www.nice.az > Yumor və Aforizm > Lətifələr
Lətifələr7 fevral 2011. Müəllif: Schweinsteiger |
Lətifələr 1) Bir dəfə Çaplindən soruşurlar: - Öləndən sonra harada olmağınızı arzurladınız - Cənnətdə və ya Cəhənnəmdə? Aktyor deyir: - İqlim Cəhətdən,əlbəttə cənnət yaxşıdır.O ki, qaldı yaxşı cəmiyyətə,şəksiz cəhənnəm yaxşıdır. 2) Bir şəxsi mühakimə edirlər.Hakim soruşur: - Boynunuza alırsınız ki,qonşunuzun klarnetini oğurlamısınız? - Bli boynuma alıram.Oğurlamışam. - Siz klarnet çalansınız? - Ömrümdə əlimə almamışam. - Bəs o klarneti nə üçün oğurlamısınız? - Məsələ burasındadır ki,mənim qonşum da heç klarnet çalmağı bilmir,ancaq səhərdən axşama kimi çalır. 3) Ərlə Arvad Sözləşirlər.Arvad deyir: - Mən Əminəm ki,o dünyada cənnətdə arvadlar kişilərdən ayrı olurlar. Əri cavab verir: -Əlbəttə,elə olmasaydı,ora cənnət olmazdı ki! 4) Bir oğlan bir qıza vurulub atasına yazır: "Əziz ata,mənə 10 şilinq göndər,sevgilimlə birlikdə şəklimizi çəkdirib sənə göndərim". Ata yazır: "5 şilinq göndərirəm.Qızın şəklini çəkdir göndər,səni mən onsuzda yaxşı tanıyıram. 5) - Arvadın Mahnı oxuyanda sən nə üçün həmişə çıxıb eyvanda dayanırsan? - Deyirəm qapı qonşu elə fikirləşər ki,mən onu döyüb-öldürürəm. 6) Nevrapatoloq yanına gəlmiş xəstədən soruşur: - Sizdə belə bir vəziyyət olurmu ki,səs eşidəsiniz,amma kimin və haradan danışdığını başa düşməyəsiniz? - Doktor lap tez-tez olur. - Bəli Ağırdır!Belə Hahhar nə vaxt baş verir? -Telefonla danışanda. 7)Ser,aizin qızınız mənim xoşuma gəlir.Necə edək ki,onunla tez-tez görüşə bilim? - Məsləhətim budur:mənə 3 funt borc verin,sonra düz bir il pulunuzun dalınca gəlib gedin. 8) Oğlan qışqırır: - Ana,tez gəl,nərdivanı aşırmışam! - Atan bilsə gör başına nə oyun açar... Oğlan cavab verir: - Atam bilir,o,çılçıraqdan asılı qalıb. 9) Misal var deyirlər ki,"söz külək kimi bir şeydir,hər yana əsir". Bir kişi buna etiraz edib deyir: - Düz deyil,o misal elə olsaydımənim arvadımın dili bütün dəyirmanları işlətməyə kifayət edərdi. 10) Pedro həkimə gedir.Həkim soruşur: - Hə indi necə yatırsınız?Məsləhətimə əməl edib yuxuya getmək üçün sayırsınızmı? - Bəli həkim.Düz 18456-ya kimi saydım. - Hə,necə,yuxuladınızmı? Xəstə deyir: - Nə yuxlamağı,işə getmək vaxtı idi. 11) Diş həkiminin qəbuluna əsə-əsə bir nəfər daxil olur.Həkim xəstənin dişinə baxıb deyir: -Gərək çəkilsin. Xəstə daha da bərk əsməyə başlayır. Həkim bir qədəh araq töküb verir xəstəyə. - Hə için,möhkəm olun! Xəstə içir və əsməkdə davam edir.Həkim bir qədəhdə tökür,içirir xəstəyə,sonra üçüncüsünü də,dördüncüsünü də.Gördükdə ki,xəstə daha əsmir,həkim soruşur: -Hə ,nə oldu?Daha qorxmursunuz ki? Xəstə deyir: -Ay Hay!Qorxmuram da sözdü!İndi bir kişinin hünəri var mənim dişimə əl vursun. 12) Kəndlilər dövlətlinin əkin sahəsində işləyirdilər.Bir qaraçı yaxınlaşıb deyir: - ALLAH köməyiniz olsun. - Çox sağ ol.Bəlkə bizimlə işləyəsən? Qaraçı deyir: - Dırmığım yoxdur.Qoyun durum yanınızda,varlı elə biləcək ki,mən də işləmişəm,mənə də pul verəcək. Elə də oldu - varlı hamıya pul payladı,sonra evinə dəvət etdi.O,soruşdu: - Kim yeyəcək? Qaraçı dedi: - Mən. - Kim içki içəcək? Qaraçı dedi: - Mən. Sonra varlı soruşdu: - Sabah məhsul yığımında kim işləyəcək? Qaraçı üzünü kəndlilərə tutub dedi: - Dillənin də,elə "mən,mən"deyirəm,ayıbdır axı! |