www.nice.az > Yumor və Aforizm > Latın dilində aforizmlər...
Latın dilində aforizmlər...27 noyabr 2010. Müəllif: Alone_Night |
Cogito - ergo sum. Düşünürəmsə, deməli mən varam! ![]() Aditum nocendi perfido praestat fides. Kafirə göstərilən inam ona bizə zərər vermək imkanı yaradır. ![]() Periculum in mora. Gecikmək təhlükəlidir! ![]() Qui tacet – consentire videtur. Susmaq - razılaşmaq deməkdir. ![]() Si vis pacem, para bellum. Sülh istəyən davaya hazır olsun! ![]() Conscientia mille testes. Vicdan 100 şahidə bərabərdir! ![]() Amor omnibus idem. Məhəbbət hamı üçün birdir. ![]() Honores mutant mores, sed raro in meliores. San-şöhrət xasiyyəti dəyişir, amma çox az hallarda yaxşılığa tərəf. ![]() Homo proponit, sed deus disponit. İnsan qərar verir, Allah berqerar edir. ![]() Ducunt volentem fata, nolentem trahunt. Həyat irəli getmək istəyənləri aparır, istəməyənləri - sürüyür. ![]() Fide, sed cui vide. Güvən, amma tədbirli ol. ![]() Esse oportet ut vivas, non vivere ut edas! Yemək üçün yaşama, yaşamaq ücün ye! ![]() Ars longa, vita brevis. Elm geniş, ömürsə qısadır. ![]() Artes molliunt mores. İncəsənət puhu gözəlləşdirir. ![]() Alium silere quod voles, primus sile. İstəyirsənsə nə haqdasa sussunlar, birinci sus. ![]() Veritas odium parit, obsequim amicos. Həqiqət - nifrətə, tərifsə dostluğa səbəb olur. ![]() Melius non incipient, quam desinent. Yarıda qoymaqdansa başlamamaq yaxşıdır. ![]() Amor non est medicabilis herbis. Məhəbbət otlarla müalicə olunmur. ![]() Omnia vincit amor et noc cedamus amori. Məhəbbət hər şeyə qalib gəlir və biz də ona təslim oluruq. ![]() Dura lex, sed lex. Qanun nə qədər də sərt olsa da qanundur. ![]() Debes, ergo potes. Məcbursansa bacarmalısan. ![]() Consuetudo est altera natura. Adət - ikinci xasiyyətdir. ![]() Tez əldə olunan qiymətsiz olar. Vile est, quod licet. ![]() Decipimur specie recti. Xarici görünüş aldadıcı ola bilər. Stultis non succuritur. Dəliyə köməyə tələsən az olar. ![]() Homo sum, humani nihil a me alienum puto. Mən insanam və insana xas olan hər şey mənə də yad deyil. ![]() Per aspera ad astra! Tikanlıqlarla ulduzlara doğru! |