www.nice.az > Yumor və Aforizm > Lətifələr..

Lətifələr..


18 iyul 2012. Müəllif: Lura
Lətifələr..

Direktor soruşur:
-Uşaqlar yəqin ki, muzeydə yaddaşınızda qalan şeylər oldu?
-Oldu, oldu, - uşaqlar xorla cavab verdilər.
-Nə oldu?
-Təranə müəllimənin pilləkənlərdən yumbalanması..:)



- Ata, bu gün anam məni iki dəfə döyüb!
- Nəyə görə?
- Birinci dəfə anama gündəlik göstərdim, ordakı ikiləri, müəllimlərin yazdıqlarını görən kimi məni çırpdı.
- Bəs ikinci dəfə nəyə görə döydü?
- Gündəliyin əslində uşaq vaxtı onun özününkü olduğunu biləndə..:))

-Həkim, arvadım ezamiyyətə gedib, uşağı mənə tapşırıb. Mən də ona çox yaxşı baxıram. Hər gün havada gəzdirirəm, masaj elətdirirəm, idman elətdirirəm, bununla belə necə baxıram, hər gün çəkisini itirir, arıqlayır.
-Bəs nə yedirdirsən ona?
-Həkim, mən də deyirəm axı, nəyi isə yaddan çıxartmışam, neçə gündür uşağa heç nə yedirtmirəm, yəqin ona görə arıqlayır...:)



-Oğlum, yenə nəyə görə müəllimə səndən şikayət edir?
-Ana, ona inanma, o düz danışmır. Bilmirəm necə olur ki, belə yalan danışan müəlliməyə uşaq tərbiyə etməyi etibar edirlər? Mən heç bu gün dərsdə olmamışam..:)

Həkimin otağında:
-Həkim kömək eləyin mənə, Hər gün yuxuda görürəm ki siçovullar futbol oynayır.
-Mən sizə elə dərman yazacağam ki, siz daha yuxu görməyəcəksiniz.
-Yazın, yazın, amma bu gün həmin dərmanları qəbul edə bilməyəcəyəm!
-Niyə?
-Çünki bu gecə final oyun olacaq..:)

-Dur gedək, baxmağına dəyməz!
-Yaxşı deyil... özümüzə də pulsuz bilet veriblər!..
Dramaturq razı olub, ikinci pərdəyə də baxmağa başlayır. Lakin davam gətirə bilmədiyindən pərdənin ortasında ayağa qalxaraq lojadan çıxmaq istədikdə yoldaşı ondan soruşur:
-Hara gedirsən?
Lensdel belə cavab verir:
-Gedirəm biletin pulunu verməyə!!:)