www.nice.az > Yumor və Aforizm > Sevinc haqda deyilmiş aforizmlər..
Sevinc haqda deyilmiş aforizmlər..14 aprel 2011. Müəllif: fidaska |
![]() Sevinmək istəyirsinizsə, başqalarının sevinclərinə şərik olun..(Po Cü) Yoxsulun hansısa dərdinə əlac etmək insana böyük sevinc gətirə bilər..(Cin İngelou) Qocalara,yoxsullara,yetimlərə kömək əli uzatmaqla həmişə sevinc içində olarsınız..(Corc Herbert) Böyük sevinci yalnız zəhmətlə qazanmaq olar..(İohann Vofqanq Höte) Bu dünyada ağlayan axirətdə gülər..(Əhməd Yəsəvi) ![]() Dünyanın gözəlliklərini görə-görə sevinməmək mümkünmü? (Con Lebbok) Ən böyük və ölməz əməllərə can atmaqla yanaşı,etiraf etməyə məcburuq ki, bu dünyada edə biləcəyimiz ən yaxşı şey insanlara sevinc bəxş etməkdir..(Peter Rozegger) Sevinci bizə ətrafımızdakılar deyil, bizim ətrafımızdakılara olan münasibətimiz bəxş edir..(Fransua de Laroşfuko) Sevinc səmimiyyət olan evlərdə yaşayır..(Uilyam Şekspir) Günəşin bir gün çıxması həftələrlə yağan yağışı unutdurur..(Albert Kamyu) ![]() Yetimin göz yaşlarını silən barmaqlar dünyanın ən bahalı cavahiridir..(Lula Vollmer) Sevinc bölündükcə artar,dərd bölündükcə azalar..(Azərbaycan atalar sözü) Sevinmək başqa, xoşbəxt olmaq başqadır..(Etyen Senankur) İnsan sevincini böyüdərək, üzüntüsünü isə kiçildərək anlatmalıdır..(Mişel de Monten) Hər sevincin bir kədəri, hər kədərin də bir sevinci olur..(İohann Volfqanq Höte) |