www.nice.az > Yumor və Aforizm > Honore de Balzac Aforizmləri

Honore de Balzac Aforizmləri


24 iyul 2012. Müəllif: Candy
Honore de Balzac Aforizmləri

* Dost Üçün Kürəyimi Körpü Etməyə Hazıram Mən; Yetər ki Təmiz Ürəkləri Daşıyan Ayaqlar Keçsin Üstümdən.

*Əgər güvən varsa bir qəlbdə. O qəlbdə sevgi də tapılar, dürüstlük də !

* Dürüstlük bahalı bir mülkdür; ucuz insanlarda olmaz.

* Yaxşılığınıza inanılmasını istəyirsinizsə, ondan heç bəhs etməyin.

* Evlənmə savaşa bənzəyir. Mütləq məmnun olmayan bir tərəf vardır.

* Dünyada bir qadın üçün, hər hansı bir kişini təsiri altına aldığını bilməsi qədər zövqlü bir şey yoxdur.

* Vicdanımız yanılmaz bir hakimdir, biz onu öldürmədikcə.

* Bir qadın, sevdiyi adamın başqa bir qadın tərəfindən xoşbəxt edildiyini görməkdənsə, onu can verərkən görməyi seçər.

* Krallar da qadınlar da özləri üçün edilən hər şeyin bir borc ödəməsi olduğuna inanarlar.

* Xoşbəxtliyiniz Sizə Düşmən qazandırar, Fəlakətiniz İsə Dostlarınızı Uzaqlaşdırar.

* Fəlakətin yaxşılığı varsa, həqiqi dostlarımızı tanıtmasıdır.

* Hər müvəffəqiyyət, səbir ilə zamanı birləşdirərək təmin edilər.

* Yaxşı dostluqlar təmiz hesablarla qurular.

* İnsanın ən çətin dözdüyü duyğu ağrıdır.

* Gözləməsini bilənin hər şey ayağına gələr.

* Heç bir şeyin özündən gizlənmədiyinə inandırılmış bir qadını aldatmaqdan daha asan bir şey yoxdur.

* Ayaqqabılarım olmadığı üçün kədərlənərdim. Ta ki küçədə ayaqları olmayan adamı görənə qədər.

* Həyat, hər gedənin ardından qaçmağa dəyməz bilməlisən. Sən gələcək olanları gözlə,

* Dünəni unutmalı, Bu günü yaşamalısınız. Həmçinin dünən ilə bu gün arasında bir döyüş çıxarsa; sabahı itirərsiniz!

* Əslində həyatın ən gözəl xatirəsi ; Hər şeydən imtina etdiyində, Səni həyata bağlayan birinin olduğunu düşündüyün xatırlamaqdır

* Bəzən birinin yoxluğuna o qədər alışarsınız ki, başqa birinin gəlib o boşluğu doldurmasından qorxarsınız

* Gələcəyi maraqlanma, necə olsa gələcək. Amma keçəcək olanı yaxşı düşün, çünki ağılından silinməyəcək !

* İnsanlara özlərini nankorluğa məcbur edəcək qədər böyük xidmətlər göstərməyin.

* Sevilən qadın bütün qadınların ən gözəlidir

* Ümidsiz sevmək də bir xoşbəxtlikdir.

* Yuxunun məğlub etmədiyi heç bir ağrı yoxdur.

* Zəka dünyanı yerindən oynatmağa qadirdir

* Bir ana ürəyi,hər zaman bağışlamağı bacarandır

* Çətinliyinizin sirri sizin əlinizdə deyil, başqalarının əlindədir.

* Sənətin vəzifəsi, təbiəti kopiya etmək deyil, təbiəti ifadə etməkdir.

* Bir qadın sevdiyi adamın üzünü ,bir dənizçinin açıq dənizi bildiyi qədər yaxşı bilər.

* Hər sərvətin arxasında bir günah vardır