www.nice.az > Yumor və Aforizm > Gəlin gülək :)
Gəlin gülək :)2 dekabr 2010. Müəllif: GHoSTMaN |
![]() Deməli, bir gün qarışqa meşədə qışqıra-qışqıra qaçır. Birdən qabağına krokodil çıxır. Krokodil ağzını yekə açıb soruşur: - Noooolub əəəəə səsin-küyün bürüyüb meşəni? Qarışqa cavab verir: - Meşəyə insanlar gəlib. Kimin ağzı yekədirsə onu öldürürlər. Krokodil reski ağzını balacalaşdırıb deyir: - Dİ SİNÖL? :) Bir narkoman kilsəyə gəlib orda yanan şamları söndürməyə başlayır. Bunu görən keşiş qaçaraq gəlib şamları yandirir. Narkoman keşişi itələyib deyir: Sən nə edirsən, bu gün Mənim ad günümdü. Təzə ərə getmiş qadın üz gözü qaralmış halda ailə həkiminin yanına gəlir. Həkim deyir: Bildiyimə görə Sizin əriniz səyahətdədi axı. Bəli, mən də elə bilirdim... Bir nəfər televiziya kanalına məktub yazır: “Sizdən xahiş edirəm. Xəbərlər vaxtı ekranın altında heç bir reklam yazısı yazmayın. Arvadım elə bilir karaokedir. Anaa ! Anaaaa!...... Atam özünü asıb!... - Harda??? - Yataq otağında.... Ana qorxmuş halda yataq otağına gəlir və heçnə görmür. - Ana, bu bir aprel zarafatı idi. Atam özünü yataq otağında yox, mətbəxdə asıb. Gecə vaxtı oğul atanın çarpayısına yaxınlaşır: - Ata, sən yatmısan? - Hələ yox. - Onda mənə pul ver - Oğlum mən yatmışam axı Müəllim : - Deyirsən ki, sinif yoldaşın Əkrəm səni meymun adlandırıb. Bəlkə bu sözü sənə hirsləndiyindən təsadüfən deyib? Şagird : - Yox yox müəllim, nə danışırsınız? O, uzun-uzadı mənə baxandan sonra belə Müəllim : - Sənin riyaziyyat məsələni yenə anan həll edib? Şagird : - Üzr istəyirəm, neyləyim? Atam da mənim kimi riyaziyyatdan heçnə bilmir... Bir ovçu digərinə deyir : - Köpəyinizi almaq istəyirəm. Amma onun sahibinə necə sadiq olduğunu bilmirəm? - Çox sadiqdir. 100 % əmin ola bilərsiniz. - Necə sübut edə bilərsiz? - Bunu sizə sübut etmək çox asandır. Mən onu 5 dəfə satmışam, hər dəfə qaçıb gəlib yanıma Molla arvadı ilə gölə paltar-palaz yumağa gedir. Bunların başı qarışır, bir qarğa sabunu götürüb uçur. Arvad bunu görüb qışqırır : - A kişi, qoyma! Qarğa sabunu apardı. Molla dedi : - Görmürsən, yazığın üst-başı qap-qaradır. Niyə qoymuyum? Lazım olmazsa aparmaz ki... |