www.nice.az > Videolar > Zahid Tağıyev - Sənsiz [Online video | şeir]
Zahid Tağıyev - Sənsiz [Online video | şeir]4 may 2012. Müəllif: ukwer |
* * * Deyirlər bahardır, mənə nə fayda Mən sənsiz ömrümün boranındayam Xəyallar qanadı uçurur məni Sənsiz ölə - ölə yaşamaqdayam Deyirlər günəş də isidir yeri İsinməz ürəyim inan ki, sənsiz Könlümü fəth edib alandan bəri Görəsən mələyim kiməm ki, sənsiz? Oldum bu həyata, oldum sevdalı İnan, bir qaranlıq, müəmma sənsiz Belə dəyərli, belə mənalı Olarmı görəsən, bu dünya sənsiz? Zahid Tağıyev "İki qəlbdə susan sevgi" əsərindən |