www.nice.az > Yumor və Aforizm > Sizə gülməli lətifələr təqdim edirəm

Sizə gülməli lətifələr təqdim edirəm


2 aprel 2011. Müəllif: hebibi_p
Sizə gülməli lətifələr təqdim edirəm

Milçəklə söhbət.

Birinin toyu olur papası zorla evləndirir. Oğlan qaş-qabağlı oturduğu yerdə birdən bir milçək
vız-vız gəlib bunun burnuna qonur. Bu oğlan kinli-kinli milçəyə baxıb deyir:
aralaş mazgimi çürütmə, yoxsa papaya deyərəm səni də evləndirər.


Ağıllı dəlilər.

İki dəli imtahana girir. İmtahan qurtarandan sonra çıxır.
Biri o birindən soruşur: necə yazdın? Cavab verir: boş vərəq verdim. Bəs sən?
Mən də heç nə yazmadım boş vərəq verdim. O biri deyir: onda elə biliceylər köçürmüşük



It.

Kişinin iti ölür dostları ələ salmaq üçün gəlir onun yanına və başlayırlar: axır qəmin olsun!
Yaddan çıxar təzə it alarsan fikir eləmə. Kişi qayıdıb deyir: heç bilmirdim itimin bu qədər tanışı var.


Biyabırçılıq.

Bir qıza elçi gəlmək istəyirlər. Anası qızına deyir ki, özümüzü elə göstərək ki, guya ki, varlıyıq.
Mən səndən nə istəsəm de ki, hansını gətirim. Elçilər gəlir anası deyir qab gətir,
qız da hansını gətirim deyir. Nəhayət elçilər deyirlər ki, qızın atasını çağırın. Qız birdən deyir hansı atamı


Ağıllı söz.

Uşaqdan soruşurlar ki, atan nə işləyir. Deyir güldan düzəldir. Deyirlər bəs anan.
Deyir anam da atamın düzəltdiyi güldanları atamın başında sındırır.