www.nice.az > Videolar > Hindistanda səfərdə olan ABŞ prezidenti Barak Obama

Hindistanda səfərdə olan ABŞ prezidenti Barak Obama


10 noyabr 2010. Müəllif: NiXaTo
Hindistanda səfərdə olan ABŞ prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama məktəb şagirdlərinə qoşularaq rəqs edib. Qeyd edək ki, səfərin 2-ci günü Obama cütlüyü Mumbaydakı məktəblərdən birində “Divali” (İşıq) festivalında iştirak edib. Şagirdlər əvvəl xanım Obamanı daha sonra isə Barak obamanı rəqsə çağırıb. Cütlük bir az tərəddütdən sonra qalxaraq rəqs edib.

Qeyd edək ki, festival iştirakçıları xanım Obamanın hindlilərlə həvəslə və həm-ahəng rəqs etdiyinə şahid olub.

Xatırladaq ki, Barak Obama prezident seçildikdən sonra cütlük dünya ictimaiyyəti tərəfindən təəccüblə qarşılanacaq bir çox addım atıb. Bundan əvvəl isə 2010-cu il avqustun 5-də xanım Obama İspaniyada qaraçılaraq qoşularaq yallı getmişdi.



Hindistanda səfərdə olan ABŞ prezidenti Barak Obama