müsəlman azdır, xüsusən də gənclər arasında...
İlk öncə müqəddəs kitabımız və Allah kəlamı olan Qurani-Kərimdə içkiyə necə yer verildiyinə baxaq. Qurani-Kərimdə ayələrin gəlişi müxtəlif vaxtlara (yaşayış dövrünə) uyğun Allah-Təala tərəfindən göndərilmişdir. Və bir ayənin müəyyən müddət sonra başqa formada göndərilməsi də Allahın hikmətidir və hətta içki barəsində də bir neçə belə ayə görmək olar. Sizə 2-3 belə ayə qeyd edirəm ki, biri daha öncə, digərləri sonra nazil olmuşdur:

*** (Ya Rəsulum!) Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür”!... (Əl-Bəqərə, 219)
*** Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! (Əl-Maidə, 90)
*** Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı? (Əl-Maidə, 91)

Bu ayələrdən birincisində içkinin insana həm dünyəvi xeyri və həm də ziyanı olduğunu buyuran Allah onların günahının xeyrindən daha çox olduğunu da aşkarlayır. Odur ki, hər halda içkidən uzaq durmağın daha yaxşı olduğunu ayədən yaxşı başa düşmək olar. Amma konkret olaraq içkidən çəkinmək barəsində ikinci-üçüncü ayələr daha dəqiq izah verir. Odur ki, İslam dünyagörüşü baxımından heç bir halda içki qəbuluna bəraət yoxdur. Amma təəssüf ki, ayələri öz bildikləri (başa düşdükləri) kimi göstərən insanlar nədənsə Quranın bir ayəsinə tabe olmağı vacib bildiyi halda digərinə əhəmiyyət vermir, birini əsas gətirir. Elə insanlar bir ayənin müəyyən vaxt digəri ilə əvəz olunma halını qəbul etmir və ya belə deyək ki, qəbul etmək istəmir.

Yuxarıda göstərilən ayələrdən birincini misal gətirən insanların “Göründüyü kimi, insana dünya xeyri də var. Düzdür ziyanı da var və çoxdur, amma mən axı çox içmirəm ki, ziyanı da çox olsun. Hörmət əlaməti olaraq 1-2 qədəhlə sərxoş da olmuram, ağlım da yerində olur” kimi fikri olur. Qəribədir, görəsən belə insan ikinci ayədən xəbərdardırmı? Orada göstərilən çəkinin sözündən xəbərdardırmı? Orada göstərilən son qoyacaqsınızmı? sözündən xəbərdardırmı? Və qəribədir ki, o içkini kiməsə hörmət əlaməti olaraq qəbul edirsə, görəsən xəbəri varmıdır ki, Qiyamətin günündə hesab kitabı verilən anda o adam ona yardımçı ola bilməyəcək, əksinə düşmən olacaq?! Ona görə ki, ona xatir Allahın haram buyurduğunu özünə halal bilib, özü günah etməyi bir yana, bunu da günaha salıb?! Belə dostlar, qardaşlar Qiyamətin günün bir-birinə düşmən kəsilər, “Mən bilmirdimsə, sən niyə mənə demədin heç olmazsa?!”- deyə bir-birlərinə irad tutarlar! Amma daha nə faydası...

Əgər sual olunarsa, “Allaha da qurban olum, dininə də! İndi içəndə nə olar ki, bir az? Allah keçər günahımdan” deyə cavab verməyə heç çəkinmirlər də! Bu sözü deməkdə günahının bağışlanacağından zira əmindirmi?! Günahlar arasında ən ağır günah edilməkdə davamlı olan və xırda sayılan günahlardır ki, Allahın ən xoşuna getməyən əməllərdir. Belə günahlar insanları azğınlığa aparır. Yəni ki, insan ki, bir günah işi görə və nəzərində tuta ki, onsuz da xırda bir günahdır və Allah keçər günahından onun, bu günah kəbirə günahlardan (yəni böyük günahlardan) hesab edilər və o insanın hesabı da çətin olar!

Ən maraqlı fakt isə odur ki, içki içməyi doğrudan haram bilən, yəni konkret bunu təsdiq edən insanların əksəri içki qəbul edir. Yəni ki, diqqət edin: içki haramdır, bu adam məsələni təsdiq edir, günah olduğunu bilir, Allahın qəzəbinin böyük olduğunu bilir, hesabın çətin olacağını bilir, amma... Amma içki qəbul etməkdən çəkinmir!!! Bundan böyük müsəlmanlığa, İslamiyyətə nə zərbə olsun ki?! Qədəh tutulur əldə və “sağlıq” deyilir: “Allah xoşbəxt eləsin!”, “Allah can sağlığı versin!”. Allahın haram buyurduğunu əldə saxlamaqla Allahdan nə isə istəmək doğrudur?!

