www.nice.az > Yumor və Aforizm > Biri-birindən maraqlı Lətifələr

Biri-birindən maraqlı Lətifələr


26 may 2011. Müəllif: DAN ULDUZU_
Biri-birindən maraqlı Lətifələr

Elşən gözündə yumruq izi evə gəlir. Anası onu görüb həyəcanlanır:
-Bu nədi? Sənə nə olub?
-Başa düşürsən,ana, hər gecə saat 2-də mən sinif yoldaslarımdan birinin evinə zəng vurub soruşurdum:”Tapın görüm mən kiməm?”
-Nə olsun ki?
-Heeeç . Bu gün biri tapdı

Səfərqulu əlində qəzet qışqırır:
-Fantastika, maraqlı xəbərlər. 99 adam aldadılıb!!!
Bir kişi maraqlanır, qəzeti alır. Uşaq bir az kənarlaşır, yenidən qışqırır:
-Fantastika, şok xəbər. 100 nəfər aldadılıb


Tarix dərsi. Müəllim:
-Uşaqlar, bugün biz kecmişləri təkrarlayacağıq, Lalə, dur Amilə bir sual ver görüm.
Lalə:
-1812-ci ildəki dava neçənci ildə olub?


Üç ayı öz mağarasına qayıdır. Ata ayı:
-Kim mənim boşqabımdakı supu yeyib?
Bala ayı:
- Kim mənim boşqabımdakı supu yeyib?
Ana ayı:
-Sakitləşin, bugün mən sup bişirməmişəm


Bir dost digərinə:
-Sənin ayaqqabılarının biri niyə sarı, o biri qırmızıdır?
-Bilmirəm, evdəki də belədir


Qaranlıq tində:
-Adə, sən buralarda slucayni polis-zad görmədin?
-Yo-o-ox, nədirki?
-Onda soyun paltovu


в€Ž2sevgili skamyada qucaqlaırlar...birdən qız soruşur:
-əzizim,sənin xarici pasportun var?
-yox, nədiki?
- uje sərhedi keçirsen ee, ona göre


в€Ž2 Blandinkanin söhbəti:
-Bu gün hamiləlik üçün test vermişem...
-Aaaa doğurdan?suallar çox çətin idi?

Bir gün dostlar yığışıb
aralarnda olmayan dostu prikola
tuturlar,gəlib atasına deyirlər ki,oğlun nəşə çəkir.Atası deyir o
nədir?Deyirlərki,onu çəkəndə
adam uçur.Atası deyir eybi
...yoxdur qoy gəlsin evə,mən ona
göstərərəm.Oğul gəlir atası deyir:
“Alçağın biri alçaq! Sən nəşə
çəkirsən?
-Oğul:“Yox ata,sən nə
danışırsan?Ata:“Kəs səsini!Səni
uçan yerdə görüblər



Dəmir yol cəklişində yol mühəndisi bir kəndlinin evinə gəlib diyir:
-Dəmir yolu düz sizin evin içindən keçəcək.
-Mən bir söz dimirəm, ancaq onu da bilin ki, qatar gələndə mən hər dəfə durub qapını açan deyiləm.

Müəllim sual verir:
-Kim mənə 2 hadisənin eyni vaxtda olması haqda misal gətirə bilər?
Uşaq əlini qaldırır:
-Atamın da anamın da toyu təsadüfən eyni günde olub


в€Ž1 kişi olur yoldan pul tapır sonra pulu götürmür atır sabahsı gün dostuna deyirki dünən 10manat tapdım gördümki saxtadı atdim.Dostu deyir:bəs pulun saxta olduğunu nəbildin?
Cvb verir:harda görünübki 10man üstünda 2(iki) 0(sifir)


Bir gün riyaziyyat dərsində müəllim imtahan keçirir.Nəysə imtahan qurtarır,müəllim kağızları yığır və səhərisi gün Əhmədə sən Əlidən köçürmüsən deyir və 0 aldın deyir.Məktəbə gələn Əhmədin atası müəllimdən soruşur:
-Oğlumun köçürdüyünü hardan bilirsiz?
-Əli kağızında 6-cı suala “bilmirəm”deyə cavab yazıb,Əhməd də həmin suala cavab olaraq “Əli bilmirsə mən də bilmirəm” yazıb


в€Ž-Sən bir dəfə də olsun mənə "Səni Sevirəm" deməmisən
-Hə, deməmişəm
-Niyə?
-Məgər Yer kürəsi deyir "Mən Fırlanıram"?
-Yox
-Amma fırlanır