www.nice.az > Yumor və Aforizm > Aforizmlər

Aforizmlər


7 fevral 2011. Müəllif: SEV_GI
Aforizmlər

Jerry ətrafındakıların çox sevdiyi insanlardan biriydi.
Kefi hər vaxt yerində idi. Hər vaxt söyləyəcək müsbət
bir şey tapardı. Hətta bəzən ətrafındakıları dəli edərdi belə.

Bu adam bu halda belə necə optimist ola bilir? Biri necə
olduğunu soruşsa; "Bomba kimiyəm" deyə cavab verərdi həmişə..
"Bomba kimiyəm." Jerry bir təbii motivasiyaçı idi...

Yanında çalışanlardan biri o gün pis bir günündədirsə
Jerry yanına qaçar vəziyyətə necə müsbət baxılacağını izah edərdi.

Bu tərzi pis düşündürürdü məni... Bir gün Jerryə
getdim. Anlaya bilmirəm dedim.. Necə olar da hər vaxt
hər şərtdə bu qədər müsbət bir insan ola bilirsən...
Necə bacarırsan bunu?

Hər səhər qalxdığımda öz özümə Jerry bu gün iki
seçimin var: Havan ya yaxşı olacaq ya pis.. deyərəm.
Havamın yaxşı olmasını seçərəm. Pis bir şey olduğunda yenə iki
seçmim var: Qurban olmaq ya da dərs almaq.

Mən başıma gələn pis şeylərdən dərs almağı seçərəm.
Biri mənə bir şeydən şikayətə gəldiyində yenə iki seçkim var..
Şikayətini qəbul etmək ya da ona həyatın müsbət yanlarını
göstərmək. Mən həyatın müsbət yanlarını seçərəm.

Yox deyə etiraz etdim. Bu qədər asan yəni?
Bəli.. Asan dedi Jerry.. Həyat seçkilərdən ibarətdir.
Hər vəziyyətdə bir seçki vardır. Sən hər vəziyyətdə necə
davranacağını seçərsən. Sən insanların sənin rəftarından necə
təsirlənəcəklərini seçərsən. Sən havanın rəftarının
yaxşı ya da pis olmasını seçərsən...
Yəni sən həyatını necə yaşayacağını seçərsən!..

Jerryin sözləri məni olduqca təsir etdi. Onu uzun illər
görmədim. Amma həyatımdakı talehsiz hadisələrə döyünmək
yerinə seçim etməyi seçdiyimdə həmişə onu xatırladım.

İllər sonra Jerryin başına xoş olmayan bir şey gəldi. Soyğun
üçün gələn oğrular çaxnaşmaya qapılıb Jerryi dəlik deşik etmişlər...
Əməliyyatı 18 saat davam etmiş həftələrcə reanimasiyada qalmış.
Xəstəxanadan buraxıldığında güllələrin bəziləri hələ bədənindəymiş.

Mən onu hadisədən altı ay sonra gördüm.
Necəsən? deyə soruşduğumda Bomba kimiyəm dedi
Bomba kimi. Hadisə əsnasında nələr hiss etdin Jerry dedim.
Yerdə yatarkən iki seçkim var deyə düşündüm..
Ya yaşamağı seçəcəkdim ya ölümü.. Mən yaşamağı seçdim.

Qorxmadınmı şüurunu itirmədinmi !..
Təcili tibbi yardımla gələn sağlamlıq vəzifəliləri möcüzə insanlar idi.
Mənə həmişə Yaxşılaşacaqsan maraqlanma dedilər.
Amma təcili xidmətin koridorlarında xərəkmi sürətlə
sürərlərkən həkimlərin və tibb bacılarının yüzündəki
ifadəni görüncə ilk dəfə qorxdum. Bu gözlər
mənə; Mənə adam ölmüş deyirdi. Bir şeylər etməzsəm
bir az sonra ölü bir adam olacaqdım həqiqətən..

Nə etdin? deyə maraqla soruşdum..
Böyük bir tibb bacısı yanıma yaxınlaşdı və qışqıraraq
hər hansı bir şeyə allergiyam olub olmadığını soruşdu..
Bəli deyə cavab verdim.. Var.. həkimlər və tibb bacıları
maraqla susdular.. Dərin bir nəfəs alaraq özümü
yığışdırdım və qışqırdım: Mənim güllələrə allergiyam var !..

həkimlər və tibb bacıları gülməyə başladılar. Təkrar qışqırdım..
Mən yaşamağı seçdim. Məni bir canlı kimi əməliyyat edin.
Yarılma edər kimi deyil..

Jerry yalnız həkimlərin böyük ustalıqları
sayəsində deyil öz müsbət rəftarının böyük
qatqısı ilə yaşadı. Yaşaması mənə yeni dərs oldu.

Hər gün həyatımızı dolu dolu yaşamağı seçmə şansımız
və haqqımız olduğunu ondan öyrəndim..
Və hər şeyin öz seçimimizə bağlı olduğunu..