www.nice.az > Yumor və Aforizm > Məhşurlar haqqında lətifələr

Məhşurlar haqqında lətifələr


21 yanvar 2011. Müəllif: Ayla_girl
Məhşurlar haqqında lətifələr

Məhşurlar haqqında lətifələr

Deyirlər birinci iqtisadçı Kolumb olub. O Amerikanı kəşf etməyə gedəndə hara getdiyini bilmirdi. Ora çatanda harda olduğunu bilmirdi. Bütün bunları isə dövlət vəsaiti hesabına edirdi.

Moskvada Fidel Kastro üçün qəbul təşkil edilir. Xruşovla təkbətək qalan Kastro parikin, saqqalın qoparıb deyir:
- Artıq bacarmıram...
- Lazımdır Fedya, lazımdır!!!

Pikasso qonaqları sərgidə gəzdirir.
- Bu mənim avtoportretimdir. Bu isə arvadımın avtoportretidir.
- Güman edirik ki, sizin uşaqlarınız yoxdur.

Ana, sabah mənim yoxlama işim var!
- Narahat olma oğlum, indi təkrarlayarıq. Almaniyanı paytaxdı?
- Berlin.
- Fransanın paytaxtı?
- Berlin. Ana, bir qədər çətin suallar ver.
- Polşanın paytaxtı?
- Berlin.
- Adolf, sən necə də ağıllısan.



Dahi Pikassodan xəbər alırlar:
- Sizin əsərlərinizin dahiliyi nədədir?
- Mən daltonikliyim, çəpgözlüyüm, Parkinson xəstəliyim, müqəddəs Vittanın rəqsi və keflilik sindromum ilə…

Pikassonun studiyasına milyoner xanım gəlir. Kubizm üslubunda çəkilmiş rəsmlə maraqlanıb soruşur:
- Burda nə təsvir edilib?
- 200 min dollar – deyə rəssam cavab verir.

- Mən sizin portretinizi tamamlayıram – deyə Pikasso rəsmini çəkdiyi adama müraciət edir. - İndi isə ona oxşamağa çalışın.