www.nice.az > Yumor və Aforizm > Aforizmlər

Aforizmlər


3 yanvar 2011. Müəllif: hebibi_p
Aforizmlər

1. Özünü tanı -Sokrat

Öz içində səfər et. Gündəlik tut. Ürəyin, könülün, vicdanın nə deyir? Nəyi önə çıxardır? Dünyaya şüurlu baxmanın yolu başda bu iç səfərdən keçir

2. Olduğun kimi görün ya da göründüyün kimi ol - Mövlana

Dürüst ol, ədalətli ol, haqq tərəfindən düşün. İçindən gələn səsin önə çıxardığı dəyərləri qoru. Həyatda bir şeyi qorumaq üçün mubarizə ilə yaşamağı bilməzsən hər şey səni yixar.

3. Ən yuxarıda eşq var – St. Paul

Səsi musiqiyə çevirən eşqdir. Eşq olmazsa, sevgi əlaqələri yoxsa, qayğı əskiksə həyatın quru bir budaqdan fərqi qalmaz.

4. Dünyanı təxəyyül çevirər - Albert Einstein

Etdiyimiz hər şey xəyal quraraq başlar. Həyat -hər kəs üçün- xəyalları reallaşdırmaq və edə biləcəyinin ən yaxşısı, ola biləcəyinin ən gözəli arxasında getməkdir. Bobby Kennedyin sözü kimi: Digərləri dünyaya baxır və "Niyə" deyə soruşur. Mən tam fərqli bir dünya düşünür və "Səbəb olmasın" deyə soruşuram

5. Çox gözəllik göz çıxarmaz - Mae West

Gözəl həyat doya doya yaşanar. Xoşbəxtlik paylaşılar, həyatı sevmə hissi coşğuyla birlikdə gəlir. Ruhun musiqisində "Haydı basdır, göstər özünü" tempi vardır. Qürur deyil, coşğu!

6. Fürsətlər tutulduqca çoxalar - Sun Tzu

Müvəffəqiyyət cəsarət istər, başlanğıcdakı cəsarət sonradan inanca çevrilər. İnanc insanlığa daha yaxşı xidmət arzusuna çevrildiyində fürsətlər yelpiyi yuxarı bir səviyyədə təkrar açılar.

7. Ya et ya etmə. Sınamaq yox! - Yoda (Ulduz Döyüşləri)

Həyat ardıcıl hərəkət, qərar və dayanıqlılıq tələb edir. Tərəddüddə qalanlar geridə qalar. Həyatın üstünə getməsəniz həyat sizin üstünüzə gəlir.

8. Mükəmməllik, əlavə edəcək bir şey qalmadığında deyil, alınacaq bir şey qalmadığında meydana gələr - Antoine de St.Exupery

Həyatınızı sadələşdirin. Sadəyə endir, bir dəfə daha endirşBacardığın qədər sadə ol... O zaman nə qalır, ona bax. İstəklər siyahınızı qısa yapış. Qısa yapış ki fokus edə biləsiniz. Günəş işığına lupa tutmaq kimi, fokuslamasanız həyatı yandıra bilməzsiniz.

9. Qabiliyyət- yoxsa peşəkar olmaz, amma çalışılmadıqca qabiliyyət heç bir işə yaramaz - Emile Zola

Ancaq ağıllı, şüurlu və düzgün istiqamətlənmiş səylər sonrası ola biləcək potensialın edə biləcəkləri reallaşar. Almazı yonmadıqca əlinizdə yalnız bir daş parçası kimi qalar.

10. Həyatı yaşamanın iki yolu var. Biri heç bir şey möcüzə deyilmiş kimi yaşamaq... Digəri hər şey möcüzəymiş kimi yaşamaq - Albert Einstein.