www.nice.az > Yumor və Aforizm > Anlamlı Sözlər

Anlamlı Sözlər


17 iyun 2011. Müəllif: persiangirl
Anlamlı Sözlər


* Əvvəllər düşünürdüm ki; İnsanın başına gələ biləcək ən pis şey, bir gün tək qalmağıdır . Öyrəndim ki, həyatda insanın başına gələ biləcək ən pis şey: 'Özünü tək hiss etməsinə səbəb olan insanlarla yaşamasıdır'

* İki saniyə sonrasına zəmanətimiz olmayan bir həyatımız üçün fırıldaq olmağa ehtiyac yoxdur!

* Ədəb, danışdığın zaman dilini qorumaq, tək qaldığın zaman ürəyini qorumaq, çölə çıxdığın zaman gözünü qorumaqdır..!

* Xeyirli bir yoldaş ALLAHın quluna xüsusi bir ikramıdır. Xeyirsiz yoldaş isə dünyanın ən ağır imtahanıdır...!

* Bir insana gərəyindən çox dəyər versən, gərəyindən çox nankorluq görərsən...!

* İstədiyin qədər namaz qıl, sədəqə ver... Güvən verib yarı yolda buraxdığın insanın könül sədəqəsini iki dünyada verə bilməzsən.

* Olmursa məcbur etmə, ya xəyalların qırılar ya ürəyin. Unutmuş kimi et Çünki gözəl şeylər; onları heç gözləmədiyində reallaşar..!

* Düşməninin Sənə verəcəyi zərəri az çox hesablaya bilərsən... !! Amma .. yaxınlarının verəcəyi zərəri heç vaxt hesablaya bilməzsən!!

* Kiçikkən heyvanlarla danışa bilsəm nə maraqlı olardı deyə düşünərdim. Məgər illərdir ünsiyyət qura bildiyim bir çox heyvan varmış

* Ən mənalı baxış, bir cüt yaş gözdə gizlidir. Çox şey izah edər; Çünki dil bağlanar, ürək danışar.

* Ümid etdiyimiz kimi olsaydı həyat, Sandığımız kimi yaşayardıq. Tapdıqlarımızla kifayətlənsəydik, İtirdiklərimizə ağlamazdıq..!

* Qadından Mələklik Gözləyirsənsə, Ona Cənnətini Təqdim edəcəksən...!

* Dünyanın ən gözəl ritmi, Onun sənin üçün döyünən ürəyidir.

* Kişi qadına yumruq atarsa kişi günahkardır, Qadın kişiyə yumruq atarsa yenə kişi günahkardır.