www.nice.az > Yumor və Aforizm > Aforizmlər..

Aforizmlər..


17 aprel 2011. Müəllif: Muslim_Girl
Aforizmlər..


Bəzi adamlar söylədiyi sözlərlə böyüyür, bəzi sözlər
söyləyən adama görə böyük görünür.
(İsmail Habip SevÜk)

Minlərlə kilometrlik bir yol da çox kiçik bir addımla başlayır...

Qanun və əmrlərin sayı artdıqca,
oğru və quldurların da sayı artır...
(Lao-Tszı)

Əxlaqı qanunla əvəz etsələr, buna qanunun çiyni dözməz!
Nöqtə qədər xeyir üçün vergül kimi əyilənlər nəticədə
düz xətt olub ayaqlanmağa məhkumdurlar...
(La Edri)

Həyatda ediləcək o qədər səhv var ki,
eyni səhvi etməkdə israr etməyin mənası yoxdur...
(Sartre)

Pessimist yalnız tuneli görür, optimist tunelin sonundakı işığı görür,
realist tunellə birlikdə işığı və gələn qatarı da görür...

Qanun müdriklər üçün məşğuliyyətdir, axmaqlar üçün məhdudiyyət!

Həqiqi insan ləyaqətinin bir üstünlüyü də ondadır ki, hətta paxıl insanlar da
onu tərifləməyə məcburdurlar.
(LaroŞfuko)

Gücün kim tərəfindən olmasınn mənim üçün əhəmiyyəti yoxdur, əhəmiyyətli olan
odur ki, qanun kim tərəfdəndir.
(Viktor HÜqo)

İndi biz səmada quş kimi süzməyi, suda balıq kimi üzməyi bacarırıq,
bizə yerdə insan kimi yaşamağı öyrənmək qalır.
(Pikte)

Həyatda ən mənalı söz "BİZ" ən mənasız söz isə "MƏN" dir.(Öma)

Sabahın bu gündən daha yaxşı olacağı ümidiylə kifayətlənmək yerinə dərhal bu gün
sabah oyandığımızda özümüzü əvvəlki gündən bir az daha yaxŞı hiss etməmizi
təmin edəcək bir şeylər edə bilərik.
(Edward da Bon)

Sabah tam fərqli bir insan olacağam deyirsən. Niyə bu gündən baŞlamırsan? ( Epictetus)

Çiçəyin tikanı var deyə kədərlənəcəyimizə tikanın çiçəyi var deyə sevinək. ( Goethe)

Sevgi birliyə eqoizm təkliyə aparar.

Dövlət xadiminin siyasi xadimdən fərqi bundadır ki, siyasətçi gələcək seçkiləri,
dövlət xadimi isə gələcək nəsilləri düşünmək üçün fəaliyyət göstərir
(Uinston Çörçill)