www.nice.az > Videolar > Özünü atan uşağı havada tutdu [Online Video]
Özünü atan uşağı havada tutdu [Online Video]21 iyul 2012. Müəllif: HiTMaN |
Sadə avtobus sürücüsünün qəhrəmanlığı bu günlərdə hər kəsin dilindədir. Belə ki, Stiv Senbernard qolunu qurban verərək uşağın həyatını xilas edib. 7 yaşlı uşaq çoxmərtəbəli binanın üçüncü mərtəbəsində pərvazın üzərində dayanaraq camaatın gözü qarşısında özünü yerə atıb. Senbernard məktəblini elə havadaca tuta bilib. Uşaq xəsarət almayıb. Amma cəsur qəhrəman uşağı saxladığı əlini qırıb. Avtobus sürücüsü hadisə haqqında bunları deyib: «Qızcığaz pəncərənin çölündə dayanaraq çığırırdı. Mən binaya tərəf cumdum ki, ona nə iləsə kömək edim. Lakin bu zaman onun çox yüksəkdə olduğunu gördüm. Allaha yalvarırdım ki, uşaq yıxılanda onu tuta bilim. Allah da səsimi eşitdi. Mən onu tutdum! İndi uşaqda hər şey qaydasındadır. Mən isə artıq işə çıxmağa başlamışam». |