Hətta tibbi cəhətdən belə olsa, spirtli içki insana zərərlidir. İndilərdə çox adama rast gəlmək olar ki, “Arada içmək olar, daxili təmizlik üçün xeyirlidir” deyə ifadələr verirlər. Əgər bu “təmizlik” insan beyninin hüceyrələrini məhv edirsə (beyin hüceyrələri məhz spirtli içkilər qəbulu zamanı məhv olur və bu hüceyrələrin bərpası qeyri-mümkündür, beləcə daha çox spirtli içki qəbul edildikcə bu hüceyrə məhvinin sayı artır və nəticədə insanda həm də beyin damarlarında qan laxtalanması, bununla da qərar vermək qabiliyyətinin zəifləməsi, reflekslərə nəzarətin itməsi, depressiya əmələ gəlir), hansı xeyirdən danışmaq olar?!

Acınacaqlı bir hal da budur ki, bəzi insanlar “Demirsən hər şeyin sahibi Allahdır? Bütün nemətləri verən Allahdır? Bu da bir nemətdir, sadəcə olaraq qədərində istifadə etmək gərəkdir” deyirlər. Allah-Təala insana üzüm, tut, nar və s. kimi nemətlər bəxş edib, onların insan orqanizminə bilirsinizmi nə qədər xeyri var? Meyvələrin adı hətta Quranda belə çəkilir! Amma daha fikirləşmir ki, bu nemətlərdən haram içkilər düzəltmək deyilməyib. İnsanın öz naqisliyidirsə bu, nə əlaqəsi var ki, Allah neməti qəbul edilsin spirtli içki?! Bundan əlavə, belə cavab verən insan demək ki, Qurana inanmır. Çünki, əgər Quranda Allah-Təala buna icazə vermirsə, hansı məntiqlə içkiyə nemət adı vermək olar ki?!

İnsanın içki qəbul etməyə olan bəhanələri digərlərini deyil, özünü aldatmaqdan başqa bir şey deyil!

İkinci bir məsələ də vardır ki, indilərdə buna fanatlıq, dərinə getmək adı verirlər. Bu elə adət halını alıb ki, bu barədə heç bir məlumatı olmayan insan da belə düşünür. Söhbət içki məclislərində iştirak etməkdən gedir. Bəli, bu çox yaralı yerdir və ən çox eşidilən cavablar da təbii ki, “İndi içki içmirsən, namaz qılırsan, başa düşdük, daha “toya getmirəm” demək nəyə lazımdır?!”, “Mən toya getsəm də içki içmirəm onsuz da, kim içər, özü bilər”, “Bizim stolda içki yoxdur, problem yoxdur”, “Namaz qılıb, içki içməmək yaxşıdır, amma gərək cəmiyyət içərisində olduğunu nəzərə alasan, müasir olasan, məclislərdə deyib-güləsən, cavansan nə olub ki, sənə?! Adam FANAT olmaz!” və s. olacaqdır. Bunu insanlara çatdırmaq həqiqətdə çox çətin məsələdir. Çünki, “müasir” Azərbaycan toyları içkisiz təsəvvür edilmir. Haram olan məclisdə iştirak etmək harama şəriklik deyilmi sizcə? Bu barədə sizə bir hədis qeyd edirəm: Peyğəmbər (s.ə.ə.s) buyurur: “Hər kəsin Allaha və Qiyamət gününə imanı varsa, gərək içki içilən süfrə başında oturmasın.” Bu hədisin şərhinə məncə ehtiyac yoxdur. İçki içilən süfrə başında əyləşən adam Qiyamətə inanmır deməkdirsə, gersini Allah qorusun! Peyğəmbərin dediklər Allahdandır və heç bir şərhə ehtiyac yoxdur.

