www.nice.az > Yumor və Aforizm > Gününüzün uğurlu keçməsi üçün resept
Gününüzün uğurlu keçməsi üçün resept7 dekabr 2010. Müəllif: Birtanem |
![]() I İlk olaraq: 1. Günü götürürük onu yaxşıca: paxıllıqdan, nifrətdən, təəssüfdən, mərhəmətdən, tərslikdən, eqoizmdən təmizləyirik. 2. 3 xörək qaşığı optimizm əlavə edirik 3. Yarım xörək qaşığı inam 4. Eyni miqdarda səbr 5. Və bir az qayğı və diqqət tökürük ( zövqə görə) II. Aldığımız qarışığı bir az qarışdırırıq. Üzərinə şərab olaraq SEVGİ əlavə edirik! Sevgini elə tökmək lazımdır ki, hər yerə yayılmış olsun. İndi günümüz hazır olandan sonra onu bəzəmək işinə keçirik. Onu hörmət əlaməti olaraq güllər və diqqətlə bəzəyirik. III.Hər gün mütəmadi olaraq, isti, qayğı dolu sözlərlə, xoş təbəssümlə ətrafımızda olan hər bir insana ötürürük. Bu onların ruhunu və qəlbini isidəcəkdir. Bu reseptdən cəsarətlə istifadə edin və gününüzü uğurlu keçirin... Hər gününüz belə uğurlu keçsin! |