www.nice.az > Yumor və Aforizm > Maraqlı aforizmlər

Maraqlı aforizmlər


20 mart 2011. Müəllif: SERENA
Maraqlı aforizmlər

Xoşbəxt olmağı sabaha buraxmaq, qarşıya keçmək üçün çayın dayanmasını gözləməyə bənzər... Çay əsla dayanmaz... Anonim

Sabahın bu gündən daha yaxşı olacağı ümidiylə kifayətlənmək yerinə, dərhal bu gün səhər oyandığımızda özümüzü əvvəlki gündən bir az daha yaxşı hiss etməmizi təmin edəcək bir şeylər edə bilərik.Edward da Bon

Uzun bir mübahisə hər iki tərəfində haqsız olduğunun dəlilidir.Volter

Sabah tam fərqli bir insan olacağam deyirsən. Niyə bu gündən başlamırsan? Epictetus

Qələm ağılın dilidir.Miguel də Cervantes

Çiçəyin tikanı var deyə kədərlənəcəyimizə, tikanın çiçəyi var deyə sevinək. Goethe

Bədənimiz bağçamızdır bizim, istəklərimiz də bağbanımız.Shakespeare

Sevgi birliyə, eqoizm təkliyə aparar.Friedrich von Schiller

İnsanlar səhvlərini xoşbəxtkən deyil ancaq bədbəxtkən anlar. Daniel Defoe

Eşq, qeyri-mümkün bir çox şeyi mümkün edər. Goethe

Gözəl olan sevimli deyil, sevimli olan gözəldir. Tolstoy

Gözəllik, çox vaxt qüsurları gizləyən bir örtüdür.Honore də Balzac

Sözün ən gözəli, söyləyənin doğru olaraq söylədiyi, dinləyənin də faydalandığı sözdür.Aristoteles




* Özümü hər vaxt xoşbəxt hiss edirəm.
Niyə bilirsinizmi?
Çünki kimsədən ...bir şey ümid etmirəm.
Gözləmələr daim yaralar.
* Həyat qısadır.
... Elə isə həyatınızı sevin.
Xoşbəxt olun və gülümsəməyə davam edin.
Yalnız özünüz üçün yaşayın və;
- Danışmadan əvvəl dinləyin,
- Yazmadan əvvəl düşünün,
- Xərcləmədən əvvəl qazanın,
- Dua etmədən əvvəl bağışlayın,
- İncitmədən əvvəl hiss edin,
- Nifrət etmədən əvvəl sevin,
- İmtina etmədən əvvəl çalışın,
- Ölmədən əvvəl yaşayın.
*Həyat budur.
Onu hiss edin, onu yaşayın və ondan məmnun olun.

~Shakespeare~