www.nice.az > Yumor və Aforizm > Dahilərdən aforizmlər

Dahilərdən aforizmlər


10 mart 2012. Müəllif: GHoSTMaN
Dahilərdən aforizmlər

Ruhumun dərinliyində bəzən şən, bəzən də kədərli mahnılar eşidirəm. Məni həyata bağlayan elə bunlardır. A.Berqson

Həqiqət yolu çətin yoldur. Çox az adam bu yolla gedə bilir, ama bu yolu sonuna çatanların qarşısında qeyri adi mənzərələr açılır. C.Bruno

Keçmiş və bu gün bizim üçün vasitədir, yalnız gələcək bizim məqsədimizdir. B.Paskal

Almazı yerin dərinliyində axtardığımız kimi, həqiqətidə düşüncələrimizin dərinliyində axtarmalıyıq. V.M.Hüqo

Gənc ikən bilik ağacını əkməsək, qocaldığımız zaman kölgəsinə sığınacaq bir yerimiz olmaz. N.S.Şamfor

Cəsarət insanı zəfərə, qərarsızlıq təhlükəyə, qorxaqlıq ölümə aparır. Y.S.Səlim

Əgər gediyiniz yolda çətinlik və maneə yoxdursa, bilin ki o yol sizi heç yerə çatdırmaz. B.Şou

Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çokdükdə həyatımızdə əvvəl onlar parlayar və bizim üçün işıq olarlar.

Bizim dünyamız arxasında böyük sirrlər gizlədən teatr pərdəsidir. R.M.Rilke

Düşmənlərinə həm də dost kimi bax, çünki bir çox səhvlərini yalnız ondan öyrənə bilərsən. B.Franklin

Qərarlı olmaq iti bir bucağa bənzər: iti və düzgün kəsər. Qərarsızlıq isə küt bir bıçaq kimidir: kəsdiyi hər şeyi parçalayar və yırtar.

Qocalıq qarın yağması kimi qəfildən gəlir: səhər durub görürsən ki dörd bir tərəf ağa bürünüb. Konfutsi

Yaşlı vaxtlardakı xoşbəxtlik və ya bəbəxtlik, gənclik dövründə edilənlərin mükafatıdır. R.Brovning

Bədbəxt adam xoşbəxtlik açarını yanında gəzdirir, ancaq ondan necə istifadə edəcəyini bilmir. Ç.Rollin

Biliksiz adam okeanda azan yelkənsiz gəmiyə bənzər: ya sahilə çırpılıb parçalanar, ya tufana düşüb batar. Pifaqor