www.nice.az > Videolar > Erməniləri şoka salan kadrlar
Erməniləri şoka salan kadrlar13 sentyabr 2010. Müəllif: krik |
Ermənistan ordusunun indiki durumunu əks etdirən və “YouTube†portalında sentyabrın 11-də yerləşdirilmiş dəhşətli faktlar internet istifadəçilərini şoka salıb. Videoçarxda erməni zabitinin 2 gənc əsgəri təhqir etdiyi aydın görünür. Rütbəcə böyük olan hərbçilər əsgərlərin əvvəlcə qulaqlarını dartır, daha sonra sillələyir və boyun nahiyəsinə su tökür. Erməni internet istifadəçiləri bildirirlər ki, bu alçaldıcı hadisə məhz Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda baş verib. Maraqlısı odur ki, Ermənistan ordusunun bu gülünc və faciəvi durumunu əks etdirən videoçarx bir neçə saatdan sonra dəqiq məlum olmayan səbəbdən “YouTubeâ€dan silinib. |