www.nice.az » Videolar » "Rossiya 24" telekanalı Bakıya həsr olunmuş "Böyük işıqlar şəhəri" adlı film nümayiş etdirib [online video]
"Rossiya 24" telekanalı Bakıya həsr olunmuş "Böyük işıqlar şəhəri" adlı film nümayiş etdirib [online video]
NiCe.aZ Trend-ə istinadən bildirir ki, filmdə Azərbaycan paytaxtının ən məşhur görməli yerləri - YUNESKO-nun dünya mədəni irsi siyahısına daxil etdiyi Qız qalası, Bakının qədim qalası İçərişəhər, Atəşgah və Bibiheybət məscidi haqqında danışılır.
Filmin müəllifi şəhərin necə dəyişməsi, Bakının tarixi simasına ziyan vurmayan qeyri-adi tikinti bumundan bəhs edir.
"Şəhər üzərində Bakının gerbindəki üç alov dili kimi üç göydələn ucalır. "Alov konsepsiyası" sayəsində onlar şəhərin ruhunu pozmurlar, əksinə, onu daha da diqqətə çatdırırlar. Bu, Bakının ruhunun vurğulanmasıdır. Şəhər keçmişə ziyan vurulmadan inkişaf edir", - müəllif danışır.
Filmdə həmçinin, müəllifin sözlərinə görə, yeni Bakının vizit kartı olan Müasir İncəsənət Muzeyi, Rus Dram Teatrı nümayiş olunur. Teatrın baş rejissoru filmdə Bakı haqqında danışır.
Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev alternativ enerji hesabına enerji alınacağı ən yeni texnologiyalardan istifadə olunacaq Akademiyanın yeni kompleksindən bəhs edir.
"Azərbaycanın ötən il "Eurovision"da qələbəsindən sonra onsuz da görünməmiş templərlə gedən Bakının tikintisi dəfələrlə sürətləndi", - film müəllifi bildirir.
Orada "Eurovision" müsabiqəsinin keçirilməsi üçün arenanın tikintisi mərhələləri barədə də danışılır. Müəllifin sözlərinə görə, "Bakı Kristal Zalı"nın tikintisi iki problemi eyni vaxtda həll etdi.
"Hakimiyyət ekoloji problemi həll etdi. Şəhərin mərkəzində hərbi bazanın olması yaxşı deyildi. Onun yerində paytaxtın memarlıq üslubuna üzvi surətdə yazılan müasir kompleksin qurulması qərara alındı", - müəllif danışır.
Gələcək dəyişikliklərdən bəhs edəndə müəllif "Ağ şəhər" layihəsi haqqında danışır. O, tezliklə, XIX əsrin sonunda və XX əsrlərin başlanğıcında Bakıda mövcud olmuş, neft hasilatının və neft emalının mərkəzi olan "Qara şəhər"in əksi kimi salınacaq.

Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
|
Müəllif: GHoSTMaN |
Baxış sayı : 536 |
Rəylərin sayı (11) |
25 may 2012

|
| ||||
|
|

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!