www.nice.az > Yumor və Aforizm > Gülmək istəyən var?
Gülmək istəyən var?17 noyabr 2011. Müəllif: Bizim_Dunya |
![]() Oğlanla qız klubda: Oğlan: Bəlkə tanış olaq? Qız: Yox, olmuyaq. Oğlan: - Mən bu klubun direktoru Anar (qıza əlini uzadır) Qız: Aa, nə yaxşı onda mən sənə Ata deyəcəm. Oğlan: Oo niyəəə?? Qız: Çünki klubun direktoru atamdır axmaq :))) ************* Oğlan: Xanım sizin çəkinizi bilmək olar? Qız: Yox olmaz Oğlan: Heç olmasa 3 rəqəmdən 1-in deyin :) ************* Marşurutda gedən qız yaşlı qadına yer vermək isdəmir. Y. Offf ayağımmm offf :( Q. Xala siz mən boyda olanda qocalara yer vermisiz? Y. Həə qızım həəə Q. Bax ona görədə indi ayağınız ağrıyırda. ************* Ayı: Nəyə görə hər vəhşilik eliyənə mənim adımı deyirlər? Öküz: Nəyə görə hər romantikadan başı çıxmayana mənim adımı deyirlər? Eşşək: Nəyə görə hər qanmaza mənim adımı deyirlər? Xoruz: Siz yaxşısız e mən neyniyim? ************* Yenicə dil açan uşağa evdə danışmağı öyrədirlər: - Amerikada: Ata de ataaa aaaata - Rusiyada: Ana dedi balacam, ataaa, anaaaa - Azərbaycanda: Dayını söy, söy dayını. Denən dayı eşşəkdir :))) ************* Məktəbdə müəllimə şagirdə deyir: -Qalx oğlum əlifbanı say. Şagird: - A, B, C, Ç, D, E, Ə, F, G, Ğ, H, X, I, İ, J, Q, K, L, M, N, Ö, P, R, S, Ş, T, Y, U, Ü, V, Z. Müəllim: - Yanlış saydın oğlum O hərfi hanı bəs? Şagird: - 'O' qəlbimdədi müəllim. ************* Müəllimə dərsdə soruşur. + Uşaqlar kim deyə bilər balıqlar niyə danışmır? - Heçkimin səsi çıxmır, birdən Əli qalxır ayağa müəllimə sizin başınızı suya soxsam danışa bilərsiz? ************* в€Ž2 dost imtahandan sonra: -Ala nə yazdun? -Heçnə yazmadım. -Boş vərəq verdün? -Hə. Sən nə etdün? -Məndə yazmadım. -Eşşək müəllim elə biləcək köçürmüşüy :)) ************* Qız: Aaa nə qəşəy telefonun var. Oğlan: Qaçış yarışında qazanmışam. Qız: Kimlər iştirak edirdi? Oğlan: Mən, dükan sahibi, polis :DD ************* Bir gün məktəbdə yanğın çıxır. Şagirdlər hamısı köməyə gəldi. Kimisi benzin gətirdi, kimisi odun :D ************* Qız: Həyatım elə söz denən ki, ürəyim əssin. Oğlan: Qardaşın arxamızdadı. :D ************* -Ooo təzə sevgilin var? +Yox o təzə deyil. -Axı təzə kimi görünür? +Yox. O sadəcə Pervulla yuyulub :) ************* Cırıq corabla qonaqlığa gedəndə ayaqqabıdan damaşnikə keçmə sürətinə "işıq sürəti" deyilir :))) ************* Bir oğlan bir qıza yaxınlaşıb soruşur: Xanım siz bu günə kimi ağ atlı oğlan gözləyirdiz? Qız: Hə Oğlan: Budur, mən gəlmişəm! Qız: Bəs oğlan hanı? :D ************* Diqqət! Yaponiyada yeni oğru tutan robot ixtira edilib. Bu robot vasitəsilə ABŞ-da 18 oğru, Fransada 13 oğru, Rusiyada 24 oğru tutulub. Aərbaycanda isə bu robot 2 saat ərzində oğurlanıb xD ************* Bir gün bir polis pişiyi ilə yol gedir. Bir nəfər çıxır qarşılarına və deyir: -Bu iti hara aparırsan? Polis deyir: -A kişi bu it deyil pişikdi. Kişi deyir səndən soruşmadım pişikdən soruşdum :))) ************* Doğum günü olanda: İngilis: Happy Birthday Türkiyə: İyi ki, doğuldun. Azərbaycan: Ala eşitdim ad günündür, nə vaxt yeyib-içirik? :D ************* Arvad: Ay kişi məncə artıq bu sürücünü qovmaq lazımdı. Kişi: Niyə ay arvad? Arvad: Artıq 4-cü dəfədiki mənim həyatımı təhlükəyə atır! Kişi: Tələsməyək ona 1 şansda verək :))) ************* Oğlan: Xanım olar realda görüşək? Qız: Yox olmaz Oğlan: Nə üçün görüşməyək? Qız: Başın xarabdı mən heç vaxt realda görüşmərəm Oğlan: Yaxşı Real'da görüşmürsən keçək Barcelona'ya orda görüşək. :D ************* Bir dəli olur yatağa girmək istəyəndə birdən yıxılır, durur ikinci dəfə uzanmaq istəyəndə yenə yıxılır. Durub belə deyir: — Ə, nə yaxşı birinci dəfə qalxdım, yoxsa üstümə düşmüşdüm. xaxaxax :) ************* Bir gün qoca qadin həkimə gəlir, həkim qadını müayinə edir və deyir: - Xala, sənə palçıq vannası qəbul eləmək lazımdı. - Oğlum, nəyə görə? - Yavaş-yavaş torpağa öyrəşsən yaxşı olar ************* Bir kişidən soruşurlar: - Arvadınızla orta bir cəhətiniz var? Kişi cavabında: - Var.. Eyni gündə evlənmişik.. ************* |