Nəzərinizə ümumiyyətlə içki barəsində deyilən bir neçə hədis çatdırıram:

*** Rəsulallah (s.a.ə.s) buyurub: Allah lənət etsin içkiyə, onu hazırlayana, hədiyyə edənə, içənə, (qədəhə) süzənə, alana, satana, pulunu yeyənə, onu həml edənə (daşıyana) və içki düzəltməyə yardım edənə.
*** Rəsulallah (s.a.ə.s) buyurub: Heç zaman içki ilə iman insanın qəlbində bir yerə yığışmaz.
*** Rəsulallah (s.a.ə.s) buyurub: And olsun məni haqq olaraq məbus edənə, içki içən susuz və sərkərdandır, qəbirdədə susuz olar, Qiyamət günü qalxandada susuz qalxar və 1000 il “Yandım” – deyə bağırar.
*** Rəsulallah (s.a.ə.s) buyurub: Ey İbni Məsud! Məni haqq olaraq məbus edən Allaha and olsun, bir zaman gələr ki, adamlar içki içmək üçün tələsərlər. Allah, onun mələkləri və camaat hamısı birlikdə onlara lənət edərlər. Mən onlardan bezaram, onlar da məndən bezardırlar.
*** Rəsulallah (s.a.ə.s) buyurub: And olsun məni haqq olaraq məbus edənə, içki içən qiyamət günü üzü qara, gözləri göy, dodağı əyri və ağzının suyu ayaqlarınadək axan halda gələr, onu görənlər ondan iyrənər.
*** Rəsulallah (s.a.ə.s) buyurub: İçki içən qəbirdən qalxarkən 2 gözləri arasında “Allahın rəhmindən məyusdur” yazılmış olar.
*** Rəsulallah (s.a.ə.s) buyurub: İçki bütün pisliklərin anasıdır. Hər kəs içki içsə 40 gün namazı qəbul olunmaz və içki qarnında ölsə, cahiliyyət dövrünün adamları kimi ölər.
*** Rəsulallah (s.a.ə.s) buyurub: 4 şeydən biri evə daxil olsa, onu viran qoyar və daha xeyir-bərəkəti düzəlməz: xəyanət, oğurluq, içki içmək və zina (kişinin qadına, qadının öz ərinə xəyanət etməsi).

Allah-Təala bizim keçmiş günahlarımızı bağışlasın İnşəAllah! Gələcək günahlardan qorusun bizi İnşəAllah! Qiyamətin günündə bizi özbaşımıza buraxılıb sərgərdan qalanlardan qərar verməsin İnşəAllah! Bizi Peyğəmbər (s.ə.ə.s.) və Əhli-Beyti (ə.) yanında olanlardan qərar versin İnşəAllah!


Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
| Müəllif: MuntozoR | Baxış sayı : 712 | Rəylərin sayı (8) | 4 may 2012

Mövzuya oxşar xəbərlər:

İçki (şərab) və içki içmək haqqında 40 hədis
İçki (şərab) və içki içmək haqqında 40 hədis
Heç zaman içki ilə iman insanın qəlbində və ürəyində bir yerə yığılmaz.
Spirtli içki qəbul etmiş qızların axırı!!!
Spirtli içki qəbul etmiş qızların axırı!!!
Boş yerə deməyiblər ki, bütün pisliklərin əvvəli spirtli içki ilə başlayar... Xəbərin ardındakı qızları da bu pis günə qoyan onların spirtli içki qəbul etməsidir... Çünki qızların orqanizmi daha zəif olduğundan az miqdarda belə i ...
Qadın və içki
Qadın və içki
Xəbərin ardında 21 foto
Allah keçər də günahımdan...
Allah keçər də günahımdan...
Allah-Təala (c.c.) insanları Qurani-Kərimdə yaxşı əməl sahibi olmağa çağırır: “İman gətirib yaxşı əməllər edənlərə gəldikdə isə Biz (o cür) yaxşı işlər görənlərin mükafatını zay etmərik!” (Kəhf, 30) ...

Səhifəni çap et
ferasetsiz (Offline)
Əlavə edilən tarix 11 may 2013 16:22 | 8

Şərh sayı: 35
Xəbər sayı: 0
Xalı: 39
Qeydiyyat: 10.05.2013
Mükafatı yoxdur
Ne görübler e.... bu ickide Azərbaycan xalqı küpüne girib lap.Haram bilə bilə yenədə öz bildiklərini edirlər.Allah Təlanın kəlamları onlara təsir eləmir.Allhından qorxan günah etməz.




