www.nice.az > Yumor və Aforizm > Victor Hugodan aforizmlər
Victor Hugodan aforizmlər7 mart 2011. Müəllif: fidaska |
![]() Victor Hugodan aforizmlər *Bekarçılıq - uşaqların xoşbəxtliyi və qocaların bədbəxtliyidir. *Yuxusuzluq - bu gecənin insan üzərindəki zorakılığıdır. *Utanmazlıq bəzən ayıbı gizlədir. *Bizim xəyallarımız bizə ən uyğun olanıdır. Hər bir xəyal öz xüsusiyyətlərinə uyğun olaraq tərtib edilir. *Böyük təhlükələrin öz gözəlliyi var: O tanış olmayan insanlara qardaşlıq həyatı verir. *Həyatda ən uca şey xoşbəxtlikdir - bu bizim sevildiyimizin əminliyidir, bizi necə varıq elə sevilirik və ya baxmayaraq ki biz beləyik , biz sevilirik. *İnsanın daxilindəki yaxşılıq - bu günəşdir. *Bir-birinizi hər zaman ürəkdən sevin. Dünyada demək olar ki, sevgidən başqa bir şey yoxdur. *Diplomat sizə hər şey verər, öz hisslərindən başqa. *Dünya qüvvələrindən daha böyük qüvvə vardır: O Vaxtı gəlmiş ideyadır. *Həyat - mahnıdır. Nəqarəti isə - ölüm. *Həyat - güldür. Sevgi - nektar. *Məntiq heç bir mərhəmət bilmir. *Susmaq - insanın bütün dərdlərini özündə sınayan ruhun sığıntısıdır. *Qadınlara hərdən itaət etmək lazımdır ki,onun üzərində hökmranlıq edəsən. *Bizim hərəkətlərimiz bizi ən uca göylərə qaldırar və eyni zamanda endirə bilər. *Cəhalət (biliksizlik) - bu alaqaranlıqdır, orada pislik axtarılır. *Qadına heç vaxt onun çətin başa düçəcəyi sözü demək lazım deyil. Çünki o, bu haqda fikirləşəcək və onun fikri nadir olmayan hallarda səhv yönə olacaq. *Mənəviyyat - çiçəkli bir haqqdır. *Cəmiyyət iki qrup insanları sevmir: Ona qarşı çıxanları və Onu müdafiə edənləri. *Məhşurluq - bu şöhrət dəyişdirilən qəpik kimidir. *Gülüş - bu günəşdir, o İnsan üzündən qışı qovur. *Gələcəyin bir neçə adı var. Zəif insan üçün gələcəyin adı - mümkünsüzlükdür. Qorxq insan üçün - naməlumluq. Düşüncəli insan üçün - ideal. *İnsanda bir zülmkarlıq var - cəhalət. |