www.nice.az > Yumor və Aforizm > Hüquqi aforizmlər

Hüquqi aforizmlər


5 iyul 2009. Müəllif: XP
Hüquqi aforizmlər

1. Bəzi adamlar söylədiyi sözlərlə böyüyür, bəzi sözlər söyləyən adama görə böyük görünür. (İsmail Habip Sevük)

2. Hər bildiyini söyləmə, ancaq hər söylədiyini bil... (Marsel Lenoir)

3. Minlərlə kilometrlik bir yol da çox kiçik bir addımla başlayır...

4. Boş zaman yoxdur, boşa keçmiş zaman var... (Tagore)

5. Qanun və əmrlərin sayı artdıqca, oğru və quldurların da sayı artır... (Lao-Tszı)

6. Əxlaqı qanunla əvəz etsələr, buna qanunun çiyni dözməz!

7. Günahsız insanların çoxunu öz günahlarından xəbəri olmayanlar cəzalandırır... (Cəmil Səna)

8. Nöqtə qədər xeyir üçün vergül kimi əyilənlər nəticədə düz xətt olub ayaqlanmağa məhkumdurlar... (La Edri)

9. Kölgə yerdə sürünsə də heç vaxt ayaq altında qalmır. -Ey ayaq altında qalanlar, heç olmasa öz kölgənizdən utanın!

10. Həyatda ediləcək o qədər səhv var ki, eyni səhvi etməkdə israr etməyin mənası yoxdur... (Sartre)

11. Pessimist yalnız tuneli görür, optimist tunelin sonundakı işığı görür, realist tunellə birlikdə işığı və gələn qatarı da görür...

12. Əgər bir əlinlə canini edam edib, o biri əlinlə başqa canini gizlədirsənsə, yenə iki cani qalır...

13. Qanun müdriklər üçün məşğuliyyətdir, axmaqlar üçün məhdudiyyət!

14. Ədalətli o şəxs deyildir ki, heç kəsi incitmir, o şəxsdir ki, incidə bilər, ancaq incitmir!