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 0
Lura (Offline)
Əlavə edilən tarix 9 iyul 2012 13:34 | 7

Şərh sayı: 417
Xəbər sayı: 77
Xalı: 421
Qeydiyyat: 23.06.2012
Mükafatı yoxdur
teskkurler




Status: qeyd edilməyib
imza
ICQ: --
Reputasiya: 1
Bad girl (Offline)
Əlavə edilən tarix 8 may 2012 15:08 | 6

Şərh sayı: 431
Xəbər sayı: 51
Xalı: 315
Qeydiyyat: 2.07.2010
Mükafatı yoxdur
cox sagol....




Status: qeyd edilməyib
imza
HAYAT ZOR AMA BENDE KOLAY BİRİ SAYILMAM
ICQ: --
Reputasiya: 3
MILK_KLIK (Offline)
Əlavə edilən tarix 5 may 2012 15:53 | 5

Şərh sayı: 407
Xəbər sayı: 1
Xalı: 146
Qeydiyyat: 12.04.2012
Mükafatı yoxdur
Maraqli idi.Eslinde hec bir muselman bu qayda riayet etmir.Bu ise gunahdir.TEWEKKULER....




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 10
SiMPLe_GiRL (Offline)
Əlavə edilən tarix 5 may 2012 10:11 | 4

Şərh sayı: 2242
Xəbər sayı: 452
Xalı: 2234
Qeydiyyat: 8.02.2012
  
cox sagolun ,maraqliydi sonuna kimi oxuya bilmedim ,ama oxuyacam .Allah Razi Olsun




Status: qeyd edilməyib
ICQ: --
Reputasiya: 14
-SeVa- (Offline)
Əlavə edilən tarix 5 may 2012 02:55 | 3

Şərh sayı: 843
Xəbər sayı: 17
Xalı: 833
Qeydiyyat: 5.04.2012
Mükafatı yoxdur
Ela melumatlardi, bilmediklerimide bildim, oyrendim.......




Status: qeyd edilməyib
imza
Seva
ICQ: --
Reputasiya: 79
xeyal98 (Offline)
Əlavə edilən tarix 4 may 2012 17:39 | 2

Şərh sayı: 1173
Xəbər sayı: 7
Xalı: 1057
Qeydiyyat: 4.02.2012
 
twk oxudum




Status: qeyd edilməyib
imza
- ALLAH Səni Sevdiyinə qovuşdursun - dedi dilənçi.
Susdum...
- Sevdiyin yoxdu? - dedi.
- Vαr αmα Olmαyαcαq duαyα 'Αmin' deyilməz dedim.
O dα Mənim kimi Susdu.
ICQ: 994555992804
Reputasiya: 1
fasqa (Offline)
Əlavə edilən tarix 4 may 2012 17:35 | 1

Şərh sayı: 3102
Xəbər sayı: 0
Xalı: 224
Qeydiyyat: 13.12.2010
 
maraqlidi tawakkurlar




Status: qeyd edilməyib
imza
manasiz hayat heyat gozal olsaydi dogulaken aglamazdiq heyat tamizl olsaydi olerken yuyulmazdiq
ICQ: --
Reputasiya: 0
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

İSTİFADƏÇİ PANELİ


Xoş Gəldiniz

Ləqəb
Şifrə

Qeydiyyatdan keç!
Şifrəni unutmusan?

AYLIQ MÜƏLLİFLƏR

AYLIQ ŞƏRHÇİLƏR

TOP ŞƏRHLƏR

SEV_GI

Şərh sayı: 6171
hebibi_p

Şərh sayı: 5686
_ROCK_STAR_

Şərh sayı: 3871
angel_org

Şərh sayı: 3456
fasqa

Şərh sayı: 3102
EMERALD

Şərh sayı: 2903
xansuagdash

Şərh sayı: 2848
Sparrow

Şərh sayı: 2818
Ice

Şərh sayı: 2397
Menekşe

Şərh sayı: 2376

ZƏNGİn İSTİFADƏÇİLƏR

HiTMaN

xal: 2821
Menekşe

xal: 2366
SiMPLe_GiRL

xal: 2234
Naxcione

xal: 2002
vusaal

xal: 1718
hebibi_p

xal: 1232
M1rZ3

xal: 1095
karakasa

xal: 1073
xeyal98

xal: 1057
NiXaTo

xal: 1003

SORĞU

Sizin fikrinizcə uğurun açarı aşağıdakılardan hansıdır?

İradə və inam
Təhsil və inkişaf
Cəsarət
Ağıl
Maraq
Ümid
Davranış
Sevgi
Digər...


Son Səsverən: Qonaq
Bütün Sorğular