www.nice.az > Yumor və Aforizm > Fransız və Çərkəz ataları demişdir...

Fransız və Çərkəz ataları demişdir...


15 oktyabr 2012. Müəllif: SiMPLe_GiRL
Fransız və Çərkəz ataları demişdir...

Fransız atalar sözləri...

*Fürsətlər çıxmadıqca qabiliyyətlər çox az işə yarar.

*Hər ağılsıza heyran olacaq, başqa bir ağılsız tapılar.

*İdeallar ulduzlar kimidir, onları tutmaq mümkün olmaz amma qaranlıq gecələrdə yolumuza onlar rəhbərlik edərlər.

*Atalar, təbiətin yaratdığı bankerlərdir.

*Böyük zəkalar birlikdə düşünürlər.

*Təmiz bir vicdan qədər yumşaq bir yastıq yoxdur.

*Gözləməyi bilmək müvəffəqiyyətin sirridir.

*Unudulanlardan xaric yeni bir şey yoxdur.

*Başqalarının arzusuna görə deyil, sırf özünüz üçün düşünün.

*Eşq üçün tökülən göz yaşı və müharibədə axan qana əvəz biçilməz.

*Səs çıxarmayan və səs-küy etməyənlər təhlükəlidir.

*Ən düzgün işləyən saat mədədir.

*Gözəllik, baxan kimsənin gözündədir.

*Ədalət yorumlarımız saatlarımıza bənzər.

*Çox başqa- başqa yerlər göstərir və hər kəs özünə etimad edir.

*Ədalət topaldır.


Çərkəz atalar sözləri...


*Gözəl, yaxşı olandır.

*Çərkəzlər qonağı sevərlər.

*Qonaq hər şeydən qabaqda gəlir.

*Kasıbın dünyası payız kimidir.

*Utanması olmayandan daha qiymətsiz yoxdur.
Utanması olanın payı davardır.

*Gözəli gözəlləşdirən xasiyyətidir.

*Qəlb qəlbəlbə qarşıdır.

*Gözün bəyəndiyini ürək də bəyənər.

*Candan əvvəl qürur gəlir.

*Su axacağı yolu özü tapar.

*Keçmişi olmayanın gələcəyi də yoxdur.

*Qoca insan uşaq kimidir.

*Söyləməyən şey duyulmaz.

*Gözəl söyləsən gözəl cavab alarsan.

*Kafa bomboşsa ayağa təəssüf olar.

*Yoldaşın qorxaqsa ayı ilə boğuşma.