www.nice.az > Yumor və Aforizm > Başqa millətlərin hikmətli atalar sözləri

Başqa millətlərin hikmətli atalar sözləri


18 avqust 2011. Müəllif: _ROCK_STAR_
Başqa millətlərin hikmətli atalar sözləri


1.Südə də diqqətlə baxsan,ləkə görərsən..

2.Zarafat həqiqətin yarısıdır...!

3.Heyvanı buynuzundan,insanı sözündən tanıyarlar...

4.İlanın ayağı yoxdur-yalanın kökü..

5.Dəli də nə qədər ki,dinmir-ağıllıdır..

6.Özünü öymə,özgəni əymə...

7.Xəzəlləri külək qarışdırar,insanları söz...

8.Ölkəni düşmənindən qoru,sirrini yaltaqdan...

9.Ağıllı özünü qınayar,ağılsız özgəni....

10.Hirs düşməndir,ağıl dost..

11.Qurbağasız kol olmaz,nöqsansız insan...

12.Qaçağan atın təri qurumaz,ərköyünün göz yaşı...

13.Dost arxada təriflər,düşmən üzdə...

14.Uşaq oynamaqdan yorulmaz-tənbəl yatmaqdan..

15.Zorla açılan gülün ətri olmaz..

16.Hamı vaxta baxır,vaxt heç kəsə baxmır...!

17.Qanun varlı üçün cəza kasıb üçün yaranıb...

18.Dünya nərdivandır,biri qalxır biri düşür...

19.Oğurluqda varlanmaq olsaydı,onda siçan hamıdan varlı olardı...

20.Müdirin xahişi əmirdir...