www.nice.az > Yumor və Aforizm > Gülməli mesajlar
Gülməli mesajlar11 iyun 2011. Müəllif: Sparrow |
1. Termometr yüz vurur, Vursa da o düz vurur. Gör nə zəmanədir ki, Qız oğlana göz vurur! ![]() 2. Mən Məcnunam, o Leyli, Biraz məndən gileyli. Mən maaşla dolanıram, O briliyanta meylli. ![]() 3. Hər gecə yuxumda səni görürəm, Yanımda olmaqçün nələr verirəm. İnan həyatımın sənsən mənası! Mən səni sevirəm YARPAQ DOLMASI! ![]() 4. 1 2 3 4 5 6 7 8 9-dəli kimi nə sayırsan mən dəliyəm, sənə nə olub. ![]() 5. Diqqət aksiya. Bundan sonra hər kəs öz beyninin dəyərində danışacaq. Təbrik edirik siz pulsuz danışacaqsınız. ![]() 6. Halva-halva deməklə iki dəfə halva demiş olursan. ![]() 7. Əgər sən şalvarının sağ cibindən 10, sol cibindən 20 manat pul tapsan, deməli sən başqasının şalvarını geyinmisən. ![]() 8. Sevgilim sən səhrada bitən tək bir gül olsaydın, səni itirməmək üçün ömrüm boyu su maşını sürərdim. ![]() 9. Çörəyi ver çörəkçiyə, pulunu isə dərhal al. Çek verməyi unutma. ![]() 10. Sevgilim sən o qədər gözəlsən ki, baxışların eşşəyin baxışlarından seçilmir. ![]() 11. Hörmətli abonent! Bu nömrəyə zəng çatmır, telefon ya söndürülüb, ya lomkadadı, ya da sumkada. ![]() 12. Salam. Dünən Əcəmi metrosunda metro kartımı çıxardanda sumkamdan 20 qəpik düşürtdüm, dünəndən axtarıram hələ də tapa bilmirəm. Hətta dərsə də getmədim. Tapanlardan xahiş olunur həmin metro tərəflərə müraciət etsinlər, mən hələ də ordayam. Axı o mənim yemək pulum idi. ![]() 13. Sevmək, sevilmək, sevişmək, öpüşmək, ölmək hamısı məsdərdir. ![]() 14. Mən səni sevmişəm özüm bilmədən, burnumun suyunu dəsmala sildim, səni sevməyimə peşman olmuşam. Sən məni sevsən də, sevməsən də heç. Mən səni sevirəm! ![]() 15. Axtaran tapar, tapan axtarmaz. İtən tapılmaz, ölən ayılmaz. Gül amma asta,toyda və yasda, Mən dedim sözüm, qalmadı dözüm. ![]() 16. Məndə sığar iki cahan Bizim evdə yoxdu divan, İşıq mənəm, günəş mənəm Yerdə yatan qaqaş mənəm. ![]() 17. Həyat insan üçün bir pəncərədir. Çox əsəbləşdirmə yoxsa səni o pəncərədən ataram. ![]() 18. Dünyadakı ən məzəli rəqəm 21493. İzah edirəm: 2 nəfər 1 şey haqqında düşünəndə 4 həftədən sonra məlum olur ki, onlar 9 aydan sonda 3 nəfər olacaqlar. ![]() 19. Sən ağlayan zaman sənin yanında olmaq istəyərdim bilirsən niyə? Çünki dəsmal satıram, 2-sin alana biri həddiyə. ![]() 20. Deyirlər ki, Boz Baş müğənnilər çoxdu. Amma bütün günü televizorda müğənnilərə baxdım heç birinin başı boz deyildi. |