www.nice.az > Yumor və Aforizm > Lətifələr 2-ci hissə
Lətifələr 2-ci hissə4 dekabr 2010. Müəllif: Sparrow |
Lətifələr 2-ci hissə -İki dost işdən evə qayıdırdı. Biri: - Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır. - Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür? - Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm ***** -Bir dəfə Bakıdan Naxçıvana uçan təyyarədə qız pilota yaxınlaşıb deyir: Bir kişi var,özünü atmaq istəyir.Nə qədər eliyirik sakitləşmir. Pilot soruşur ki,necə adamdır? -Başı sarıqlı,əli-qolu sınıq,burnu qırıq -Dəyməyin!O elə həmişə burada düşür ***** Bir narkoman kilsəyə gəlib orda yanan şamları söndürməyə başlayır. Bunu görən keşiş qaçaraq gəlib şamları yandırır. Narkoman keşişi itələyib deyir: Sən nə edirsən? bu gün mənim ad günümdü. ***** Müəllim şagirdlərə deyir: -Sizə bir cümlə deyəcəm,onu cümlə üzvlərnə görə təhlil edəcəksiz.Cümlə belədir-Səfər ona verilən qızıl saatı almadı.Burda Səfər nə olur? - Uşaqlar xorla deyir: -AXMAQ! ***** Bir gün oğul gəlir atanın yanına və deyir: -Ata,mən yuxuda gördüm ki,sən mənə balaca,şirin bir maşın almısan. Ata de deyir ki: -Hə oğlum,dəcəllik eləməsən sənə bu gün yuxuda ondan da böyük maşın bağışlayacam. ***** Müəllim 1 gün xarici sözləri izah edir — Anonim özünün tanınmamağını istəyən şəxs deməkdir. uşaqlar kimdi o gülən? uşaqlardan 1-i. — Anonim 1 şəxs. Uşaq bağçasında dərs bitir müəllimə uşaqlara deyir : Uşaqlar indi isə, müəllimə gedir. Nə demək lazımdır? Uşaqlar xorla : Allaha şükür. ***** Bir gün qaşıq deyir mən burda çox adamlar yedirtmişəm. Birdən çəngəl qışqırır: mən də, mən də. qaşıq deyir: Sən sus!! Mırıq! Nəslimizin adını batırmısan... ***** Qız nişanlısına deyir - Mən səninlə evlənə bilmərəm sən çox xəsissən. Al bu da sənin nişan üzüyün. Oğlan isə cavabında deyir - Bəs qutusu hanı? ***** Müəllim: -Uşaqlar,nəyə görə öz sinif yoldaşınızı döymüsünüz? -Çünki o, ev tapşırığını düzgün yazmamışdı. -Bu axı onu döyməyə bəhanə deyil. -Axı biz hamımız ondan köçürrmüşdük. ***** Bir gün dəlixana sakini müdürə şikayət eleyir. - Mənim otaq yoldaşım başına vedrə keçirir,əllərini də toka taxıb deyir: Lampoçkayam yandım söndüm yandım söndüm. Məni yatmağa qoymur. Müdür də cavabında deyir: Sən ona fikir vermə yat. Dəli deyir heç işıqda da yatmaq olar ?? Allah hər zaman üzünüzdən gülüşünüzü əsirgəməsin! Amin! |