www.nice.az > Yumor və Aforizm > Lətifələr

Lətifələr


4 dekabr 2010. Müəllif: Sparrow
Lətifələr

Lətifələr

Polkovnik əsgərlərin içki içmələrinə mane olmaq üçün bufetin divarına bir yazı asmışdır. Yazıda: İçki öldürər, deyə yazır. Sabahısı gün oradan keçən polkovnik nə görsün? Biri yazının altına bunları əlavə etmişdir: -Əsgərlər ölməz!

***

Bir dövrün bütün as və klas futbolçuları cənnətdə görüşür. Cənnətin baş mələyi də futbol maraqlısıymış. Şeytanı çağırtmış: -Cənnətlə cəhənnəm arasında bir matç təşkil edək nə deyirsən? -Boşuna oynamayaq, biz qazanarıq", demiş şeytan. -Olar heç? Ən yaxşı futbolçular bizdədir, nə qədər də pis futbolçu varsa sizdədir... Şeytan şeytan kimi gülümsəmiş: -Amma bütün hakimlər də bizdədir..

***

Bir Amerikalı ilə Yapon safariyə çıxmışlar. Hər ikisi də son texnoloji silahları da bir-birlərinə göstərmək üçün yanlarında götürmüşlər. Uzaqda bir şir görürlər. Amerikalı lazer tüfəngilə şirə atəş açır. Amma boşa çıxır güllə. Dərhal Yapon peykdən istiqamətləndirməli tüfəngilə şirə atəş açır. Lakin o da boşa. Şir bunları görüncə üzərlərinə doğru gəlməyə başlamış. Amerikalı bir qurtum viski içib sonunu gözləməyə başlamış. Yapon dərhal idman ayaqqabılarını geyməyə başlamış. Amerikalı soruşmuş: -Nə? Şirdən sürətli qaçacaqsan? -Yox, səndən sürətli qaçsam yetər.

***

Dəlixanada bir gün, bir dəli xəstə baxıcını yanına çağırar. Mənə tez 5 şüşə kola gətir deyir. Xəstə baxıcı buna hirslənir və xəstəyə beş yumruq vurur. Al kolalarını deyir. Aradan zaman keçdikdən sonra yenə eyni xəstə, baxıcını yenə çağırır. Bu səfər xəstə; xəstə baxıcını yumruqlayır. Baxıcı, nə olub? deyir. Xəstə cavab verir: - Şüşələri gətirdim.

***

Həkim məni hara aparırsınız? - Morqa. Axı mən daha ölmədim ki?! - Heçnə olmaz biz də hələ çatmamışıq.

***

Evdə qadın ərini ağ yuyub qara sərir: - Heç olmazsa bu yan qonşularımızı nümunə götür. Neçə illik evlidilər, amma bir-birlərinə hələ bal ayındakı kimi davranırlar. Adam arvadını avtomobildə, qapının qarşısında, hər yerdə öpür. Təəssüflər olsun! Sən niyə eyni şeyi edə bilmirsən? - Edərəm etməsinə amma, mən qadını yaxşı tanımıram axı..

***

Adamın biri yolda gedərkən bir şüşəyə təpik atır; şüşədən cin çıxır. Cin istə məndən nə istəyirsən deyir, adam da üzr istəyirəm; bir daha olmaz, deyir.

***


Əli Misirdə oxuyan bir şagirddir. İmtahanlar bitir və yay tətilinə girəcəklər.. Atası Əliyə zəng edir və imtahanların necə keçdiyini soruşur. Əli də bilmədiyi halda çox yaxşı keçdi deyir və sonra atası onu işlərində kömək etməsi üçün çağırır. Əli getməmişdən əvvəl yoldaşına son olaraq belə deyir; Əhməd sən qiymətlərimi öyrənərsən və mənə zəng edərsən. Əgər telefona atam cavab versə Məhəmmədin Əliyə salamı var deyərsən mən anlayaram ki, bir kəsirim var. Əhməd qeydləri öyrənir və zəng edir. Telefona atası cavab verir və Əhməd belə deyir: - Əmi, Əliyə söylə ona bütün Ümmedi Məhəmmədin salamı var..