www.nice.az > Yumor və Aforizm > Bəlkə bir az gülək

Bəlkə bir az gülək


6 iyun 2012. Müəllif: Candy
Bəlkə bir az gülək

Birinci gün birinci sinif şagirdləri dərsə gəliblər. Müəllimə başa salır:
— Uşaqlar siz dərsə gəlmisiz. Dərsdə sakit oturmaq lazımdır. Əgər nə isə soruşmaq istəyirsinizsə, əlinizi qaldırın!
— Bir oğlan əlini qaldırır.
— Nəsə soruşmaq istəyirsən?
— Yox, sadəcə yoxlamaq istəyirəm sistem necə işləyir?

***
Ata hirslə:
— Bu «iki» nədir almısan?
— Dedim Nizami ilə Gəncəvi ikisi də bir şəhərdə yaşayıblar, müəllim mənə iki yazdı.
— Savadsızın bir, savadsız! Nizami ilə Gəncəvi nə vaxtdan bir şəhərdə yaşayıblar?

***
— Ana, olar çıxım həyətə?
— Çirkli qulaqlarınla?
— Yox, dostlarımla!

***
Bir gün Molla Nəsrəddin bir neçə adamın arasında dayanıb söhbət edirmiş.Bir nəfər Mollaya deyir:
-Molla dayı, ora bax. bir qazan aş aparırlar!
-Mənə nə?
-Necə yəni „mənə nə?“ aşı sizə aparırlar axı.
-Onda sənə nə?

***
Nənə protez dişlərini çıxarır. Balaca Gülər təəccüblə nənəsinə baxıb deyir:
— Nənə, sən fokusçusan?
— Hə, mənim balam!
— Nənə, dişlərini çıxartdın, gözlərini də çıxara bilərsən?

***
— Səhərdən pişiyi çimdirirsən, yazıq haldan düşüb.
— Heç nə olmaz. Qoy təmiz olsun.
— Niyə ağlayırsan?
— Pişiyim öldü.
— Ölər də, sən ki onu o qədər çimdirdin!
— Çimdirməkdən ölmədi e… Sıxanda öldü.

***
— Ana, deyəsən nənənin yaddaşı tamam pozulub!
— Niyə ki?
— Nənə hər dəfə məni tanımır, qapıda görən kimi deyir:
— Baxın, görün bizə kim gəlib?

***
— Neçə dəfə sənə demişəm, sağ əlində bıçağı, sol əlində çəngəli tut!
Uşaq narazı-narazı deyir:
— Bəs əti hansı əlimdə tutum?

***
Ata qol saatına baxıb deyir:
-Saatım dayanıb, gərək ustaya aparım təmizləsin!
Balaca qız öz otağından söhbətə qarışır:
— Yox ata, o təmizdir, onu səhər şampunla yumuşam!

***
Bir gün bir nəfər aptekə girir və deyir:
- Sizdə çörək var?
Satıcı deyir ki, aptekdə çörək olmur, yox yoxdu. Kişi satıcının gözünü partladır. Səhəri gün yenə girir həmin Aptekə deyir:
- Sizdə çörək var?
Satıcı deyir yox. Kişi vurub o biri gözünü də partdadır. Satıcı bundan bezib Aptekə çörək qoyur. Kişi yenə gəlir və satıcı kişini qabaqlayır ki, çörək var. Kişi deyir ki, mənə indi çörək yox, Smetan lazımdı

***
Musiqi məktəbində müəllimlə şagiridin dialoqu: Müəllim: Do-dan sonra nə gəlir?
Şagird: Müəllim söhbət sizdən gedirsə DO-dan sonra NUZ gəlir.