www.nice.az > Videolar > Ruhları görmək istəyirsiniz? - VİDEO
Ruhları görmək istəyirsiniz? - VİDEO23 aprel 2011. Müəllif: NiXaTo |
Ruhlar, dünyasını dəyişmiş adamların müxtəlif formada "qayıdış"ları, xoflu səslər, gözlənilməz qarabasmalar - bütün bunları qeyri-real, məntiqdən kənar, uydurma və yalan hesab edənlər az deyil. İnternetdə dolaşan minlər, on minlərlə videoçəkilişlərdəki "gerçək ruhların aşkarlanması mənzərələri"nin də tam əksəriyyəti montaj, saxtakarlıq və yalan olur. Bu, belədir. Amma elə görüntülər və çəkilişlər də var ki, onların təbiətini, məzmun və formatını izah etmək çətin, bəlkə də mümkünsüzdür. "Saintbrigitta" saytı bildirir ki, həvəskar videoçəkilişlərlə yanaşı, müxtəlif yerlərdəki müşahidə və polis videokameraları ilə aparılmış çəkilişlərin arasında real olanları var. Xəstəni ölmüş qızın ruhu sağaltdı? İlk çəkiliş Fransanın Brest şəhərindəki hospitaldadır. Burada reanimasiya bölməsindəki palatalardan birində yatan Fransua Bejonun onurğa fəqərələrində sınıqlar olduğundan, həkimlər onun həyatda qalması üçün mübarizə aparırdılar. Fransua iki həftə komada olub və bir axşam qəflətən ayılaraq, gözlərini açıb. Bu, bir yana, bütün diaqnozlara rəğmən, o, çarpayıda oturub. Bu anda oğlanın anası tez hadisəni mobil telefonla çəkib. Fəqət, möcüzə bununla bitməyib. Sonradan çəkilişə baxarkən Fransuanın anası oğlunun çarpayısının yanından boylanan əcaib simanı görüb. Bəlli olub ki, həmin sima o palatada 8 il əvvəl dünyasını dəyişmiş çinli Yao Linin eybəcərləşmiş üzüdür. "Qəflətən hiss etdim ki, kimsə əlimdən tutub məni qaranlıq, zülmət yerdən işığa doğru çıxarır. Əlimdən tutan balaca, təxminən 8-10 yaşlı qız idi. Qıyıqgözdü, deyəsən, ya yapon, ya da çinli idi", - Fransua sonradan deyib. Ölmüş futbolçu meydanda göründü İkinci çəkiliş Çilinin paytaxtı Santyaqodadır. Yerli həvəskar futbol komandalarının matçındakı videçəklişdə stadionun kənarında durmuş qapıçı görünür. Amma iş ondadır ki, bu qapıçı - 31 yaşlı Manuel Aharosa 7 il əvvəl vəfat edib. Ruhu yarıb keçmək olur Üçüncü çəkiliş Malayziyanın paytaxtı Kuala-Lumpurda polisin müşahidə kamerası vasitəsilə qeydə alınıb. Polislər həmin çəkilişə baxanda şoka düşüblər. Çünki orada səki ilə gedən qadın yolda durmuş orta yaşlı kişinin bədəninin ortasından keçir və yoluna davam edir. Həmin kişi isə 6 il əvvəl elə həmin səkidə güllələnmiş Çjen Mao idi. Öldürülmüş qızın ruhu cinayətin üstünü açdı Növbəti çəkiliş ABŞ-ın Mayami ştatındakı polisin istintaq tədbirləri zamanı olub. Şəhərin cənub həndəvərindəki evlərdən birində yaşayan 28 yaşlı Co Elmont evində ruh olduğunu deyəndə, ona kimsə inanmayıb. Elmont da dəhlizdəki dolabda daim görürən, əllərini qapının şüşəsinə dayayıb kədərlə baxan qız ruhunu videoya çəkib, polisə göstərib. Polis isə həmin qızın 11 il əvvəl həmin evdən itkin düşmüş Rozalin Meyon olduğunu bildirib. Araşdırma aparılıb və məlum olub ki, evin əvvəlki sahibi Frenk Meyon qızını döyüb, onun başını dolabın qapısına vuraraq öldürüb, sonra da cəsədi parçalayaraq zibilxanaya atıb. Meyon üç gün sonra polisə zəng vuraraq qızının evdən çıxdığını və itkin düşdüyünü demişdi. 4 il sonrda öldüyü məkanda peyda oldu Digər videoda İspaniyanın Barselona şəhərində fişəng yandırmağa çalışan uşaqlar və yeniyetmələr görünür. Onlar fişənglərə od vursalar da, fişənlər tezliklə sönür. Sonradan videoçəkilişə baxanda sağda 15 yaşlı oğlanın durduğu və qəflətən yoxa çıxdığı görünür. Həmin oğlan 4 il əvvəl həmin yerdə fişəng yandırandan sonra partlayışda həlak olmuş Xesus Laperdi. Polis videoçəkilişdən sonra o yeri araşdırıb və məlum olub ki, fişənglərin söndüyü məkanda 60 il əvvəldən qalmış iki mina varmış. Siması güzgüdə həkk olundu Növbəti videoda Yaponiyanın Osaka şəhərinin sakini, 3 yaşlı Tekeora Simisunun anasının otağındakı dolabın qarşısında güzgülərə baxması, sonra arxasını güzgüyə çevirsə də, simasının güzgülərdən birində donub qalaraq ona zəndlə baxmasını müşahidə etmək oloar. Leş niyə atılıb-düşür? Sonuncu video isə Kanadanın Monreal şəhərindəki supermarketlərdən birində müşahidə kamerası ilə çəkilib. Piştaxtalardan birindəki uşaq qidası qutularından biri sürəkli olaraq yerə düşür, sanki bu qutunu kimsə götürüb atır. Marketin menecerləri hadisə ilə maraqlanıblar və o qutunu açanda məlum olub ki, qida qutusunun içində siçan balasının leşi varmış. Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin. |